Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 3(088)-34/2024 05.06.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, Sədərək rayon Qaraağac kənd sakini X10 tərəfindən məhkəməyə daxil olmuş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 xx.xx.2024-cü il tarixli şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Fövqalədə Hallar Nazirliyi X14 Xidməti İdarəsi tərəfindən barəsində qəbul edilmiş 04 mart 2024-cü il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsində qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Fövqalədə Hallar Nazirliyi X14 Xidməti İdarəsinin inspektoru X6 04 mart 2024-cü il tarixdə Sədərək rayon, Sədərək kəndində yerləşən Sədərək kəndi körpələr evi-uşaq bağçasında yanğın texniki müayinə keçirmiş, müayinə zamanı müəssisədə yanğın xəbərverici siqnalizasiya qurğularının quraşdırılmaması, elektirik təsərrüfatına ixtisaslaşmış şirkət tərəfindən baxış keçirilərək akt tərtib olunmaması, ilkin yanğın söndürmə balonlarla tam təmin olunmaması, təxliyə çıxış qapısının çölə doğru açılmamasının aşkar olunması barədə protokol tərtib edilmiş və həmin protokola əsasən, qərar qəbul edilərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətdiyinə görə 150 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır Həmin qərardan narazı qaldığından vətəndaş X3 Muxtar Respublikası Fövqalədə Hallar Nazirliyi X14 Xidməti İdarəsi tərəfindən barəsində qəbul edilmiş 04 mart 2024-cü il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq adlanan 132-ci maddəsinin tələbinə əsasən sözügedən şikayətin mümkünlüyü üzrə materialı öyrənərkən, sənədləri nəzərdən keçirib müəyyən etdim ki, verilmiş şikayət aşağıdakı əsaslara görə şikayətçiyə geri qaytarılmalıdır. Hakim şikayət ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, tərtib edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar şikayət ərizəsinə əlavə edilməmiş və ən əsası isə şikayətçiyə həmin qərarın təqdim edilməsinə və ya onun hansı tarixdə qərarı qəbul etməsinə dair sübutlar əlavə edilməmiş bu baxımdan şikayətçinin qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti buraxdığı müəyyən edilmişdir. Buna görə də qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət buraxıldığından şikayət ərizəsi geri qaytarılmalıdır. X2 şikayət ərizəsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi X14 İdarəsinin inspektoru tərəfindən barəsində tərtib edilmiş 04 mart 2024-cü il tarixli qərarın rəhbərlik etdiyi baxçaya təqdim edildiyini qeyd etməklə mübahisələndirdiyi inzibati qərardan bilavasitə vaxtında xəbərdar olduğunu ifadə etmişdir. Azərbaycan Respublikası İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikası İXM-in 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İnzibati Xətalar Məcəlləsinin 57.5.1-ci maddəsinə əsasən bu məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-in qərardan şikayət və ya protest vermə müddətləri adlanan 130-cu maddəsində müəyyən istisnalar nəzərə alınmaqla qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilməsi qanunvericiliklə təsbit olunmuş, həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda isə şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddətin hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilməsi göstərilmişdir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə isə bu halda vəsatəti rədd etmə haqqında qərardadın qəbul edilməsi qeyd edilmişdir. Qanunvericiliyin sadalanan normalarının məzmununa və tələbinə müvafiq olaraq belə nəticəyə gəlirəm ki, inzibati xəta haqqında qəbul edilmiş qərardan şikayət vermə üçün nəzərdə tutulmuş prosessual müddət buraxıldığından şikayət ərizəsi şikayətçiyə geri qaytarılmalıdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X7 buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində şikayət etmək üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması ilə bağlı şikayətin geri qaytarılması barədə qərardaddan inzibati qaydada şikayət verilməsi halı nəzərdə tutulmamışdır. Bu baxımdan hazırkı iş üzrə qəbul olunmuş qərardaddan şikayət verilə bilməz. Əlavə olaraq onu da qeyd edirəm ki, şikayətçinin şikayət ərizəsi qərardadla geri qaytarılarkən onun buraxdığı müddətin bərpası ilə bağlı müraciət etmək hüquqları məhdudlaşmır. Belə ki, yuxarıda qeyd edildiyi kimi şikayətçi buraxılmış prosessual müddətin bərpa edilməsi üçün vəsatətlə qərarı qəbul etmiş şəxsin yuxarı səlahiyyətli orqanına müraciət edə bilər. Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənləri və Azərbaycan Respublikası İXM-in 130 və 132-ci maddələrini rəhbər tutaraq Qərar verdi: Şərur Rayonu Kürkənd kənd sakini X10 tərəfindən 04 mart 2024-cü il tarixli ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə dair şikayəti, şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət buraxıldığından şikayət ərizəsi geri qaytarılsın. X1 şikayət verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə qərarı qəbul etmiş yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) yəni Naxçıvan Muxtar Respublikası FHN-nə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-34/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №3(088)-34/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver