Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-3/2024 24.01.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Hüseyn Nadir oğlu Zülfüqarovun sədrliyi, X1 iclas katibliyi, Şəxs iştirakı ilə, xx xxxxxxxx 1978-ci ildə Şərur rayonu, Mahmudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki uşaq atası, Şərur rayonu Mahmudkəmd kəndində qeydiyyatda olan və haliyədə həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Sədərək rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat təqribən 20 radələrində Sədərək rayon ərazisində qaban ovu edərkən ona məxsusus “Niva” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtobobilində 01 ədəd “TOZ-BM” modelli, 16 kalibirli mülki ov tüfəngini (silahını) qanunsuz olaraq heç bir xüsusi icazəsi olmadan saxladığına və daşıdığına görə inzibati xəta törətmişdir. Bununla da o, İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Sədərək rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-ci il tarixli, № 017215 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, maddi ehtiyacı ucbatından ovçuluq etdiyini, 22 noyabr 2023-cü il tarixdə də çöldə qaban vurmaqla ailəsini ət məhsulu ilə təmin etmək istədiyini, bunun üçün dostu İldırımı da götürərək Sədərək rayon ərazisində yerləşən “Vəli dağı” deyilən yerə getdiklərini, bu zaman Polis əməkdaşlarının onlara yaxınlaşaraq Niva markalı avtomobillərinə baxış keçirdiklərini, ona məxsus olan niva markalı maşında olan iki ədəd ov silahını sənədləşdirərək götürdüklərini, həmin ov silahlarının biri Zafer markalı tüfəngin öz adına olduğunu, digər silahın isə yəni TOZ-BM modelli 16 kalibirli tüfəngin isə babsından ona qaldığını və heç bir sənədi olmadığını, bununla da protokolda göstərilən əməli törətdiyini, törətdiyi əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında izahat verən Şahid1 bildirdi ki, 22 noyabr 2023-cü ildə Kəngərli rayonunda su suvardığı zaman həmkəndlisi Şəxs ona zəng vuraraq axşam qaban vurmağa gedəcəyini dediyini və məni də dəvət etdiyini, axşam saat 20 radələrində Hüseynin niva maşını ilə Sədərək rayon ərazisi olan vəli dağı deyilən yerə getdiklərini, həmin an Polis əməkdaşları gələrək maşına baxış keçirdiklərini və maşında olan iki ədəd ov tüfəngini götürərək onları Polis şöbəsinə apardıqlarını, hər iki silahın Hüseynə məxsus olduğunu, ova getməkdə məqsədlərinin qaban vurmaq olduğunu, Hüseynin dediyinə görə qoşalüllənin babasından ona qaldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirdi ki, Sədərək rayon Polis şöbəsinin CAŞ əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 22 noyabr 2023-cü il tarixdə ərazidə xidmət apararkən Sədərək rayon Polis şöbəsinin CAŞ rəisi Səfa müəllimin məlumatı əsasında Sədərək rayon ərazisi olan “Vəli dağ” adlanan ərazidə qanunsuz ov edənlərin olduğunu bildiklərini, dərhal ora getdiklərini, ərazidə bir niva markalı avtomobili gördüklərini, avtomobilə yaxınlaşdıqlarını bu zaman avtomobildə iki nəfər şəxsin və iki ov silahının olduğunu gördüklərini, həmin şəxsləri Sədərək rayon Polis şöbəsinə gətirdiklərini və sorğu-sual zamanı həmin silahların hər ikisinin də Şəxs aid olduğunu müəyyən etdiklərini, 1 ədəd Vinçestr markalı silahın sənədlərinin olduğunun digər qoşa lülə 16 kalibirli ov silahın isə sənədinin olmadığını babasından ona qaldığını öyrəndiklərini, sonra sənədləşmə aparılması üçün silahları və şəxsi təhqiqat qrupuna təhvil veridiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 izahatında Şahid2 verdiyi ifadəyə uyğun izahat verərək, təhqiqat dövrü verdiyi izahatını bir daha təsdiq etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 19 dekabr 2023-cü il tarixli 1165 nömrəli rəyindən belə məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs götürülmüş və tədqiqata təqdim edilmiş iki ədəd silahdan bir ədədi Tula silah zavodunda 1960-cı ildə zavod üsulu ilə istehsal olunmuş, nömrəsi sonradan mexaniki üsulla silinmiş “TOZ-BM” modelli, 16 kalibrli, patronunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qoşalüləli, yivsiz (hamarlüləli) odlu ov silahıdır. Digər bir ədəd silah isə Türkiyyə Respublikasında “Zafer Silah San. Ve Tic. Ltd. Şti.” Zavodunda zavod üsulu ilə istehsal olunmuş, “Zafer” markalı, “Klas 2002” modelli, 12 kalibrli, patronun uzunluğu 70 mm, 07 ədəd 12 kalibrli patron tutumuna malik lüləaltında yerləşən boruformalı sandıqcası olan, daxili çaxmaqlı, təklüləli, yarımaftomat (özüdolduran), yivsiz( hamarlüləli) odlu ov silahıdır. Tədqiqata təqdim edilmi hər iki ov silahı sazdır, üzərlərində təyinatını və ya konstruksiyasını dəyişdirəcək əlavə dəyişiklər edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Naxçıvan MR. DİN-yi İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 25 iyun 2014-cü il tarixli 19 nömrəli şəhadətnamədən məlum olur ki, bir ədəd 12 kalibr “Zafer 97” markalı 2176 nömrəli yivsiz ov silahı Şəxs qanuni silahıdır. İş materialına əlavə olunmuş Naxçıvan MR. DİN-nin Sədərək Rayon Polis şöbəsinin 24 yanvar 2024-cü il tarixli 199/2024 nömrəli arayışından aydın olur ki, Şərur rayon Mahmudkənd kənd sakini Şəxs götürülmüş bir ədəd Tula silah zavodunda 1960-cı ildə zavod üsulu ilə istehsal olunmuş, nömrəsi sonradan mexaniki üsulla silinmiş “TOZ-BM” modelli, 16 kalibrli, patronunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qoşalüləli, yivsiz (hamarlüləli) odlu ov silahı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi tərəfindən qeydiyyatdan keçməmişdir. Bununla da müəyyən olunur ki, Şəxs xüsusi icazəsi olmadan bir ədəd Tula silah zavodunda 1960-cı ildə zavod üsulu ilə istehsal olunmuş, nömrəsi sonradan mexaniki üsulla silinmiş “TOZ-BM” modelli, 16 kalibrli, patronunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qoşalüləli, yivsiz (hamarlüləli) odlu ov silahı əldə etməklə özündə saxlamış və şəxsi avtomobilində daşımışdır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görəsilah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı, protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın predmeti dövlət nəfinə müsadirə olunmaqla inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, bir ədəd Tula silah zavodunda 1960-cı ildə zavod üsulu ilə istehsal olunmuş, nömrəsi sonradan mexaniki üsulla silinmiş “TOZ-BM” modelli, 16 kalibrli, patronunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qoşalüləli, yivsiz (hamarlüləli) odlu ov silahı müsadirə olunmaqla, 80 (səksən) manat cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra, Sədərək Rayon Polis şöbəsində saxlanılanbir ədəd Tula silah zavodunda 1960-cı ildə zavod üsulu ilə istehsal olunmuş, nömrəsi sonradan mexaniki üsulla silinmiş “TOZ-BM” modelli, 16 kalibrli, patronunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qoşalüləli, yivsiz (hamarlüləli) odlu ov silahı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Təminat şöbəsinin silahsursat anbarına təhvil verilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra, silahın təhvil verilməsinə aid hissədə qərarın icrası Sədərək rayon İcra və Probasiya bölməsinə və cərimənin ödənilməsinə aid hissədə isə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya bir başa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-3/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-3/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver