Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-3/2021 08.01.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı, xx xxxxxx 1995-ci ildə doğulmuş, Sədərək rayon Heydərabad qəsəbəsində qeydiyyatda duran Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati protokola baxaraq M ü ə y y ə n e t d i m: Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir ona görəki, o, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında işə baxılması xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmalıdır. Məhkəmə işə əlavə olunmuş materialı nəzərdən keçirib, bu qənaətə gəlir ki, iş üzrə inzibati xətaçı Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Ona görə ki, Şəxs tərəfindən törətdiyi əmələ görə xx xxxxxxx 2019-cu il tarixdə 60 (altmış) manat cərimə olunmuş, cərimə borcunu və dəbbə pulunu isə xx xxxxxx 2021-ci il tarixədək ödədiyi barədə hökümət ödəniş portlalından çıxarışı məhkəməyə göndərmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi göstərilmişdir. Həmin maddənin sanksiyasında inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. Eyni zamanda göstərilən maddənin qeyd hissəsində deyilir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Tərtib edilmiş AP ******* №li inzibati protokola əsasən, vət. Şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli hökümət ödəniş portlalından çıxarışa əsasən Şəxs tərəfindən müvafiq cərimə və dəbbə pulu tam ödənilmişdir. Məhkəmə törədilmiş xətanın az əhəmiyyətli olduğunu, Şəxs məhkəmə qərarı çıxarılanadək inzibati xəta haqqında icraat üçün əsas olmuş ödənilməmiş müvafiq cəriməni və dəbbə pulunu tam olaraq ödədiyini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nın 529.3-cü maddəsi ilə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111,114,115 və 130-cu maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sədərək rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №3(088)-3/2021
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-3/2021
08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver