Məhkəmə qərarları › İş №3(088)-38/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-38/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-38/2024 15.07.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ X9 Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 08 fevral 1994-cü il tarixdə Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsi ilə Sədərək Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sədərək Rayon Polis Şöbəsinin DYPQ tərəfindən tərtib edilmiş 27 iyun 2024-cü il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sədərək Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən və işə əlavə edilmiş sənədlərlərdən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 2106” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobil ilə 15 may 2024-cü il tarixdə saat 00:05 radələrində ünvan 1 ərazisində yol hərəkəti qaydalarını pozaraq ünvan 1 sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Lacetti” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs məxsus “Chevrolet Lacetti” markalı avtomobilinə maddi ziyan vurmuş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 14 may 2024-cü il tarixdə saat 23:45 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan atası X1 məxsus olan “Vaz 2106” markalı **-BF- *** qeydiyyat nişanlı avtomobillə kənd mərkəzinə doğru getdiyini, atasının sağlamlığında problem olduğu üçün əczaçının yaşadığı evə gedərək dərman almaq istədiyini, qayıdarkən kəndin mərkəzində olan yol ayrıcına daxil olan zaman digər yoldan gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Lacetti” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobil ilə toqquşduğunu, nəticədə avtomobillərə ziyan dəydiyini və əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs oğlu izahatında 14 may 2024-cü il tarixdə saat 23:30 radələrində ünvan 1inin mərkəzində olan yol ayrıcına doğru “Chevrolet Lacetti” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman onun getdiyi istiqamətdə yolun sol tərəfindən “Vaz 2106” markalı göy rəngli avtomobilin gözləmədən qarşısına çıxdığını və onunla toqquşduğunu və nəticədə avtomobilinə 3480 manat ziyan dəydiyini, həmin ziyan yol polisi tərəfindən dəvət edilmiş usta tərəfindən müəyyən edilərək qaimə faktura verildiyini, onun avtomobilini vuran Şəxs tərəfindən bu günədək ziyanın ödənilmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında İXP ******* saylı 27 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 15 may 2024-cü il tarixdə saat 00:05 radələrində ünvan 1 ərazisində 1994-cü il təvəllüdlü ünvan 1 sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Lacetti” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman Şəxs idarə etdiyi “Vaz 2106” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxil İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-43-14/2-1599/2024 nömrəli məktubundan görünür ki, Şəxs sürücülük vəsiqəsi yoxdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2024-cü il tarixli 547 nömrəli rəyinə əsasən verilmiş məlumatlara əsasən VAZ 2106 markalı **-BF-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidirlər. Şəxs avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-cü hissəsinin, 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Verilmiş məlumatlara əsasən “Chevrolet Lacetti” markalı **-BC- *** qeydiyyat avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İş materiallarına əlavə olunmuş Sədərək Rayon Polis şöbəsinin İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı polis leytenantı polis mayoru X2 14 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, HK-1/23 saylı material üzrə “Vaz 2106” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün qərarın surəti və toplanmış materiallar Sədərək Rayon Polis Şöbəsinin DYP Qrupuna nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 071112 nömrəli qaiməfakturadan görünür ki, Zərərçəkmiş şəxs məxsus nəqliyyat vasitəsinə 3480 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətə cəlb edilmənin əsasları müəyyən edilib. Həmin maddənin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində isə inzibati xəta əməlinin anlayış verilib ki, qeyd edilən maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd edilən maddi hüquq normalarını Şəxs törətdiyi əməllə qarışlılıqlı şəkildə tədqiq etdikdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Bu inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilməmiş və ictimai təhlükəsizlik, şəxsin sağlamlığı əleyhinə olan inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən də biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının məsrəfi hesab olunan 128 manat pul Şəxs tutulub Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 2, X8 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ ********************, SFİFT BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi: VÖEN **********, Hesab AZ21NABZ********************) hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə məsrəfi hesab olunan 128 (yuz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 2, X8 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ ********************, SFİFT BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi: VÖEN **********, Hesab AZ21NABZ********************) hesabına ödənilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Sədərək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar