Məhkəmə qərarları › İş №3(088)-35/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-35/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-35/2023 04.09.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxs X2 iştirakı ilə. xx xxxxxxx 1968-ci il tarixdə Şərur rayon Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Sədərək Rayon Dəmirçi kəndində pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 20:00 radələrində Sədərək rayon Dəmirçi kəndin ərazisində xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Dəmirçi kəndinin Bələdiyyəsinin sədri Şahid2 müraciət edərək ona məxsus olan yonca sahəsini suvarması üçün su vermələri istədiyini, üstündən altı gün keçməsinə baxmayaraq su vermədiklərini, xx.xx.2023-cü il tarixdə axşam saat 18:00 radələrində kənd qəbirstanlığının yanında Məhəmmədin su başında durduğunu, yonca sahəsinin susuz olduğunu, sipiçka versə yanacağını və suvarması üçün su verməsini dediyini, onun isə get gözlə dediyini, bu vaxt orda olan insanlara əsəbləşərək ucadan danışdığını və yavaş-yavaş yonca sahəsinin başına gəldiyini, su verməyəcəklərini bildiyindən sipiçkanı yandırıb yonca sahəsinin içərisinə atdığını və sahənin yanmağa başladığını, biraz sonra polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının gəldiyini və yanğını söndürdüklərini, törətdiyi əməldən çox peşman olduğunu, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs qismində iştirak edən X4 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sədərək Rayon Dəmirçi kəndində bir vətəndaşın yonca sahəsini yandırmaq istəməsi barədə məlumatın daxil olduğunu, həmin zaman Sədərək rayon Dəmirçi kəndinə getdiklərini, həmin sahəni yandıran vətəndaşın Şəxs olduğunu müəyyən etdiklərini, vətəndaş Şəxs Polis şöbəsinə dəvət edilərək barəsində protokol tərtib edilərək adiyyəti üzrə baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərildiyini bildiridi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirdi ki, Şərur rayon Zeyvə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, Sədərək rayon Polis şöbəsinin PPXT-nın polis serjantı işlədiyini, xx.xx.2023-cü il tarixdə axşam saat 19:30 radələrində Dəmirçi kəndidə qeydiyyatda olan və yaşayan Qarayev X1 yerləşən özünə məxsus yonca sahəsini yandırdığını, hadisə yerinə çatdıqda yerin yanmış halda olduğunu və yer sahibinin söndürməyə çalışdığını, biraz keçdikdən sonra Sədərək Rayon Fövqəladə Hallar Nazirliyini əməkdaşlarının həmin yerə gələrək yanğını söndürdüklərini, sonra Şəxs polis şöbəsinə dəvət etdiklərini və barəsində protokol tərtib edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirdi ki, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, ünvan 5 kənd sakini Şəxs ona müraciət edərək ona məxsus yonca sahəsini suvarmaq istədiyini, onun isə növbəli şəkilsə sənə sıra çatdıqda suvara biləcəyini dediyini, xx.xx.2023-cü il tarixdə 9 hektar deyilən ərazidə panel deyilən paylayıcı qolun yanında olduğunu, həmin vaxtı Şəxs su ilə bağlı təkrar müraciət etdiyini, Osman yeri suvardığını və bir saata qurtaracağını ondan sonra suvarmalı olduğunu bildirdiyini, Şəxs isə suyu ona verməsələr yerini yandıracağını deyərək səs-küy salaraq öz yoncalığına tərəf getdiyini, bir neçə dəqiqədən sonra Hidayətin öz yoncalığını yandırdığını, bir müddət sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının hadisə yerinə gələrək yanğını sondürdüklərini bildirdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 18 avqust 2023-cü il tarixdə Sədərək rayon Dəmirçi kəndin ərazisində yerləşən özünə məxsus olan yonca sahəsinin yanında insanların toplaşdığı yerə gələrək ucadan səs-küy salaraq ictimai qaydanı pozaraq, öz yonca sahəsini və ətrafını yandıraraq xırda xuliqanlıq etmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx xxxxxxx 1968-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2023-cü il, saat 16:00-dan hesablansın. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar