Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-34/2025 21.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1999-cu il tarixdə Naxçıvan MR Şərur rayonu, Xanlıqlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 30 iyun 2025-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixində saat 12:48-da X4 İdarəsinin “Sədərək” gömrük postu vasitəsilə Türkiyə Respublikasından ölkə ərazisinə gələn Azərbaycan Respublikasının vətəndaşı, C02302962 nömrəli pasportun sahibi, xx.xx.1999-cu il təvəllüdlü Şəxs al yükləri Hİ-Scan rentgen qurdusundan yoxlanısdan keçdiyi zaman müşahidə monitorunda şübhəli təsvirlər aşkar edildiyindən vətəndaşın əl yükünə yoxlama keçirilmiş, yoxlama zamanı əl yükünün içərisindən 1 ədəd plastik qablaşdırma ilə birlikdə çəkisi 142.2 qram olan naməlum tərkibli krem, 2 ədəd kağız paketin içərisində 58 ədəd naməlum tərkibli həblər, 3 ədəd üzərində "Betasonate" yazıları olan kremlər, 3 konvalyut üzərində “Prednisolone tablets BP5 mg" yazıları olan 30 ədəd həb, 2 ədəd üzərində “Cortmel” yazılan ampullar, 6 konvalyut üzərində ''Rheumaqin 200 mg" yazıları olan 60 ədəd həblər aşkar edilmiş və gömrük əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında həqiqətən də xx.xx.2025-ci il tarixdə Türkiyə Respublikasından gələn zaman əla çantasında dərmanların olduğunu, həmin dərmanların özünə məxsus olduğunu, bədənindəki ləkələr üçün istifadə etdiyini, lakin bəyan etməli olduğunu bilmədiyini, gömrük yoxlanışı zamanı əl yükü monitordan keçəndə həmin dərmanların aşkar edildiyini, həmin dərmanların sənədləşdirilərək götürüldüyünü, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin X3 baş inspektoru Şahid1 izahatında xx.xx.2025-ci il tarixində iş qrafikinə uyğun olaraq “Sədərək” gömrük postunda sərnişin xəttində vətəndaşların müayinəsi postunda xidmətdə olarkən monitorda oturan gömrük əməkdaşının sərnişinlərdən birinin əl yükündə şüphəli təsvirlər olduğunu bildirdiyini, həmin vətəndaşı oradan kənara çəkərək şüphəli təsvirlər olan əl yükünə video-çəkiliş vasitəsilə yoxlama keçirəcəyini bildirdiyini, video-çəkilişdə kömək etməsi üçün X3 inspektoru Şahid2 kömək istədiyini, Ayxanın da onunla razılaşdığını, sərnişinlə bir qədər söhbət etdikdən sonra onun Azərbaycan Respublikası vətəndaşı Şəxs olduğunu yoxlama başlamazdan əvvəl vətəndaşdan gömrük nəzarətindən gizlədilmiş və ya qanunla qadağan olunmuş hər hansı predmetln olub-olmadığını soruşduğunu, onun isə cavabında 30 kq qarışıq ərzaq, 10 qutu siqaret və 1 ədəd kiçik məişət avadanlığından başqa heç nəyin olmadığını bildirdiyini, yoxlama zamanı Şəxs əl yükünün çərisindən 1 ədəd plastik qablaşdırma ilə birlikdə çəkisi 142.2 qram naməlum tərkibli olan krem, 2 ədəd kağız paketin içində 50 ədəd naməlum tərkibli həblər, 3 ədəd üzərində “Betasonate” yazılan krem, 3 konvalyut üzərində “Prednlsolone tabləts BP5 mg" yazıları olan 30 ədəd həb, 2 ədəd üzərində “Cortmel” yazılan ampullar, 6 konvalyut üzərində "Rheumaqin 200 mg" yazılan olan 80 odəd həb aşkar etdiyini və daha sonrakı araşdırma üçün qablaşdıraraq götürdüyünü, daha sonra müvafiq icazələri aldıqdan sonra X3 şəxsi yoxlama otağında vətəndaş Şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi yoxlama keçirdiyini, şəxsi yoxlama zamanı vətəndaşın üzərindən qanunla qadağan olunmuş hər hansı bir predmetin aşkarlanmadığını və yoxlamalar bitdikdən sonra müvafiq sənədləri hazırlayaraq iştirakçılar tərəfindən həmin sənədlərin imzalandığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin X3 inspektoru Şahid2 xx.xx.2025-ci il tarixdə iş yoldaşı Şahid1 ilə birlikdə Sədərək Gömrük idarəsində olduqlarını bildirərək Şahid1 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir. Məhkəmə şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatları, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 13 may 2025-ci il tarixli əşyaların yoxlanılması və götürülməsi haqqında protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikasının vətəndaşı Şəxs el yükünün içərisindən 1 ədəd plastik qablaşdırma ilə birlikdə çəkisi 142.2 qram naməlum tərkibli olan krem, 2 ədəd kağız paketin içində 50 ədəd naməlum tərkibli həblər, 3 ədəd üzərində “Betasonate” yazılan krem, 3 konvalyut üzərində “Prednlsolone tabləts BP5 mg" yazıları olan 30 ədəd həb, 2 ədəd üzərində “Cortmel” yazılan ampullar, 6 konvalyut üzərində "Rheumaqin 200 mg" yazılan olan 80 odəd həb aşkar olunaraq götürülmüşdür. Bununla da müəyyən olunur ki, Şəxs 23 may 2025-ci il tarixdə Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən üzərində gömrük nəzarətinə bəyan etmədən 1 ədəd plastik qablaşdırma ilə birlikdə çəkisi 142.2 qram naməlum tərkibli olan krem, 2 ədəd kağız paketin içində 50 ədəd naməlum tərkibli həblər, 3 ədəd üzərində “Betasonate” yazılan krem, 3 konvalyut üzərində “Prednlsolone tabləts BP5 mg" yazıları olan 30 ədəd həb, 2 ədəd üzərində “Cortmel” yazılan ampullar, 6 konvalyut üzərində "Rheumaqin 200 mg" yazılan olan 80 odəd həbi gömrük nəzarətindən kənar keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yə müəyənləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 578 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədiqata təqdim olunmuş dərman preparatları dərman formalarına və təsiredici maddələrinə əsasən qablaşdırmaları üzərindəki adlarına uyğundur. Bu preparatlar təsiredici maddələrinə görə 2005-ci il 28 iyun tarixli və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş Azərbaycan Respulikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrə, psixotrop maddələrə, güçlü təsir edən maddələrə aid deyildir. Ekspert rəyinin tədqiqi hissəsinə əsasən "Rheumaqin həbləlrin sayı-60 həb, tədqiqata sərf edildi-1 həb, qalı-59 həb, “Prednisolone həbləlrin sayı-30 həb, tədqiqata sərf edildi-1 həb, qalı-29 həb, Kağız bağlamalardaki həbləlrin sayı-58 həb, tədqiqata sərf edildi- 1 həb, qalı-57 həb, Plastik qabda kremin çəkisi 121.89 qram, tədqiqata sərf edildi-0.5 qram, qalı-121.39 qram, Betasonate kreminin çəkisi 9 qram, tədqiqata sərf edildi-0.2 qram, qalı-8.8 qram qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Qiymətləndirmə Mərkəzinin xx.xx.2025-ci il tarixli NQM 029-05/25 nömrəli dərman vasitələrinin dəyərinin müəyyən edilməsinə dair rəydən görünür ki, bazar araşdırması zamanı ekspertizaya təqdim olunan məhsullann tərkibi, keyfiyyət göstəriciləri və farmakoloji xüsusiyyətləri qiymətləndirmənin predmeti olmamışdır. Ekspertizaya təqdim edilən naməlum tərkibli krem (plastik qabda, 142.2 qram) 1 manat, naməlum tərkibli həblər (2 paketdə 58 ədəd ) 1.2 manat, 3 ədəd “Betasonate” krem bir ədədi 1 manat olmaqla cəmi 3 manat, “Prednisolone tabləts BP 5 mg" (30 həblik konvalyut) 3 konvalyut (90 həb) 3 manat, iki ədəd “Cortmel” ampul bir ədədi 2 manat olmaqla 4 manat, "Rheumaqin 200 mg" tablet 60 ədəd (6 konvalyut) 3 manat müəyyən edilmişdir. İş materiallarında olan 01 may 2025-ci il tarixli, 3-33-1200/2-002232/2025 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı Eminli M.Turqut tərəfindən tərtib edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, **********55 nömrəli material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci və 206.2-ci maddələri ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs tərəfindən törədilən əməldə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan onun barəsində qeyd olunan maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan naməlum tərkibli krem (plastik qabda, 121.39 qram) 1 manat, naməlum tərkibli həblər (2 paketdə 57 ədəd ) 1.2 manat, 3 ədəd “Betasonate” krem bir ədədi 1 manat olmaqla cəmi 3 manat, “Prednisolone tabləts BP 5 mg" (30 həblik konvalyut) 3 konvalyut (90 həb) 3 manat, iki ədəd “Cortmel” ampul bir ədədi 2 manat olmaqla 4 manat, "Rheumaqin 200 mg" tablet 59 ədəd (6 konvalyut) 3 manat olmaqla ümumi dəyərləri təxminən 15.20 (on beş manat, iyirmi qəpik) manat olan həblər dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinə görə İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1999-cu il təvəllüdlü Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan naməlum tərkibli krem (plastik qabda, 121.39 qram) 1 manat, naməlum tərkibli həblər (2 paketdə 57 ədəd ) 1.2 manat, 3 ədəd “Betasonate” krem bir ədədi 1 manat olmaqla cəmi 3 manat, “Prednisolone tabləts BP 5 mg" (30 həblik konvalyut) 3 konvalyut (90 həb) 3 manat, iki ədəd “Cortmel” ampul bir ədədi 2 manat olmaqla 4 manat, "Rheumaqin 200 mg" tablet 59 ədəd (6 konvalyut) 3 manat olmaqla ümumi dəyərləri təxminən 15.20 (on beş manat, iyirmi qəpik) manat olan həblər dövlət nəfinə müsadirə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra maddi sübutların müsadirə edilməsi icra olunması üçün Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-34/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-34/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver