Məhkəmə qərarları › İş №3(088)-37/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-37/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-37/2023 11.09.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Şərur rayonu Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, 2 uşaq atası, Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs 09 sentyabr 2023-cü il tarixdə, saat 23:30 radələrində X6 məntəqəsinin qarşısında özünü şübhəli apardığından həmin şəxsin Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilmiş və Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə edilmiş nəticədə AMP (amfetamin), MET (metadon) və MDMA (metilendioksimetilamfetamin) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, 2023-cü il sentyabr ayının 7dən 8-nə keçən gecə təxminən saat 01:00 radələrində öz nəqliyyat vasitəsilə Sədərək Rayon Gömrük keçid Şöbəsindən keçərək Türkiyə Respublikasının İğdır şəhərində yerləşən “Azər” adlı otelə gedərək gecəni orada keçirmiş, oteldən çıxan zaman 1 nəfər adını bilmədiyi Türk tanışına rast gəldiyini, birgə gedib kafedə oturduqlarını, kafedə oturan zaman həmin 1 nəfərin narkotik vasitə qəbul etməyə başladığını, o qəbul edən vaxt onada təklif etdiyini və onunda razılaşaraq narkotik vasitə qəbul etdiyini, təxminən 1 saat sonra onun həmin türk vətəndaşının yanından ayrılaraq, İğdır şəhərindən yenə 3 nəfər sərnişin götürüb gömrüyə qayıtdığını, X6 Şöbəsindən keçdikdən sonra çıxışda polis əməkdaşlarının onu saxlayaraq Sədərək Rayon Polis şöbəsinə gətirildiyini bildirdi. Şəxs izahatında həmçinin hərəkətindən çox peşman olduğunu, əvvəllər inzibati xəta törətmədiyini bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Taryel oğlu izahatında xx.xx.2023-cü il tarixində o və CAB-nin əməliyyat müvəkkili Şahid2lə birlikdə xidməti ərazidə olan zaman, Sədərək Rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi v.m.i.e, polis mayoru X5 Rayon Dəmirçi kənd sakini Şəxs narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu onun, Səfa müəllimin və CABnin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Sədərək Rayon Gömrük keçid məntəqəsinin qarşısına getdiklərini və barəsində əməliyyat məlumatı daxil olmuş şübhəli şəxs olan Şəxs saxlayıb Sədərək Rayon Polis şöbəsinə gətirdiklərini bildirdi. Məhkəmə iclasında Şahid2 Şahid1 Taryel oğlu ilə eyni məzmunlu izahat verərək Şahid1 Taryel oğlunun izahatında dediklərini təsdiq etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan MR X3 11 sentyabr 2023-cü il tarixli 1294 saylı məktubundan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sidik narko-test vasitəsilə müayinə olunmuş və nəticədə onda AMP (amfetamin), MET (metadon) və MDMA (metilendioksimetilamfetamin) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İİ siyahı; sıra № 2, 6) daxildir “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahıya əsasən psixotrop maddə olan MDMA (metilendioksimetamfetamin, ekstazi) 0.03 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs əldə etdiyi AMP (amfetamin), MET (metadon) və MDMA (metilendioksimetilamfetamin) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını, əvvəllər inzibati xəta törətməməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbsin müddətinə daxil edilir. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, 10 sentyabr 2023-cü il tarixindən, saat 23:30 dəqiqədən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 16 (on altı) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. Həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, 10 sentyabr 2023-cü il tarixindən, saat 23:30-dan hesablansın. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar