Məhkəmə qərarları › İş №3(088)-38/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-38/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-38/2023 13.09.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1994-cü il təvəllüdlü Türkiyə Respublikası, İğdır şəhəri, Aralıq qəsəbəsində anadan olmuş, evli, bir uşaq atsası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, İğdır şəhəri, Aralıq qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə X1rşısında türk vətəndaşları olan sürücülərlə ucadan mübahisə edərkən, polis əməkdaşları onlara yaxınlaşaraq sakitləşmələrini tələb etmiş lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan dilini başa düşdüyünü, sərbəst danışa bildiyini, tərcüməçiyə ehtiyacı olmadığını, Türkiyə Respublikası, İğdır şəhəri, Aralıq qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2023-cü il tarixdə özünə məxsus olan 76-AAS- 069 dövlət qeydiyyat nişanlı Mercedes tır markalı maşını ilə Gəmiqaya Holdingə məxsus olan xam maddə gətirdiyini, gətirdiyi yükü gəmiqaya holdingə təhvil verdiyini, daha sonra Sədərək rayonunda yerləşən Gömrük Keçid məntəqəsinə məxsus olan tır parkına gəldiyini orda bir gün qaldığını, sonra sıraya duraraq Gömrük Kecid məntəqəsinə yaxınlaşdığını, iki nəfər türk vətəndaşının X1rşısında sıranı pozan türk vətəndaşları ilə əsəbi-əsəbi danışdıqlarını, elə bu zaman polis əməkdaşlarının həmin yerə gəldiyini, onu sakitləşdirərək get maşınında əyləş dediklərini, onun isə ucadan onlar dərhal ordan getməmiş maşınına getməyəcəyini dediyini, daha sonra əsəblərinə hakim ola bilməyib polisin qanuni tələblərinə tabe olmayaraq hərəkətlərinə davam etdiyini, Polis əməkdaşlarının onu Polis şöbəsinə dəvət etdiklərini və barəsində protokol tərtib etdiklərini, etdiyi əməldən peşman olduğunu, polis əməkdaşından bir neçə dəfə üzür istədiyini bir daha belə hərəkət etməyəcəyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Sədərək rayon Polis şöbəsinin PPXT-də baş serjantı Şahid2 izahatında xx.xx.2023-cü il tarixdə Sədərək Rayon X1rşısında xidmətdə olarkən ondan təxminən 50 metr məsafədə ucadan səs küy eşitdiyini və dərhal səs-küy gələn istiqamətə getdiyini, bu zaman bir neçə nəfər türkiyə Respublikası vətəndaşının Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə mübahisə etdiyini gördüyünü, həmin vətəndaşa yaxınlaşan zaman adının Şəxs olduğunu öyrəndiyini, dərhal madaxilə edərək sakitləşdirməyə çalışdığını lakin, həmin şəxs qanuni tələbinə tabe olmayaraq sakitləşmədiyini, Sədərək Rayon Polis şöbəsinə dəvət edilərək barəsində protokol tərtib edildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 izahatında Sədərək rayon Sədərək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasına gedərkən X2yıdış tərəfində ucadan səs-küy eşitdiyini, səs-küy gələn tərəfə getdiyini, həmin səs salan vətəndaşın türk vətəndaşı olduğunu gördüyünü, polis əməkdaşlarının onu sakitləşdirməyə çalışdıqlarını, amma türk vətəndaşının sakitləşmədiyini, biraz keçdikdən sonra polis əməkdaşları ilə Polis şöbəsinə getdiklərini bildirdi. Məhkəmə toplanmış sübutlara, İnzibati xəta haqqında 002144 №-li protokollara qiymət verərək belə nəticəyə gəlir ki Şəxs yuxarıda sadalanan inzibati xəta törətməsi özünün səmimi etirafı və iş üzrə dindirilmiş şahidlərin izahatları ilə kifayət qədər sübuta yetirilir. Təhqiqat orqanı Şəxs törətdiyi inzibati xətanı Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, o öz hərəkətlərini davam etdirmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcədə inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, inzibati həbs cəza növünün tətbiq edilməsinin məqsədi həm inzibati xəta törətmiş şəxs Şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati tənbeh növü tətbiq edərkən belə hesab edir ki, onun Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsaslanıb Azərbaycan Respublikasının İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İnzibati xəta törətmiş şəxs xx.xx.1994-cü il təvəllüdlü Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 12 sentyabr 2023-cü il tarixdən saat 19:00-dan inzibati qaydada tutulduğu vaxtdan hesablanılsın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə (Naxçıvan Muxtar Respublikasının DİN-nin X4) çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar