Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-4/2022 11.03.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sədərək rayon X5 Yol Polisi qrupunun inspektoru, polis baş serjantı X4 iştirakı ilə. xx.xx.1967-ci il tarixdə Şərur rayon Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üç uşaq atası, ali təhsilli, Sədərək rayon Vergilər şöbəsində baş dövlət vergi müfəttişi işləyən, Sədərək rayon Sədərək kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 333.2-ci maddəsi ilə Sədərək Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Sədərək rayon X5 Yol Polis qrupunun inspektoru, polis baş serjantı X6 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolun tərtib edilməsinə əsas kimi Şəxs 10 mart 2022-ci il tarixdə saat 23:50-də VAZ 21214 minik markalı **-BC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən xx.xx.1967-ci ildə Şərur rayon Sədərək kəndində anadan olmuş Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iclasında Sədərək rayon X5 Yol Polis qrupunun inspektoru, polis baş serjantı X6 protokolda qeyd olunanlara uyğun izahat verərək, protokol üzrə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs verdiyi izahatında törətdiyi inzibati xəta ilə bağlı təqsirini və il ərzində avtomobili spirtli içki qəbul edərək idarə etməsini etiraf edərək əməlindən səmimi peşmançılıq keçirməsini və bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 iyun 2021-ci il tarixli 28 nömrəli sərxoşluq vəziyətinin tibbi müayinəsinin protokolundan görünür ki, Şəxs müayinədən keçirilmiş və onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur; 14 iyun 2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qasımov X2 rayon Polis Şöbəsinin DYPQ-nun tərəfindən İXM-nin 333.1-ci maddəsinə əsasən 400 manat cərimə edilmişdir. 10 mart 2022-ci il tarixli 01 nömrəli “sərxoşluq vəziyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs müayinədən keçirilmiş və onda (alkoqol qəbul edib- 0.35 promil) sərxoşluğ müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs 14 iyun 2021-ci il tarixdə Sədərək rayon X5 Yol Polis qrupu tərəfindən İXM-nin 333.1-ci maddəsinə əsasən 400 manat cərimə edilmiş, o təkrarən 10 mart 2022-ci il tarixdə yenidən sərxoş vəziyyətində nəqliyyat vasitəsini idarə etdiyindən Sədərək rayon Polis Şöbəsinin X7 qrupunun inspektoru, polis baş serjantı X6 tərəfindən protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun inzibati xəta ilə bağlı təqsirini etiraf etməsi ilə yanaşı iş materialları ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs əməli Sədərək rayon X5 Yol Polisi qrupunun inspektoru, polis baş serjantı X6 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXMin 333.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirləndirilib inzibati tənbeh edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf edib peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ailəsinin dolandıran yeganə şəxs olmasını və tətbiq ediləcək tənbehin onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərarın icrası nəqliyyat vasitələrini idarə etmə hüququnun iki il müddətinə məhdudlaşdırılması hissəsində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 İdarəsinə, 400 manat məbləğində inzibati cərimə hissəsində isə Sədərək rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Sədərək rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №3(088)-4/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-4/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver