Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-39/2024 16.07.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ X12 Əziz oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tərcüməçi X7 iştirakları ilə, xx xxxxxx 1995-ci il il tarixdə Türkiyə Respublikası Şanlıurfa şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, subay, Türkiyə Respublikası Şanlıurfa şəhəri ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 499.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş 18000-01575 nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Türkiyə Respublikası vətəndaşı, xx.xx.1995-ci il təvəllüdlü, xx.xx.2023-cü il tarixində verilmiş U35540828 nömrəli pasportun sahibi X8 Respublikasından Gəncə X14 vasitəsilə ölkə ərazisinə daxil olarkən özü ilə gətirdiyi gömrük dəyəri 960 ABŞ dollar olan 1 (bir) ədəd istifadə edilmiş “İphone 12 Pro Max” markalı 128 GB yaddaşlı mobil telefonu Gəncə Gömrük İdarəsində gömrük orqanına təqdim etdiyi **********551 nömrəli sadələşdirilmiş bəyannamə əsasında 5 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək müvəqqəti idxal etmişdir. X10 tərəfindən həmin mobil telefon xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikası gömrük ərazisindən kənara aparılmalı olduğu halda aparılmamış, nəticədə mobil telefon üçün müəyyən olunmuş müvəqqəti idxal müddəti pozulmuşdur. Bununla da Şəxs barəsində İXM-in 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.1995-ci ildə X3 şəhərində anadan alduğunu, halhazırda X15 Universitetində 3-cü kurs tələbəsi olduğunu, xx.xx.2023-cü il tarixində İstanbuldan təyyarə ilə Gəncə şəhərinə gəldiyini, həmin vaxtı gələrkən özü ilə istifadə etdiyi “İphone 12 Pro Max” markalı 128 GB-lıq telefonunu da gətirdiyini, telefonu 1 ay işlətdikdən sonra bağlandığı üçün yenidən telefonu bəyan etdirmək üçün xx.xx.2023-cü il tarixində Gəncə Gömrük İdarəsinə getdiyini, orada telefonu bəyan etdirdiyini və bəyannamə aldığını, daha sonra həmin bəyannamə ilə poçta yaxınlaşaraq telefonu qeydiyyatdan keçirdiyini, bu ilin yanvar ayında isə başqa bir telefon almaq üçün həmin telefonu 800 manata satdığını, daha sonra Naxçıvana gəldiyini, Sədərək gömrüyündən keçərək Türkiyə Respublikasına getmək istəyərkən gömrük əməkdaşlarının müvəqqəti idxal gömrük prosedurunda yerləşdirdiyi telefonu xx.xx.2024-cü il tarixdə ölkə ərazisindən çıxarmalı olduğu halda çıxarmadığı üçün qırmızıya düşdüyünü bildirdiklərini, sonra barəsində sənədləşmələr aparıldığını, bu əməli bilmədən törətdiyini, əməlindən peşman olduğunu, Azərbaycan Respublikası qanunlarına hörmətlə yanaşdığını bildirdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Türkiyə Rüspublikası tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş U35540828 nömrəli pasportun sahibi Keskinbıçak Muhammet tərəfindən xx.xx.2023-cü il tarixində ölkəyə giriş istiqamətində X5 X14 vasitəsilə ölkə ərazisinə daxil olarkən özü ilə gətirdiyi gömrük dəyəri 960 ABŞ dollar olan 1 (bir) ədəd istifadə edilmiş “İphone 12 Pro Max” markalı 128 GB yaddaşlı mobil telefonu Gəncə Gömrük İdarəsində fiziki şəxslər tərəfindən verilən **********551 nömrəli sadələşdirilmiş bəyannamə əsasən xx.xx.2024-cü il tarixinədək müvəqqəti idxal müddəti verilmişdir. Şəxs tərəfindən həmin mobil telefon xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respulikası gömrük ərazisindən kənara aparılmalı olduğu halda aparmamışdır. Nəticədə mobil telefon üçün müəyyən olunmuş müddətin uzadılması üçün bugünədək heç bir müraciət etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********551 saylı sadələşdirilmiş gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən gömrük dəyəri 960 ABŞ dollar olan “mobil telefon və digər simsiz rabitə avadanlıqları” malı müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. İş materiallarında olan Gömrük Xidmətinin Vahid X1 çıxarışdan görünür ki, İphone 12 Pro Max” markalı 128 GB-lıq mobil telefon və rabitə avadanlıqlarının geri qaytarılmasının son tarixi xx.xx.2024-cü ildir. İş materiallarında olan X2 Sistemi informasiya resusuna baxış keçirilməsi haqqında arayışdan görünür ki, Türkiyə Respublikası vətəndaşı Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan dövrdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı ilk dəfə törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 727 nömrəli Məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizanın təyin olunması haqqında qərarda göstərilən 01 ədəd istifadədə olmuş “İphone 12 Pro Max” markalı 128 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2024-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1050 manat müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, **********551 sorğu nömrəli sadələşdirilmiş gömrük bəyannaməsində qeyd edilən malın müvəqqəti ixrac müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, lakin həmin mal Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış və ya malın digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət olunmamışdır. Bununla da Şəxs tərəfindən İXM-in 499.2-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Gömrük məcəlləsinin: 193.1-ci maddəsinə əsasən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır. 193.2-ci maddəsinə əsasən malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli, 245 “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 6.2-ci bəndinə əsasən malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Bu Qaydaların 6.2-ci bəndində göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 Mart 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda-qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında-subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 21-ci maddəsinə görə İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının məsrəfi hesab olunan 40 manat pul Şəxs tutulub Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 2, X11 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ ********************, SFİFT BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi: VÖEN **********, Hesab AZ21NABZ********************) hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və müvəqqəti ixrac gömrük prosedura altında yerləşdirilmiş malın ümumi dəyəri 1050 manat pul vəsaitinin 70 faizi həcmində, yəni 735 (yeddi yüz otuz beş) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə məsrəfi hesab olunan 40 (qırx) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 2, X11 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ ********************, SFİFT BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi: VÖEN **********, Hesab AZ21NABZ********************) hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(088)-39/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-39/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver