Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 3(088)-33/2023 25.07.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ xx.xx.1981-ci ildə anadan olmuş, Sədərək rayon Sədərək kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyindən 3 ay müddətində qanunla müəyyən edilmiş əsas olmadan icra edilməməsinə görə xx.xx.1981-ci ildə anadan olmuş, Sədərək rayon Sədərək kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində məsuliyyət nəzərdə tutulan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Hakim inzibati materialı araşdıraraq belə nəticəyə gəlir ki, vətəndaş Şəxs barəsində təqdim edilmiş materiallar natamam olduğundan və sənədlər düzgün tərtib olunmadığından inzibati xətalar haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materiallarda Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə uyğun olaraq Şəxs qərarın təqdim edilməsinə və ya onun elektron qərar barədə məlumatlandırılmasına dair sübutlar əlavə edilməmişdir. Buna görə də həmin qərarın icraat aparılan şəxsə münasibətdə qüvvəyə minibminməməsi və ya nə vaxtdan qüvvəyə minməsi, qərarın hansı tarixədək icra olunmalı olduğu müəyyən edilə bilməmişdir. Adı çəkilən məcəllənin 150.11-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Həmin məcəllənin yuxarıda göstərilən maddələrinin mətnindən görünür ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, həmin qərarı qəbul etmiş məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı inzibati xəta törətmiş şəxsin inzibatı xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Lakin inzibati xəta törətmiş şəxsin inzibati protokola əsasən tənbeh məsuliyyəti tədbirinin görülməsi barədə qəbul edilmiş qərar icra edilmədiyindən inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilməmiş və qərar inzibati materiallara əlavə edilməmişdir. İş materiallarından da müəyyən edilir ki, inzibati xəta törətmiş şəxsin idarə etdiyi Mercedes Benz ML 350 minik markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhərində qeydiyyatda olmaqla orada idarə olunur. Eyni zamanda Azərbaycan Respublikasının İXM-nin 114.3-cü maddəsinə əsasən baxılması onun səlahiyyətinə aid olmadıqda inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barəsində qərardad çıxarılır. İş üzrə materiallardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində məsuliyyət nəzərdə tutulan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol düzgün tərtib edilməmiş və səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi haqqında qərardad çıxarılmamış və inzibati materiallar məktubla məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-ci maddəsinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə həmin məcəllənin yuxarıda göstərilən maddələrinin mətnindən bir daha aydın olur ki, inzibatı tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, Azərbaycan Respublikası İXM-nin 57, 150.11 və 114.3-cü maddələrinin tələblərinə riayət edilməyərək inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar iş materiallarına əlavə edilməmiş və inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi haqqında qərardad çıxarılmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, vət. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 529.3-cü maddəsində məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında təqdim edilmiş materiallar natamam olduğundan və sənədlər düzgün tərtib olunmadığından inzibati xətalar haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq Q ə r a r a a l d ı m: Vət. Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinə geri qaytarılsın. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-33/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №3(088)-33/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver