Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-32/2025 11.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X4 iclas katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Naxçıvan şəhəri, M.S ünvan 1 ünvanında qeydiyyatda olan X3 tərəfindən məhkəməyə daxil olmuş qərara yenidən baxılması haqqında şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 xx.xx.2025-ci il tarixli şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayətin təmin olunması, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin 02 iyun 2025-ci il tarixli, MN № ******* saylı qərarının (inzibati cərimə növündə tənbeh tətbiq edilməsi haqqında) ləğv olunması, əməlində inzibati xətanın tərkib əlaməti olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, barəsində qərar qəbul edilmiş fiziki şəxs X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, dostu Rəşadət ilə birlikdə 08 may 2025-ci il tarixində Sədərək Rayon ərazisində yerləşən şirarxı adlanan yerə balıq-tutmaq üçün getdiklərini, balıq tutmaq üçün tək qarmaqlı tilovdan istifadə etmək istədiklərini, lakin məqsədlərinin istirahət etmək olduğunu, kanalın suyu bulanıq olduğundan ümumiyyətlə balıq tutmadıqlarını, həmin vaxt başqa 2 nəfər də balıq tutmaq üçün həmin kanala gəldiyini, bir az sonra 1 nəfər polis serjanı onlara yaxınlaşdığını və yaxınlaşan zaman xəbərdarlıq etmədən əlində mobil telefonla kamera ilə onları çəkərək yaxınlaşdığını, polis serjantının onlara yaxınlaşaraq "əşyalarınızı yığışdırın gəlin dalımca" dediyini, polisin əmrinə tabe olaraq onun arxasınca getdiklərini, sonra isə polislərin onları Sədərək Rayon Polis şöbəsinə apardıqlarını, həmin vaxt saat təxminən səhər vaxtları 10 tamama yaxın olduğunu, həmin gün axşama qədər (axşam saat 7-nin yarısınadək -18:30-a dək) onu və dostunu polis şöbəsində saxladıqlarını, izahatlarının alındığını və getmələrinin söylənildiyini, daha sonra isə hazırda məhkəmə qaydasında mübahisələndirilən qərarın ünvanına gəldiyini və xx.xx.2025-ci il tarixdə qeyd edilən qərardan rəsmi qaydada məlumatlı olduğunu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinmiş və həmin maddənin sanksiyasında nəzərdə tutulan 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh növündə cəriməyə məruz qaldığını, verilmiş qərarla razılaşmadığını, ilk olaraq, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidməti ona heç bir rəsmi məlumat vermədən və araşdırma aparmadan və o, cümlədən səlahiyyətinə aid olmadan qərar qəbul etdiyini, tətbiq edilən maddədə konkret olaraq qadağan olunmuş yerdə və qadağan olunmuş müddətlərdə ov edilməsindən söhbət getdiyini, "Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanunun müvafiq maddəsində (su bioresurslarından istifadə formaları) həvəskar ovu deyilən anlayış olduğunu, barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirərək vermiş olduğu şikayətin təmin olunması, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin 02 iyun 2025-ci il tarixli, MN № ******* saylı qərarının (inzibati cərimə növündə tənbeh tətbiq edilməsi haqqında) ləğv olunması, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən şikayət vermiş şəxs X3 öz izahatında bildirdi ki, 08 may 2025-ci il tarixdə istirahət günü olduğundan dostu Rəşad ilə birlikdə Sədərək rayonunda yerləşən Şir-arxı deyilən yerə gedərək balıq tutmaqla istirahət etmək niyyətində olduqlarını, həmin əraziyə gəldikdən sonra suyu bulanıq gördükdən sonra balıq tutmaq istəklərindən keçdiklərini və istirahət etmək üçün çayın kənarında yaşıllıq yerdə oturaraq istirahət etdiklərini, bu zaman ora bir nəfər polis əməkdaşı yaxınlaşaraq telefonla çəkiliş apardığını, sonra isə onları Sədərək Rayon Polis şöbəsinə apardığını, həmin günü səhər saat 10-dan axşam 7-dək orada saxladıqdan sonra onları buraxdıqlarını, bir müddət keçdikdən sonra yəni 04 iyun 2025-ci ildə yaşadığı ünvana , Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin 02 iyun 2025-ci il tarixli qərarı göndərildiyini, qərarla həmin gün tanış olduğunu və həmin qərarla razılaşmadığına görə 13 iyun 2025-ci il tarixdə Naxçıvan şəhər Məhkəməsinə şikayət verdiyini, Naxçıvan Şəhər məhkəməsi isə aidiyyatı üzrə baxılması üçün Sədərək Rayon məhkəməsinə göndərdiyini, haliyyədə həmin qərarın qanunsuz olduğunu, , Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidməti onu çağırmadan və onun iştirakı olmadan, səlahiyyətini aşaraq qərar qəbul etdiyini, halbuki İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsinə kənd təsərrüfatı nazirliyi və yaxud Daxili işlər Nazirliyi baxmağa səlahiyyətli olduğunu, bu baxımdan Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin 02 iyun 2025-ci il tarixli, MN1846218 nömrəli qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını bildirdi. Məhkəmə qərarından şikayət verilmiş Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyi yanında X7 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumatlandırsada, həmin xidmətin nümayəndəsi heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişiklər edilənədək səlahihiyyətli orqanın ( vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görəinzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İş materialına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin rəisi tərəfindən tərtib edilmiş 02 iyun 2025-ci il tarixli, MN № ******* saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyi yanında X7 Xidmətinə qərarla bağlı araşdırılmış sənədləri məhkəməyə göndərilməsi xahiş olunsada ,xidmət tərəfindən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə şikayət ərizəsinə və ona əlavə olunan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, barəsində qərar qəbul edilmiş şəxsin şikayəti təmin edilməli və onun barəsində tərtib edilmiş qərar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 72-VİİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərmanında dəyişiklik edilmiş həmin dəyişikliyə əsasən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanına 5.22- 1-ci bəndi əlavə edilmiş həmin bəndə əsasən həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi baxması müəyyən edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə AZƏRBAYCAN RESPUBLİKASİ PREZİDENTİNİN fərmanın 5.23 bəndi isə ləğv edilmişdir. Bununla da müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidməti 02 iyun 2025-ci il tarixdə səlahiyyətləri olmadan qərar qəbul etmişdir. Protokol tərtib edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, müvafiq polis orqanın inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olsa da həmin protokol kifayət qədər sübutlarla təsdiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-2, 128-130,133 və 134-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərar aldı: Naxçıvan şəhəri, M.S ünvan 1 ünvanında qeydiyyatda olan X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin 02 iyun 2025-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-32/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-32/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver