Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-36/2023 01.09.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib edən şəxs Sədərək rayon Polis şöbəsinin İTB-nin polis sahə inspektoru X1 iştirakı ilə. xx.xx.1977-ci il təvəllüdlü Sədərək rayonu, Sədərək kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Sədərək Rayon Polis şöbəsində xx.xx.2023-cü il tarixdə Polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında ünvan 2ində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2023-cü il tarixdə evdən çıxaraq ünvan 2ində kənd bazarında spirtli içki alaraq evə qayıtdığını və evdə təkcə 0.5 litrlik spirtli içkini qəbul etdiyini, biraz sonra məhləyə çıxaraq qapının ağzında hava aldığını, hava aldıqdan sonra evə qayıtdığını, evdə anası ilə mübahisə etdiyini, 10-15 dəqiqə sonra Sədərək rayon Polis şöbəsinin əməkdaşları onu evdən çölə çağıraraq Polis şöbəsinə dəvət etdiklərini və Polis şöbəsinə gəldiyini, Polis şöbəsində hirslənərək polis əməkdaşlarına qarşı ucadan səs-küy saldığını, onların isə nizam intizama dəvət etdiklərini, öz hərəkətlərinə davam etdiyini, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını, etdiyi əməldən peşman olduğunu bir daha belə hərəkət etməyəcəyini bildirdi. Məhkəmədə protokolu tərtib edən şəxs qismində dindirilən Sədərək rayon Polis şöbəsinin İTB-nin polis sahə inspektoru X2 izahatında xx.xx.2023-cü il tarixdə Sədərək Rayon Polis şöbəsinin növbətçisi ona zəng edərək Şəxs spirtli içki qəbul edərək evdə narahatçılıq saldığını bildirdiyini, dərhal həmin ünvana gedildiyini, Şəxsı Polis Şöbəsinə dəvət etdiklərini, polis şöbəsində ucadan səs-küy saldığını nizam intizama dəvət etsələrdə polisin qanuni tələblərinə tabe olmadığını və barəsində protokol tərtib edilərək Sədərək Rayon Məhkəməsinə göndərildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Sədərək rayon Polis şöbəsinin PPXT-də kiçik serjantı Şahid2 izahatında ünvan 2ində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2023-cü il tarixdə manqa komandirinin ona mobil telefonla zəng vuraraq dərhal Şəxs evinə gətməsini, Şəxs spirtli içki qəbul edərək evdə narahatçılıq saldığını bildirdiyini, dərhal həmin ünvana getdiyini, Şəxsı Polis Şöbəsinə dəvət etdiklərini, Şəxs polis şöbəsində ucadan səs-küy saldığını onu nizam intizama dəvət etsələrdə polisin qanuni tələblərinə tabe olmadığını və barəsində protokol tərtib edilərək Sədərək Rayon Məhkəməsinə göndərildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Sədərək rayon Polis şöbəsinin PPXT-nin polis baş serjantı Şahid1 izahatında Şərur rayon Zeyvə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2023-cü il tarixdə Sədərək Rayon Polis şöbəsinin 102 xidmətindən ona zəng gəldiyini, növbətçinin ona Şəxs evinə gətməsini dediyini, Şəxs spirtli içki qəbul edərək evdə narahatçılıq saldığını bildirdiyini, dərhal həmin ünvana getdiyini, Şəxsı Polis Şöbəsinə dəvət etdiklərini, S. Heydərovun polis şöbəsində ucadan səs-küy saldığını nizam intizama dəvət etsələrdə polisin qanuni tələblərinə qəsdən tabe olmadığını və barəsində protokol tərtib edilərək Sədərək Rayon Məhkəməsinə göndərildiyini bildirdi. Məhkəmə toplanmış sübutlara, İnzibati xəta haqqında 002132 №-li protokollara qiymət verərək belə nəticəyə gəlir ki Şəxs yuxarıda sadalanan inzibati xəta törətməsi özünün səmimi etirafı və iş üzrə dindirilmiş şahidlərin izahatları ilə kifayət qədər sübuta yetirilir. Təhqiqat orqanı Şəxs törətdiyi inzibati xətanı Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, o öz hərəkətlərini davam etdirmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcədə inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, inzibati həbs cəza növünün tətbiq edilməsinin məqsədi həm inzibati xəta törətmiş şəxs Şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş şəxslər Şəxs inzibati tənbeh növü tətbiq edərkən belə hesab edir ki, onun Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsaslanıb Azərbaycan Respublikasının İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İnzibati xəta törətmiş şəxs xx.xx.1977-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 28 avqust 2023-cü il tarixdən saat 21:00-dan inzibati qaydada tutulduğu vaxtdan hesablanılsın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə (Naxçıvan Muxtar Respublikasının DİN-nin X4) çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-36/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-36/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver