Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-35/2025 21.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində gəzmək məqsədi ilə Türkiyə Respublikasının İğdır şəhərinə getməyə qərar verdiyini, həmin vaxtı yaxın qohumu 1 ədəd su motorunun olduğunu və onu təmir üçün İğdır şəhərinə aparıb-apara bilməyəcəyini soruşduğunu, heç bir problemin olmadığını həmin su motorunu Türkiyəyə getdiyi zaman özü ilə birlikdə apara biləcəyini dediyini, Sədərək gömrüyünü keçdiyi zaman gömrük əməkdaşı həmin su motorunu ölkə ərazisindən çıxartdığına dair müvəqqəti ixrac bəyannaməsi yazılmalı olduğunu bildirdiyini və bu müvəqqəti ixrac bəyannaməsini yazdıqdan sonra 2 il ərzində həmin su motorunu geriyə qaytarmalı olduğunu bildirdiklərini, daha sonra İğdırda həmin motorun təmir oluna bilməməsi səbəbindən geriyə qaytarmaq istəmədiyini və həmin su motorunun orada saxlayaraq geriyə Naxçıvana qayıtdığını, xx.xx.2025-ci il tarixində ailəsi ilə birlikdə Türkiyə Respublikasına getmək istədiyi zaman Sədərək gömrük postunun əməkdaşın aparmış olduğu **********758 nömrəli müvəqqəti ixrac bəyannaməsində olan 1 ədəd su motorunun xx.xx.2025-cil il tarixində geriyə ölkə ərazisinə qaytarmalı olduğunu və qaytarmadığını, bu müddəti ötürdüyünün bildirildiyini və bu səbəbdən də sistem tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildirdiklərini, daha sonra isə izahat vermək üçün Naxçıvan Baş Gömrük İdarəsinə dəvət etdiklərini, su nasosunun təmir olunması mümkün olmadığından geri qaytarmadığını, lakin məsuliyyətə cəlb olunacağını bilmədiyi üçün su nasosunu geri qaytarmadığını, bilsəydi əgər həmin nasosu təmir olunmasa belə geri qaytaracağını, əməlindən peşman olduğunu, bir daha belə bir hala yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” Gömrük Postunun baş inspektoru Şahid izahatında həqiqətən də xx.xx.2023-cü il tarixdə Şəxs nazas olan su matorunu ölkədən təmir üçün çıxarıb Türkiyə Respublikasına apardığını, su nasosunun fotoşəkillərini çəkdiyini, həmin tarixdə bəyannamə əsasında 2 il müvəqqəti ixrac müddəti verildiyini, lakin təyin olunmuş müddət ərzində istifadə olunmuş su matorunu geri qaytarmamış və təyin olunmuş müddəti pozduğunu, bununla bağlı Şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunduğunu bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı Eminli M.Turqut Abbas oğlu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1986-cı il təvəllüdlü, Azərbaycan Respublikası tərəfindən verilmiş etibarlılıq müddəti xx.xx.2031-ci il tarixinədək olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Şəxs tərəfindən xx.xx.2023-cü il tarixində ölkədən çıxış istiqamətində Azərbaycan Respublikasından “Sədərək” gömrük postu vasitəsilə Türkiyə Respublikasına gedərkən təmir üçün özü ilə apardığı 1 ədəd su motoru fiziki şəxslər tərəfindən verilən **********758 nömrəli bəyannaməyə əsasən xx.xx.2025-ci il tarixinədək müvəqqəti ixrac müddəti verilmişdir. Şəxs oqlu tərəfindən həmin su motoru xx.xx.2025-ci il tarixində ölkə ərazisinə qaytarılmalı olduğu halda qaytarılmamış, nəticədə su motoru üçün müəyyən olunmuş müddət pozulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Naxçıvan Baş Gömrük İdarəsinin 19 iyun 2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixində “Sədərək” gömrük postunda X1 Sistemi vasitəsilə ölkədən çıxış istiqamətində qeydiyyata alınan Azərbaycan Respublikasının vətəndaşı Şəxs özü ilə birlikdə apardığı 1 ədəd su motorunu xx.xx.2025-ci il tarixinədək ölkə ərazisinə qaytarmalı olduğu halda ölkə ərazisinə qaytarmamış, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş X2 xx.xx.2025-ci il tarixli NQM 019-06/25 nömrəli “Lucky Pro” markalı MSC60 model istifadə edilmiş su matorunun dəyərinin müəyyən edilməsi barədə rəyin nəticə hissəsindən görünür ki, “Lucky Pro” markalı MSC60 model istifadə edilmiş su motorunun qara bazarda topdan və pərakəndə satış qiymətləri üzrə araşdırmalar aparılmışdır. Bazar araşdırması zamanı ekspertizaya təqdim olunan məhsullar üzrə keyfiyyət və digər standartlar tərəfimizdən araşdırma predmetinə daxil edilməyib. Ekspertizaya təqdim edilən “Lucky Pro” markalı MSC60 model istifadə edilmiş su motorunun orta bazar dəyəri 60 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 499.2-ci maddəsinə əsasən Aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən **********758 qeydiyyat nömrəli sadələşdirilmiş gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş su matorunun öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin, öhdəlik müddətinin bitməsinə baxmayarag Şəxs su nasosunu Azərbaycan Respublikasının ərazisinə qaytarılmamasına dair tədbir görülməmişdir. Belə ki, Şəxs Azərbaycan Respublikasından “Sədərək” gömrük postu vasitəsilə Türkiyə Respublikasına gedərkən təmir üçün özü ilə apardığı 1 ədəd su motoru fiziki şəxslər tərəfindən verilən **********758 nömrəli bəyannaməyə əsasən xx.xx.2025-ci il tarixinədək müvəqqəti ixrac müddəti verilmişdir. Şəxs tərəfindən həmin su motoru xx.xx.2025-ci il tarixində ölkə ərazisinə qaytarılmalı olduğu halda qaytarılmamış, nəticədə su motorunun geri qaytarılması üçün müəyyən olunmuş müddət pozulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə təqsirli bilinməli və ümumi dəyəri 60 manat olan “Lucky Pro” markalı MSC60 model istifadə edilmiş su motorunun dəyərinin 90 faizi yəni 54 manat məbləğində inzinbati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan ümumi dəyəri 60 manat olan “Lucky Pro” markalı MSC60 model istifadə edilmiş su motorunun dəyərinin 90 faizi yəni 54 manat məbləğində inzibati qaydada dövlət nəfinə ödənilməklə cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Şərur rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-35/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-35/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver