Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-30/2023 12.07.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Sədərək rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X5, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Şərur rayon Dəmirçi kəndində anadan olmuş, Sədərək rayon Sədərək kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində Sədərək rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə həmkəndlisi X4 ilə dalaşaraq biri-birlərinə xəsarətlər yetirmişdirlər. Tərəflərin ərizəsi əsasında cinayət işi başlanmışdır 11 iyul 2023-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157- maddəsinin tələbləri pozulduğuna görə həmin maddə ilə məsuliyyətə cəlb edilməsi üçün Sədərək Rayon Polis X3 Bölməsinə material göndərlmişdir. Sədərək rayon Polis Şöbəsinin İTB-si isə 12 iyul 2023-cü il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sədərək rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 20 iyun 2023-cü il tarixdə saat təxminən 18:30 radələrində söhbət etmək üçün Sədərək rayon Dəmirçi kənd sakini X1 həyət qapılarına getdiyini, İlkanəni çölə çağırdığını və o həyət qapısından çölə çıxdığını, çöldə olarkən ilkanənin ona həyətə gəlməyini bildirdiyini, onların həyətində olanda o İlkanə Tağıyevaya evinin sənədlərini verməsini, övladının müalicəsi üçün Naxçıvan şəhərinə gedəcəyini bildirdiyini, İlkanə Tağıyeva ona 4200 manat borcunu gətirib evin sənədlərini anası Qənirədən almasını dediyini, bundan sonra o İlkanəyə ombudsmanda işləyən Günay xanıma müraciət edəcəyini bildirdiyini, İlkanə anasını onun başına oyun açacağını demiş və üzərinə gələrək onu döyməyə başladığını, həmin vaxt həyətdə olan ot presi boşaldan iki nəfər şəxsin gəlib onları aralaşdırdığını və oradan çıxıb evlərinə getdiyini, hal-hazırda X4 ilə barışdıqlarını və iş üzrə icraata xitam verilməsini xahiş etdimişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əlavə olaraq məhkəməyə İlkanə Tağıyeva ilə barışması barədə yazılı ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş X4 izahatında Sədərək rayon Dəmirçi kəndində yaşadığını və həmin ünvanda pasport qeydiyyatında durduğunu bildirərək təxminən 2021ci il mart ayında Sədərək rayon Sədərək kənd sakini Şəxs ondan Türkiyə Respublikasında istehsal edilən 150 manatlıq yorğan aldığını və pulunu verəcəyini bildirdiyini, əlavə olaraq da həyat yoldaşının ərzaq mağazasından aylıq olaraq ərzaq alıb pulunu mütəmadi olaraq verdiyini, 20 iyun 2023-cü il tarixdə Şəxs övladlarına analarının ona olan borcunu gətirib verməsini bildirdiyini, həmin vaxtdan təxminən iki saat sonra Şəxs övladları ilə birlikdə onun yaşadığı evin önünə gəldiyini, çöl qapısında olan zaman onu həyətə dəvət etdiyini, söhbətlərini həyətdə etmələrini uyğun olduğunu, ona olan borcunu qaytarmasını bildirdiyini, o evin sənədlərinin anasında olduğunu və sənədləri verdikdən sonra pulunu verəcəyini bildirdiyini, Vüsaləyə anası ilə arasında olan məsələyə onu qatmamsını bildirdiyini və 150 manat pulunu istədiyini, sonra Şəxs onun üzərinə gələrək sinəsindən tutduğunu onun isə Vüsalənin boynundan yapışıb itələdiyini və əlindən çıxmağa cəhd etdiyini, həmin vaxt onların həyətində ot presi boşaldan iki nəfər şəxsin onları aralaşdırdığını və Şəxs çıxıb getdiyini, hazırda Şəxs ilə aralarında heç bir mübahisə olmadığını, barışdıqlarını bildiriərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Sədərək rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 izahatında bildirdi ki, 20 iyun 2023-cü il tarixində Sədərək rayon Sədərək kənd sakini Şəxs Sədərək rayon Dəmirçi kənd sakini X1 yaşadığı evdə Şəxs X2 aralarında olan mübahisə nəticəsində bədən xəsarət yetirməsi ilə bağlı X4 tərəfindən 21 iyun 2023-cü il tarixində Sədərək RPŞ-nə ərizə daxil olmuş və araşdırma nəticəsində bir-biri ilə mübahisə zamanı almış olduqları bədən xəsarətlərinin dərəcəsi təyin edilməyən olduğuna görə cinayət işinin başlanılmasının rədd edilməsi və Şəxs ilə X4 hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətmələri barədə qərar qəbul edildiyini və onun tərəfindən protokol tərtib edildiyini və aidiyyəti üzrə məhkəməyə göndərdiyini bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid1 izahatında göstərdi ki, Sədərək rayonu Dəmirçi kəndində qeydiyyatda olmaqla orada yaşadığını, 20 iyun 2023-cü il tarixdə təxminən saat 17:30 radələrində Sədərək rayonu Dəmirçi kənd sakini X1 həyətində Şahid2 ilə birlikdə ot presi boşaltdıqlarını, həyətdən səs-küy gəldiyini eşitdiyini və həmin istiqamətə gedən zaman İlkanə Tağıyeva ilə Şəxs bir-birlərinə nalaiq ifadələr işlətdiyini, onları sakitləşdirdiklərini və Şəxs evlərinə getdiyini sonra öz işlərini görməyə davam etdiklərini bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid2 şahidi Şahid1 izahatına tam uyğun izahat verərək, Şahid1 bildirdiklərini bir daha təsdiq etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 732 nömrəli Naxçıvan MR Səhiyyə Nazirliyi MTE və PA Birliyi tərəfindən verilmiş ekspert rəyinə əsasən vətəndaş X1 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər burunda sıyrıq, döş qəfəsində və sol bazusunda qanşırlar bərk küt ə.yanın (əşyaların) təsirindən dörədilmişdir.eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə də törənmələri istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməmişdir. Məhkəmə Sədərək rayon X9 və Təhqiqat Qrupunun təhqiqatçısı X6 11 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarını, Sədərək rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən tərtib edilmiş 12 iyul 2023-ci il tarixli, 002114 nömrəli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri və şahidləri dinləyib, zərərçəkmiş şəxsin barışıq ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda ( başlanmış iş üzrə) iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq izahatı və yazılı ərizəsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53.1.9, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №3(088)-30/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-30/2023
12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver