Məhkəmə qərarları › İş №3(088)-38/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-38/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-38/2025 21.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Şərur rayonu, Məmmədsabir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evil, 2 uşaq atası, Şərur rayonu su melorasiya idarəsində çilingər işləyən, Şərur rayonu, Məmmədsabir kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs narkotik maddə istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxsin saxlanılaraq Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 sidik narko-test vasitəsilə müayinə edilmiş, xx.xx.2025-ci il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə MET (metamfetamin) və AMP (amfetamin) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilmiş, izahatında xx.xx.2025-ci il tarixdə qohumları olan Mustafayev Asim Hicran oğlu və onun qardaşı Mustafayev Elvin Hicran oğlu ilə narkotik vasitə olan metamfetamin qəbul etdiyini, həmin maddəni qəbul etdikdən bir neçə saat sonra həmin şəxslər ilə Türkiyə Respublikasına gedərkən X6rşısında Sədərək Rayon Polis Şöbəsinin əməkdaşlarının onları saxlayaraq Sədərək Rayon Polis Şöbəsinə dəvət etdiklərini, oradan isə narkotestdən keçirmək üçün Naxçıvan Muxtar Respublikası X5 apardıqlarını, narkotestdən keçən zaman psixotrop maddə qəbul etməsinin aşkar edildiyini hərəkətindən çox peşman olduğunu bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında xx.xx.2025-ci il tarixdə X6rşısında Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidməti ərazidə olan vaxt Şərur rayon sakini Şəxs gömrük ərazisində olması və narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu və dərhal Şəxs saxlayaraq Sədərək Rayon Polis Şöbəsinə dəvət etdiklərini, sonra tesdən keçirmək üçün Naxçıvan şəhərinə apardıqlarını, həkim komissiyasının rəyinə görə Şəxs metamfetamin və amfetamin qəbul etdiyini bildiridi. Məhkəmə iclasında Şahid2 İdiris oğlu Şahid1 ilə eyni məzmunlu izahat verərək Şahid1 izahatında göstərilənləri bir daha təsdiq etdi. İnzibati materiala əlavə olunmuş 21 iyul 2025-ci il tarixli MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs psixotrop maddə olan MET (metamfetamin) və AMP (amfetamin) istifadə etməsi müəyyən edilmişdir. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 20 iyul 2025-ci il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs 20 iyul 2025-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmaqla saxlanmışdır. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X3 21.07 2025-ci il tarixli 348 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs metamfetamin narkomaniyası xəstəliyindən əziyyət çəkir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test, vaşitəsilə müayinə olunub, nəticə MET (metamfetamin) və AMP (amfetamin) müsbət aşkar olunmuşdur. İnzibati materiala əlavə edilmiş Sədərək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(088)-58/2024 saylı qərarından görünür ki, xx.xx.1996-cı ildə Şərur rayonu, Məmmədsabir kəndində qeydiyyatda olan Həsənov X8 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına AMP (amfetamin) (İİ siyahı; sıra № 2), MET (metamfetamin) (İİ siyahı; sıra № 27) daxildir Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs AMP (amfetamin) və MET (metamfetamin) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılıq hisləri keçirməsini və müharibə veteranı iştirakçısı olmasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran Adlarının və X4 üzrə Komissiyasının 10 oktyabr 2023-cü il tarixli 127037 nömrəli vəsiqəsi ilə də müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müharibə veteranıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Sədərək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(088)-58/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən, məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran halllar hesab edilir İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.1996-cı ildə Şərur rayonu, Məmmədsabir kəndində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu gündən yəni, 20 iyul 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar