Məhkəmə qərarları › İş №3(088)-39/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-39/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-39/2023 15.09.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sədərək Rayon Polis Şöbəsinin DYPQ-nun YPX inspektoru polis baş serjantı X3 iştirakı ilə, xx xxxxxxxx 1977-ci il tarixdə Şərur rayon Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Sədərək rayon Sədərək kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 343.4-cü maddəsi ilə Sədərək Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Sədərək Rayon Polis Şöbəsinin DYPQ-nun YPX inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolun tərtib edilməsinə əsas kimi Şəxs 14 sentyabr 2023-cü il tarixində axşam saat 23:45 radələrində moto dəbilqədən istifadə etmədiyi üçün 73-A-072 dövlət qeydiyyat nişanlı minsky markalı avtonəqliyyat vasitəsi Yol Patrul Xidməti əməkdaşı tərəfindən saxlanılmış həmin zaman sürücüdən spirtli içki iyi gəldiyi üçün Yol Patrul Xidməti əməkdaşı ona həkim müayinəsindən keçməyi xahiş etmiş lakin, sürücü həkim müayinəsindən keçməkdən imtina edərək avtonəqliyyat vasitəsini idarə edərək öz yoluna davam etmiş buna görə də, xx xxxxxxxx 1977-ci il tarixdə Şərur rayon Sədərək kəndində anadan olmuş Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında törətdiyi inzibati xəta ilə bağlı təqsirini və avtomobili spirtli içki qəbul edərək idarə etməsini etiraf edərək əməlindən səmimi peşimançılıq keçirməsini və bir daha belə hallara yol verməyəcəyini, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Sədərək Rayon Polis Şöbəsinin DYPQ-nun YPX inspektoru polis baş serjantı X4 protokolda qeyd olunanlara uyğun izahat verərək, protokol üzrə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək Rayon Mərkəzi X2 işləyən X6 öz izahatında bildiridi ki, xx.xx.2023-cü il tarixində saat 11:23 radələrində Sədərək Rayon Sədərək kənd sakini Şəxs sərxoşluğun müəyyən edilməsinə görə alkotesterdən keçirilməsi üçün gətirildiyini, lakin Şəxs sərxoşluğun müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etdiyini bildiridi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək Rayon Polis şöbəsinin PPXT-nin polis nəfəri, polis baş serjantı X7 öz izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində axşam saat 23:53 radələrində Sədərək Rayon Elektirik Şəbəkəsinin yaxınlığında xidmət apardığı zaman Şəxs idarə etdiyi 73-A-072 dövlət qeydiyyat nişanlı motosklet gəldiyini, həmin zaman Sədərək Rayon Polis Şöbəsinin DYPQ-nun YPX inspektoru polis baş serjantı X4 jezl vasitəsilə işarə verərək saxladığını, ondan sənədləri təqdim etməyi istədiyini, sonra spirtli içki iyisi olduğundan onu həkim müayinəsinə dəvət etdiyini, vətəndaş ona məhəl qoymayaraq avtonəqliyyat vasitəsini sürüb öz yoluna davam etdiyini bildiridi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sədərək Rayon Polis Şöbəsinin DYPQ-nun YPX inspektoru polis baş serjantı X3 15 sentyabr 2023-cü il tarixdə tərtib etdiyi AP ******* nömrəli protokoldan aydın olur ki, vətəndaş Şəxs 14 sentyabr 2023-cü il tarixdə axşam saat 23:45 radələrində moto dəbilqədən istifadə etmədiyi üçün 73-A-072 dövlət qeydiyyat nişanlı minsky markalı avtonəqliyyat vasitəsi Yol Patrul Xidməti əməkdaşı tərəfindən saxlanılmış həmin zaman sürücüdən spirtli içki iyi gəldiyi üçün Yol Patrul Xidməti əməkdaşı ona həkim müayinəsindən keçməyi xahiş etmiş lakin sürücü həkim müayinəsindən keçməkdən imtina edərək avtonəqliyyat vasitəsini idarə edərək öz yoluna davam etmiş buna görə də, xx xxxxxxxx 1977-ci il tarixdə Şərur rayon Sədərək kəndində anadan olmuş Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 15 sentyabr 2023-cü il tarixli 21 nömrəli “sərxoşluq vəziyətinin tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs müayinədən keçməkdən imtina etmişdir. 15 sentyabr 2023-cü il tarixli 3-13-43-14/2-1815/2023 nömrəli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X12 İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Şəxs “A” kateqoriyalı sürücülük vəsiqəsinin olub olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsi ilə müvafiq yoxlamalar aparılmış və Şəxs “A” kateqoriyalı sürücülük vəsiqəsi yoxdur və ona görə də o “A” kateqoriyası olmadığı üçün motosiklet idarə edə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsinə əsasən bu məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixində axşam saat 23:45 radələrində Yol Patrul Xidməti əməkdaşı tərəfindən saxlanılmış həmin zaman sürücüdən spirtli içki iyi gəldiyi üçün Yol Patrul Xidməti əməkdaşı ona həkim müayinəsindən keçməyi xahiş etmiş lakin sürücü həkim müayinəsindən keçməkdən imtina etmişdir buna görə də Sədərək Rayon Polis Şöbəsinin DYPQ-nun YPX inspektoru polis baş serjantı X4 tərəfindən protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun inzibati xəta ilə bağlı təqsirini etiraf etməsi ilə yanaşı iş materialları ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs əməli Sədərək Rayon Polis Şöbəsinin DYPQ-u tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 343.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirləndirilib inzibati tənbeh edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf edib peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcədə inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, inzibati həbs cəza növünün tətbiq edilməsinin məqsədi həm inzibati xəta törətmiş şəxs Şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati tənbeh növü tətbiq edərkən belə hesab edir ki, onun Azərbaycan Respublikasının İXM-nin 343.4-cü maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi məqsədə uyğundur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs xx xxxxxxxx 1977-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikasının İXM-nin 343.4-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 15 sentyabr 2023-cü il tarixdən saat 17:00-dan inzibati qaydada tutulduğu vaxtdan hesablanılsın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə (Naxçıvan Muxtar Respublikasının DİN-nin X9) çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar