Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-29/2023 17.07.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxs X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi X9 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi (bundan sonra İXM) ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında X9 İdarəsinin İXHİİU-nun baş inspektoru vəzifəsini müvəqqəti icra edən polis mayoru X3 tərəfindən tərtib edilmiş 25 iyun 2023-cü il tarixli İXP ********** saylı protokol Sədərək Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında bildiridi ki, Şərur rayonu, Kürkəndi kəndində qeydiyatda olmaqla həmin ünvanda yaşadığını, Sədərək rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi vəzifəsində işlədiyini, 04 iyun 2023-cü il tarixdə həftənin bazar günü olmasına baxmayaraq mərkəzdə sənəd işləri olduğu üçün işə getdiyini, həmin gün saat təxminən 21:30 radələrində Naxçıvan-Sədərək yolu ilə etibarnamə ilə idarə etdiyi “Qaz 3110” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olduğunu, Sədərək rayonu Dəmirçi kəndinin giriş hissəsinə az qalmış anidən idarə etdiyi avtomobilin ön hissəsi ilə nəyəsə vurduğunu gördüyünü, avtomobilin sükanını sağa çəkib dərhal saxladığını, avtomobildən yerə düşən zaman ön hissədə sağda mini traktorun aşdığını gördüyünü, traktorun yanında bir nəfərin ayaqda olduğunu, dərhal ona yaxınlaşıb kömək etmək istədiyini, həmin şəxsin ona telefonunu tapa bilmədiyini və zəng etməsini istədiyini, bundan sonra yoldan keçən avtomobillər kömək etmək məqsədi ilə dayanıqlarını, həmin vaxt orada traktor sürücüsünün adının Elşən olduğunu bildiyini, həyəcanlı olduğu üçün Elşəni xəstəxanaya kimin apardığını bilmədiyini, sonra polis əməkdaşlarının gəldiyini və onun iştirakı ilə hadisəni ölçüb protokol tərtib etdiklərini, hava yağışlı olduğu üçün bu hadisənin baş verdiyini, törətdiyi əməldən peşman olduğunu və qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X9 İdarəsinin İXHİİU-nun baş inspektoru vəzifəsini müvəqqəti icra edən polis mayoru X3 məhkəmədə verdiyi izahatında bildiridi ki, 04 iyun 2023-cü il tarixində saat 21:40 radələrində Naxçıvan-Sədərək avtomobil yolunda yol qəzasının baş verdiyi, Şəxs tərəfindən idarə olunan “Qaz 3110” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X4 tərəfindən idarə olunan “Kartoş-mini” markalı 85-Q-099 dövlət nömrə nişanlı traktorun qəza törətdiyini, hadisə ilə bağlı cinayət işi başlandığını, 20 iyun 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyini, Şəxs ara məsafəsini gözləmədiyini və yol hərəkəti qaydalarını pozaraq qəza törətdiyinin müəyyən edildiyini, istintaq orqanı nzibati xəta olduğu üçün materialları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi X9 İdarəsinə göndərdiyini, materiallara əsasən protokol tərtib edərək baxılması üçün Sədərək rayon məhkəməsinə göndərdiyini bildiridi. İş materiallarından və məhkəmə iclasında izahat verən şəxslərin izahatından aydın olur ki, Şəxs 04 iyun 2023-cü il tarixdə, 21:40 radələrində Naxçıvan-Sədərək avtomobil yolunda idarə etdiyi “Qaz 3110” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ara məsafəsini saxlamayaraq hərəkət edən zaman həmin istiqamətdə hərəkətdə olan X4 tərəfindən idarə olunan “Kartoş-mini” markalı 85-Q-099 dövlət nömrə nişanlı traktorla toqquşmuş və nəticədə traktorun sürücüsü X4 yüngül xəsarət almışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 19 iyun 2023-cü il tarixli 592 saylı canlı şəxsin ekspertizasının rəyindən belə məlum olur ki, yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxs X2 tibbi ekspertiza zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir- Sağ alın nahiyyəsində yara, bel nahiyyəsində sıyrıq küt mexanizmdən bərk küt əşyanın təsirindən törədilməsi müəyyən edilmişdir. Eləcədə avto qəza nəticəsində də törənməsi inkar olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə yəni 04 iyun 2023-cü il tarixə uyğun olmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs barəsində Sədərək Rayon Polis şöbəsinin İstintaq və Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı X5 20 iyun 2023cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar vermişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar: yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması; svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə; dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi; birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə; avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsi, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsi, geriyə dönmə, geriyə hərəkət etmə və sürmə təlimi keçmə; yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması – nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını, maddi və ailə vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 (iki yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan, qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-29/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-29/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver