Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-3/2023 23.01.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. 22 avqust 1972-ci il tarixdə Şərur Rayonu Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, üç uşaq atası, işsiz, Sədərək Rayonu Qaraağac kəndində pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Vətəndaş Şəxs 21 yanvar 2023-cü il tarixdə, saat 21:30 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunda ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sədərək Rayonu Qaraağac kəndində qeydiyyatda olduğunu və haliyədə orada yaşadığını, 21 yanvar 2023-cü il tarixdə saat 21:30 radələrində Sədərək Rayon Sərhəd Nəzarət şöbəsindən keçərək həyat yoldaşının dərmanlarını almaq üçün getdiyi Türkiyə Respublikasından qayıdarkən Sədərək Rayon Sərhəd Nəzarət şöbəsindən keçdiyi zaman orada rastlaşdığı 2 qadına əşyalarını onların gətirdiyi əşyalarla birgə keçirməyi təklif etdiyini, onların bununla razılaşdığını, gömrük əməkdaşlarının onlara əl yüklərinin monitordan keçirməklərini tələb etdiklərini, əl yüklərinin içində nə olduğunu soruşduğunu və cavabdında əl yüklərinin ona məxsus olmadığının gömrük əməkdaşlarına düzgün qaydada izah edə bilmədiyini, bu zaman gömrük əməkdaşının “vətəndaş sən kənarda dur yük sahibinin özü cavab versin” dediyini, onun isə ona məxsus olan yüklərin tutulacağından qorxduğu üçün gömrük əməkdaşı ilə mübahisə etməyə başladığını, həmin gömrük əməkdaşına mən müharibədə olanda sən harda idin deyə ucadan sual verdiyini, həmin vaxt gömrük post rəisi Anar müəllimin ona yaxınlaşaraq sakitləşdirməyə çalışdığını, lakin onun çox əsəbi olduğundan həmin şəxsin dediyinə məhəl qoymadığını, daha sonra Sədərək Gömrük postunda səahiyyətli şəxs olan bir nəfərin onlara yaxınlaşaraq ucadan danışmaqlarının səbəbini soruşduğunu və Anar müəllimə vətəndaş barəsində tədbir görülməsini xahiş etdiyini, daha sonra barəsində akt tərtib edilərək Sədərək Rayon Polis şöbəsinin əməkdaşlarına təhvil verdiyini bildirərək törətdiyi əmələ görə peşman olduğunu və barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirdi ki, xx.xx.2023cü il tarixində Sədərək Gömrük postunda olarkən saat təxminən 21:30 radələrində Türkiyə Respublikasından 2 qadın və 2 kişi gömrük zonasına daxil olduğunu, əllərindəki yüklərin kimə aid olub-olmadığını soruşduğunu, qadınalardan birinin dediyinə görə yüklərin ona məxsus olduğunu dediyini, qadının yanında olan kişinin sonradan adının Ərrəhman olduğunu bildiyini və həmin kişini ucadan səs küy salaraq hər kimə məxsusudur sənə nə dediyini, həmin zaman Ərrəhmana qanunvericiliyi izah etdiyini, lakin Ərrəhmnanın dayanmadan uca səslə səs-küy saldığını həmdə ətrafdakı gömrük postunu keçən insanları da narahat etdiyini, bununla da ictimai qaydanı pozduğunu, sonradan post rəisi Anar Əhmədovun ona yaxınlaşaraq onu sakitləşdirdiyini, sonra Sədərək Rayon Gömrük postunda səlahiyyətli şəxs edilən X5 yaxınlaşaraq səs-küy salmaqla ictimai asayişi nə üçün pozduğunu soruşduğunu, Ərrəhmanın isə ona cavabında əsəbi olduğunu onunlada uca səslə danışaraq özüm bilərəm dediyini, bundan sonra Anar müəllimin göstərişi ilə akt tərtib edərək onun barəsində müvafiq tədbir görülməsi üçün aktı Sədərək Rayon Polis şöbəsinə göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3, Şahid2 və Şahid1 izhatlarında şahid X1 verdiyi izahata tam uyğun olaraq izahat verərək izahatda göstərilənləri birdaha təsdiq etdilər. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 30.1-ci maddəsinə görə, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin məcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını, Sədərək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 004243 saylı vəsiqəyə əsasən İİ-ci qrup əlil olması Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 70 (yetmiş) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Sədərək Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №3(088)-3/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-3/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver