Məhkəmə qərarları › İş №3(088)-32/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-32/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-32/2024 24.05.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.2002-ci ildə Şərur rayonu Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Sədərək rayonu Dəmirçi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: xx.xx.2024-cü il tarixdə, Sədərək rayonu Dəmirçi kənd sakini Şəxs X1rşısında özünü şübhəli apardığından həmin şəxsin Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 sidik narko-test vasitəsilə (tetrahidrokannabinol) müayinə edilmiş 24 may 2024-cü il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə THC (istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilmiş, xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasının İğdır şəhərinə getdiyini, 23 may 2024-cü il tarixdəTürkiyə Respublikasının İğdır şəhərindən Naxçıvan Muxtar Respublikasına qayıdan zaman yolda tanımadığı bir türk vətəndaşının ona narkoyik vasitəni istifadə etməsi üçün təklif etdiyini, həmin narkotik vasitəni qəbul etdiyini, X11 Məntəqəsindən keçərkən axşam tərəfi saat təxminən 20:00 radələrində X7rşısında polis əməkdaşlarının onu saxlayaraq Sədərək Rayon Polis şöbəsinə gətirildiyini, üzərində şəxsi yoxlama apardıqlarını lakin üzərindən heç bir qanunsuz əşyanın çıxmadığını, sonra Naxçıvan şəhərinə apardıqlarını və testdən keçirildiyini, sidik narko testi müayinəsi zaman THC (tetrahidrokannabinol) qəbul etdiyi aşkar olduğunu bildirdi. Şəxs izahatında həmçinin hərəkətindən çox peşman olduğunu, əvvəllər heç bir narkotik və psixotrob maddə qəbul etmədiyini, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında xx.xx.2024-cü il tarixdə axşam saat 20:10 radələrində xidməti ərazidə xidmət aparan zaman, iş yoldaşı Sənan Məmmədova məlumat daxil olduğunu, məlumatda bir nəfər şübhəli şəxsin X1rşısında özünü şübhəli apardığını bildirdildiyini, iş yoldaşı Şahid1 və Sənan Məmmədov ilə birlikdə Sədərək Rayon X6rşısına getdiklərini və barəsində əməliyyat məlumatı daxil olmuş şübhəli şəxsin Şəxs olması məlum olduğunu, həmin şəxsi saxlayıb Sədərək Rayon Polis şöbəsinə gətirdiklərini, üzərində axtarış aparıldığını lakin heç nə aşkar edilmədiyini, narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 sidik narko-test vasitəsilə müayinə üçün göndərildiyini, nəticədə THC (tetrahidrokannabinol) istifadə etməsinin aşkar edildiyini, xx.xx.2024-cü il tarixdə tibbi rəy təqdim edildiyindən Şəxs barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərildiyini bildirdi. Məhkəmə iclasında Şahid1 Şahid2 ilə eyni məzmunlu izahat verərək Şahid2 izahatında dediklərini təsdiq etdi. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 23 may 2024-cü il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:10-da inzibati qaydada tutulmaqla saxlanmışdır. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X4 24 may 2024-cü il tarixli 191 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə faktı inkar olunmur. hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2024-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X5 sidik narko-test vasitəsilə müayinə olunmuş və nəticədə onda THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına THC (tetrahidrokannabinol) (İ siyahı; İİ bənd sıra № 44) daxildir “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahısının 167 sıra nömrəsinə əsasən psixotrop maddə olan THC (tetrahidrokannabinol) 0.05 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs THC (tetrahidrokannabinol) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını, əvvəllər inzibati xəta törətməməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.2002-ci il təvəllüdlü Sədərək rayonu Dəmirçi kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu gündən yəni, xx.xx.2024-cü il tarixdən saat 20:30-dan hesablansın. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar