Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-31/2025 30.06.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X6 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və protokolu tərtib etmiş şəxs Sədərək Rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X11 iştirakı ilə xx.xx.1989-cu ildə Şərur rayonu, Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evil, 1 uşaq atası, işsiz, Şərur rayonu, Dizə kəndində qeydiyyatda olan X5 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası vətəndaşı X1 narkotik maddə istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxsin saxlanılaraq Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X8 sidik narko-test vasitəsilə müayinə edilmiş, xx.xx.2025-ci il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə MET (metamfetamin), AMP (amfetamin) və MDMA (metilendioksimetilamfetamin) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilmiş, izahatında təxminən bir ildən artıqdır ki, İran İslam Respublikasında yaşadığını, xx.xx.2025-ci il tarixdə İran İslam Respublikasından Türkiyə Respublikasına deportasiya edildiyini, Türkiyə Respublikasında olan zaman narkotik tərkibli dərman preparatı qəbul etdiyini, xx.xx.2025-ci il tarixdə isə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəldiyini, X18 keçərək Naxçıvan Muxtar Respublikasına gələrkən X12 zaman Sədərək Rayon Polis Şöbəsinin əməkdaşlarının onu saxlayaraq Sədərək Rayon Polis Şöbəsinə dəvət etdiklərini, oradan isə narkotestdən keçirmək üçün Naxçıvan Muxtar Respublikası X10 apardıqlarını, narkotestdən keçən zaman psixotrop maddə qəbul etməsinin aşkar edildiyini hərəkətindən çox peşman olduğunu bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sədərək Rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X15 izahatında bildirdi ki, 29 iyun 2025-ci il tarixdə bir nəfər şəxsin X13rşısında narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu, dərhal əməliyyat qrupu yaradaraq həmin ünvana getdiklərini, Azərbaycan Respublikası vətəndaşı olan X3 şübhəli şəxs qismində saxlayaraq polis şöbəsinə dəvət etdiklərini, sonra həmin şəxsi Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X10 sidik narko-test vasitəsilə müayinə edilməsi üçün aprdıqlarını, dispanser tərəfindən verilən rəydə müsbət nəticə çıxdığı üçün barəsində protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə məhkəməyə göndərildiyini bildiridi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında xx.xx.2025-ci il tarixdə X13rşısında Cinayət Axtanşı Bölməsinin əməliyyat müvəkkilləri Sənan Məmmədov və Şahid2 ilə birlikdə xidməti ərazidə olan vaxt Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili X19 rayon sakini Şəxs gömrük ərazisində olması və narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu və dərhal Şəxs saxlayaraq Sədərək Rayon Polis Şöbəsinə dəvət sonra tesdən keçirmək üçün Naxçıvan şəhərinə apardıqlarını bildiridi. Məhkəmə iclasında Şahid2 İdiris oğlu Şahid1 ilə eyni məzmunlu izahat verərək Şahid1 izahatında göstərilənləri bir daha təsdiq etdi. İnzibati materiala əlavə olunmuş 30 iyun 2025-ci il tarixli MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası vətəndaşı X1 psixotrop maddə olan MET (metamfetamin), AMP (amfetamin) və MDMA (metilendioksimetilamfetamin) istifadə etməsi müəyyən edilmişdir. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 29 iyun 2025-ci il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, X5 29 iyun 2025-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmaqla saxlanmışdır. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X9 30 iyun 2025-ci il tarixli 310 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik maddə istifadəsi inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X8 sidik narko-test, vaşitəsilə müayinə olunub, nəticə MET (metamfetamin). AMP (amfetamin) və MDMA (metilendioksimetilamfetamin) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına AMP (amfetamin) (İİ siyahı; sıra № 2), MET (metamfetamin) (İİ siyahı; sıra № 27), MDMA (metilendioksimetilamfetamin) (İİ siyahı; sıra № 20) daxildir Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, X1 əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, X5 AMP (amfetamin), MET (metamfetamin) və MDMA (metilendioksimetilamfetamin) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə X4 inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 il ərzində ilk dəfə inzibati xəta törətməsini və əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.1989-cu ildə Şərur rayonu, Dizə kəndində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu gündən yəni, 29 iyun 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-31/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-31/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver