Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-29/2025 23.06.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə. xx.xx.1984-cü ildə Şərur rayon Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, aşbaz işləyən, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda duran X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Sədərək Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: X1 barəsində Sədərək Rayon İcra və Probasiya bölməsinin rəisi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməsinə maneçilik törətmiş, icra sənədinin icrasından boyun qaçırmış və məhkəmə qərarının icrasını təmin etməyərək inzibati xəta törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 vermiş olduğu izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati protokolla razılaşdığını, həqiqətəndə Sədərək rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(088)-43/2024 saylı qətnaməsində ondan xx.xx.2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********06222 olan İphone 13 markalı telefon və Apple 20W Usb-c Adapter üçün 2613.94 manat ödənilməmiş hissə, 261.06 manat cərimə borcu olmaqla cəmi 2875 manat pul və 48.75 manat ödənilmiş dövlət rüsumu ilə ümumilikdə 2923.75 (iki min doqquz yüz iyirmi üç manat, yetmiş beş qəpik) manat pulun, "xxxx" MMC-nin xeyrinə ödənilməsinin qət edildiyini, icra bölməsinin rəisi Teymur müəllimin dəfələrlə pul borcunu ödəməsini bildirdirdiyini, lakin Bakı şəhərində günü 10 manata aşbaz işlədiyini, övladının xəstə olduğu və valideyinin vəfat etdiyi üçün maddi imkanının aşağı olduğundan borcunu ödəyə bilmədiyini, pul borcunu ödəməkdən yayındığına görə icra bölməsinin rəisi Teymur tərəfindən protokol tərtib edilərək məhkəməyə göndərildiyini bildiridi. Məhkəmədə şahid qismində dindirilən Sədərək rayon İcra və Probasiya bölməsinin rəisi X6 vermiş olduğu izahatında bildirmişdir ki, tələbkar "xxxx" MMC-nin, borclu X2 pul tələbinə dair xx.xx.2024-cü il tarixli icra sənədinin xx.xx.2024-cü il tarixdə icraatına daxil olduğunu, icra sənədinə əsasən borclu X2 xx.xx.2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********06222 olan İphone 13 markalı telefon və Apple 20W Usb-c Adapter üçün 2613.94 manat ödənilməmiş hissə, 261.06 manat cərimə borcu olmaqla cəmi 2875 manat pul və 48.75 manat ödənilmiş dövlət rüsumu ilə ümumilikdə 2923.75 (iki min doqquz yüz iyirmi üç manat, yetmiş beş qəpik) manat pulun alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsinin qət edildiyini, həmin icra sənədi Sədərək rayon İcra və Probasiya bölməsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu X4 dəfələrlə yazılı və şifahi formada, eyni zamanda mobil telefon vasitəsilə xəbərdarlıqlar edilərək, icra sənədi üzrə pul borcunun olduğunu bildirdiyini, məhkəmə qərarının icrasında qərəzli olaraq yayınmanın nəticələri izah etdiyini, lakin borclunun, bu xəbərdarlıqlara məhəl qoymadığını, həmin icra vərəqəsinə əsasən borclu X3, tələbkar "xxxx" MMC-nin qarşısında 2399 manat məbləğində pul borcunun icra edilməmiş qaldığını, borclunun hər hansı əmlakının olubolmamasını sorğu etdiklərini, lakin borclunun heç bir əmlakının olmadığının müəyyən edildiyini, bu zaman borclu şəxslə proflaktik söhbət aparıldığını və onun məhkəmə qərarını icra etmək niyyətinin olmaması qənaətinə gəlindikdən sonra borclu X5 barəsində Sədərək rayon İcra və Probasiya bölməsi tərəfindən inzibatı protokolun tərtib edilməsi məqbul hesab edildiyini və zəruri tədbirin görülməsini bildirdi. İnzibati materiala əlavə edilən xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sədərək rayon İcra və Probasiya bölməsinin rəisi X6 tərəfindən xx.xx.2024-cü il tarixli e-2(088)-43/2024 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. İnzibati materiala əlavə edilən xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu X5 xx.xx.2024-cü il tarixli icra sənədi üzrə pul borcu və borcunun 10 gün müddətində könüllü icra edilməsi barədə rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati materiala əlavə edilən xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X5 barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilmişdir. İnzibati materiala əlavə edilən xx.xx.2025-ci il tarixli axtarışda olan fiziki şəxsin və cavabdehin tutulması barədə protokoldan görünür ki, Sədərək rayon Polis Şöbəsi tərəfindən xx.xx.1984-cü il təvəllüdlü X3 yeri müəyyən edilərək tutulmuş və 17 iyun 2025ci il tarixdə Sədərək rayon İcra və Probasiya bölməsinə təhvil verilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, X5 yuxarıda göstərilən inzibati xətanı törətməsi onun özünün və şahidin izahatları, eyni zamanda iş materiallarındakı sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin, borclu X4 qarşı pul tələbinə dair xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********06222 olan İphone 13 markalı telefon və Apple 20W Usb-c Adapter üçün 2613.94 manat ödənilməmiş hissə, 261.06 manat cərimə borcu olmaqla cəmi 2875 manat pul və 48.75 manat ödənilmiş dövlət rüsumu ilə ümumilikdə 2923.75 (iki min doqquz yüz iyirmi üç manat, yetmiş beş qəpik) manat pul cavabdeh X2 alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, həmin icra sənədi Sədərək rayon İcra və Probasiya bölməsinin icratına daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirilmiş, borclu X4 dəfələrlə yazılı və şifahi formada, eyni zamanda mobil telefon vasitəsilə xəbərdarlıqlar edilərək, icra sənədi üzrə borcunun olduğu bildirilmiş, borclunun tələbkar qarşısında olan borcundan 524 manat müxtəlif vaxlarda ödəniş etmiş, qalan 2399 manatını 2025-ci ilin yanvar ayının əvvəlindən ödəməmiş və bununlada məhkəmə qərarının icrasından qərəzli olaraq yayınmanın nəticələri izah edilmiş, lakin borclu bu xəbərdarlıqlara məhəl qoymamış, həmin icra vərəqəsinə əsasən borclu X3 tələbkar "xxxx" MMC-nin qarşısında 2399 manat pul borcunun icra edilməmiş qalmış, bu səbəbdən də icra sənədi üzrə borclu olan X2 borcunu ödəməsi təklif olunmuş, borclu icra vərəqəsini icra etməmiş, icra sənədi icra edilmədiyinə görə icra bölməsinin rəisi tərəfidən protokol tərtib edərək aidiyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Sədərək rayon İcra və Probasiya bölməsinin rəisi, borclu X3 törətdiyi inzibati xətanı düzgün olaraq Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə tövsif etmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 - 105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını bildirir, eyni zamanda, həmin məcəllənin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə inzibati xəta törətmiş X5 barəsində inzibati tənbeh növü tətbiq edərkən belə hesab edir ki, onun Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1984-cü il təvəllüdlü Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olan X5 Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-29/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-29/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver