Məhkəmə qərarları › İş №3(088)-34/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-34/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-34/2023 24.07.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxs X2 iştirakı ilə. xx xxxxxxxx 1980-ci il tarixdə Şərur rayon Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Sədərək Rayon Dəmirçi kəndində pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə, Sədərək rayon Dəmirçi kəndində Nəsimi Hümbətova məxsus ərzaq mağazasına əlində benzinlə gedərək ucadan səs-küy salaraq ictimai asayişi pozmuşdur. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, təxminən iki ildir ki sənədlərini düzəltmək məqsədilə Dəmirçi kəndinə gəldiyini, anası ilə yaşadığını, kənddə qaldığı müddətdə əvvəllər onlara məxsus olan kəndin mərkəzində yerləşən Hümbətov Nəsiminin işlətdiyi mağazanın yerində çayçı və ərzaq mağazasının yerini almaq məqsədilə həmkəndlisi Hümbətov Nəsimi ilə söhbət etmək istədiyini, ancaq onun söhbət etməyə gəlmədiyini, təxminən iyun ayının 9-da Nəsimi ilə görüşmək məqsədi üçün onun telefonuna zəng etdiyini və onun telefonu açmadığını, mağazaya getdiyini və mağazada satıcı işləyən Şahid1in olduğunu, ona Nəsimiyə zəng edərək mağazaya çağırmağını istədiyini, zəng edərək Nəsimini mağazaya çağırdığını, bir müddət sonra Nəsiminin mağazaya gəldiyini, Nəsimiyə həmin mağazanın yerində onlara məxsus olan mağaza və çayçı olduğunu, həmin torpaq sahəsinin də onlara məxsus olduğunu dediyini, Nəsiminin isə 50 min manat pul verərək aldığını dediyini, həmin yerin onlara məxsus olduğu üçün onlara qaytarmalı olduğunu dediyini, özünü onu və dükanı yandıracağını dediyini onun isə güldüyünü, əsəbləşərək evə getdiyini, evdə damda olan 5 litrlik kanistrdə olan 3-4 litr benzini götürüb Nəsiminin mağazasına getdiyini, orda qardaşı Qalibin və əmi oğlusu Xaliqin olduğunu, onlardan əlavə 30-35 kənd camaatının da orda toplaşdığını, əmioğlusu və qardaşının onu tutmağa çalışdıqlarını, həmin vaxt benzinin Nəsiminin üstünə töküldüyünü, əlindən kanistri aldıqlarını, cibindən yandıranı çıxardığını, sakitləşdikdən sonra evə getdiklərini, Nəsimi ilə söhbət etdiklərini, amma yenə də Nəsiminin mağazanı verməyəcəyini dediyini, Bakıya gedəcəyin və qayıdanda söhbət edərik deyərək evdən çıxıb getdiyini, xx.xx.2023-cü il tarixdə təkrar kəndə gəldiyini, 22 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində Nəsimiyə zəng vurduğunu və mağazanı təhvil verməsini tələb etdiyini, Nəsminin isə qonağı olduğu üçün gələ bilməyəcəyini bu baxımdan ona əsəbləşdiyini bildirdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs qismində iştirak edən X6 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sədərək Rayon Dəmirçi kəndində bir vətəndaşın səs-küy salmaqla Nəsimi Hümbətova məxsus mağazanı yandırmaq istəməsi barədə məlumatın daxil olduğunu, həmin zaman Sədərək rayon Dəmirçi kəndinə getdiklərini, həmin səs-küyü salan vətəndaşın Şəxs olduğunu müəyyən etdiklərini, Şəxs Bakı şəhərində olduğundan barəsində araşdırma apara bilmədiklərini, 22 iyul 2023-cü il tarixdə Bayramov X1 gələrək təkrarən Nəsimi Hümbətova ərzaq mağazasını onun əlindən alacağını bildirdiyini, vətəndaş Şəxs Polis şöbəsinə dəvət edilərək barəsində protokol tərtib edilərək adiyyəti üzrə baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərildiyini bildiridi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam radələrində qardaşı Rüstəmin ona zəng edərək mərasim evinin yanına gəlməsini Nəsimi ilə söhbət edəcəklərini dediyini, evdən çıxıb mərasim evinə tərəf getdiyini ora çatan zaman qardaşı Rüstəm ilə həmkəndlisi Nəsiminin mübahisə etdiklərini gördüyünü, mübahisənin böyüdüyünü və qardaşının əsəbləşərək ona gedib evdən benzin gətirməsini dediyini, özünü və dükanı yandırmaq istəyəcəyini bildiyi üçün benzini gətirmədiyini, özünün evə benzin gətirmək üçün getdiyini, təxminən 10-15 dəqiqə sonra Rüstəmin qayıtdığını və dükana doğru getdiyini, bu zaman həmkəndlisi Nəsiminin dükanın qabağına gəldiyini və benzinin ikisinin də üzərinə töküldüyünü, Nəsiminin qardaşını itələdiyini və pilləkəndən aşağı düşdüyünü, kənd sakinlərinin qardaşı və Nəsimini aralaşdırıb sakitləşdirdiklərini, həmin vaxt mağazanın qabağında 30-35 nəfər kənd camaatının olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam tərəfi 7-8 arası həmkəndlisi X4 mağazaya gələrək mağaza sahibi olan Hümbətov Nəsiminin yerini soruşduğunu, Nəsiminin digər mağazada iş gördüyünü dediyini, Rüstəmin zəng edərək Nəsimini mağazaya çağırmasını istədiyini, Nəsimiyə zəng edərək Rüstəmin mağazaya gəlməsini dediyini, onun isə mağazada ustalar işlədiyi üçün gələ bilməyəcəyini Rüstəmin gəlməsini və bir çay içərək dükan haqqında söhbət etmək istədiyini dediyini, Rüstəm Nəsimi ora gəlməzsə mağazanı yandıracağını dediyini, sonra Nəsimiyə zəng edərək Rüstəmin dediklərini dediyini, Nəsiminin gözləsin gəlirəm dediyini, içəridə olan müştəriləri yola saldıqdan sonra mağazanı bağlayaraq bayıra çıxdığını, Nəsiminin gəldiyini və Rüstəmlə söhbət etdiklərini bir neçə dəqiqədən sonra mübahisə etməyə başladıqlarını, Rüstəmin evə getdiyini və təxminən 5 dəqiq sonra əlində 5 litrlik bidonda benzin götürüb gəldiyini, bu zaman Nəsimi Rüstəmi tutaraq itələdiyini, həmin zaman Rüstəm əlində olan benzini Nəsiminin üstünə töküldüyünü, Nəsiminin kənara çəkildiyini, ətrafa yığışan kənd camaatının Rüstəmi aralaşdıraraq apardıqlarını, təxminən yarım saat sonra Nəsimi mağazada olan zaman gedəcəyini mağazada gözləməsini o, gəldikdən sonra bir yerdə bağlayıb gedəcəklərini dediyini, sonra Nəsimi təxminən gecə saat 1-2 arası olardı Nəsiminin Rüstəm ilə birlikdə mağazaya gəldiklərini və mağazanı təhvil verib evə getdiyini bildirdi. Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 09 iyun 2023-cü il tarixdə həmkəndlisi X5 ilə aralarında olan torpaq mübahisəsi ilə bağlı sonuncuya məxsus olan mağazaya gedərək, 30-35 nəfər kənd əhalisinin yığışdığı yerdə ucadan səs-küy salaraq, ictimai qaydanı pozaraq X3 qarşı xuliqanlıq etmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : xx xxxxxxxx 1980-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10(on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2023-cü il, saat 15:00-dan hesablansın. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar