Məhkəmə qərarları › İş №3(088)-4/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-4/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-4/2024 23.01.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə. xx xxxx 1977-ci il tarixdə İran İslam Respublikası, Təbriz şəhərinin Dehistan Təzəkəndində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı X2 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsindən X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. X2 barəsində 11 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tərtib edilmiş EP № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2023-cü il tarixdə saat 03:26 radələrində Sədərək Gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından yüksüz gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasına gedən İran İslam Respublikası vətəndaşı, xx.xx.2023-cü il tarixində verilmiş E65651834 nömrəli xarici pasportun sahibi xx xxxx 1977-ci il təvəllüdlü X3 idarə etdiyi 47B776110/47B76210 dövlət qeydiyyat nişanlı, “Mack” markalı yük nəqliyyat vasitəsi X-RAY rentgen nəzarət qurğusundan keçərkən qurğunun nəzarət manitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yük nəqliyyat vasitələrinin yoxlanılması ardıcıllığına uyğun olaraq video çəkiliş aparılmaqla yoxlanılmış və yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabinində olan səbətin içərisindən hər qutuda 25 ədəd olmaqla 2 qutu (50 ədəd), dartıcının sol tərəfində yerləşən dəmir dolabdan hər qutuda 25 ədəd olmaqla 4 qutu (100 ədəd), qoşqunun sag tərəfində yerləşən dəmir dolabdan isə hər qutuda 25 ədəd olmaqla 4 qutu (100 ədəd) ümumilikdə 10 qutuda 125 ədəd, ağ rəngli üzərində “ZUBER” yazısı olan və 125 ədəd qara rəngli üzərində “MESCO” yazısı olan ov silahının patronuna bənzər predmet aşkarm edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatında bildirmişdir ki, xx xxxx 1977-ci il tarixdə İran İslam Respublikası, Təbriz şəhərinin Dehistan Təzəkəndində anadan olduğunu, ailəli, orta təhsilli və rəsmi iş yerinin olmadığını, təxminən 20 ildir ki, yük maşınlarının sürücüsü qismində fəaliyyət göstərərək maddi qazanc əldə etdiyini, əsasən qaynatasına məxsus olan “MACK” markalı 47B776110/47B76210 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə İran İslam Respublikasından Türkiyə Respublikasına “qır” yükü daşıdığını, xx.xx.2023-cü il tarixində Türkiyənin Doğubəyazıd şəhərinə apardığı “qır” yükünu boşaltdıqdan sonra Azərbaycan üzərindən tranzit keçərək İrana qayıtmaq üçün Türkiyənin dilucu gömrüyunə gəldiyini oradan isə gecə saatlarında Sədərək gömrük postuna keçdiyini, yük nəqliyyat vasitələrinin, sıxlığı səbəbindən sənəd işlərini həll etdikdən 3-4 saat sonra X-RAY qurğusuna daxil olduğunu, X-RAY aparatından çıxdıqdan sonra bir nəfər gömrük əməkdaşının ona yaxınlaşdığını, X-RAY qurğusunda yük nəqliyyat vasitəsinin müxtəlif yerlərində şübhəli təsvirlərin görüldüyü üçün yük nəqliyyat vasitəsini yoxlayacağını və yük nəqliyyat vasitəsində bəyan etmədiyi və ya qadağan olunmuş nəyinsə olub-olmadığını soruşduğunu və ona hüquq və vəzifələrinin əks olunduğu fars dilində yazılmış bildiriş təqdim etdiklərini, onun isə cavabında onlara heç nəyinin olmadığını bildiridiyini, daha sonra video çəkiliş aparılaraq həyata keçirilən yoxlama zamanı gömrük əməkdaşı idərə etdiyi “MACK” markalı 47B776110/47B76210 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin, kabinində, dartıcının sağ, qoşqunun isə sol tərəfində yerləşən dolablarda olan patronları tapdığını və yoxlama bitdikdən sonra bu barədə sənəd hazırlandığını və imza etdiklərini bildiriərək, əməlindən peşman olduğunu, cərimə edilsə cəriməni ödəməyə imkanının çatmadığını və həmin patronların dövlət nəfinə müsadirə edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun inspektoru gömrük xidməti mayoru Şahid1 izahatında hal hazırda göstərilən vəzifədə işlədiyini, xx.xx.2023-ci il tarixdə gündəlik iş qrafikinə uyğun olaraq Sədərək gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən İran İslam Respublikasının vətəndaşı E65651834 nömrəli xarici pasportun sahibi X2 idarə etdiyi 47B776110/47B76210 dövlət qeydiyyat nişanlı “MACK” markalı yük nəqliyyat vasitəsini X-RAY rentgen-nəzarət qurğusunun müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən video çəkiliş aparmaqla yoxlanış keçirdiyini, yoxlama zamanı, yük nəqliyyat vasitəsinin kabinində olan səbətin içərisindən 25 ədəd olmaqla 2 qutu (50 ədəd), dartıcının sol tərəfində yerləşən dəmir dolabdan hər qutuda 25 ədəd olmaqla 4 qutu (100 ədəd), qoşqunun sağ tərəfində yerləşən dəmir dolabdan isə hər qutuda 25 ədəd olmaqla 4 qutu (100 ədəd) ümumilikdə 10 qutu (250 ədəd) ov patronuna bənzər predmet aşkar etdiyini bildiridi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun inspektoru Şahid2 izahatında hal hazırda göstərilən vəzifədə işlədiyini, xx.xx.2023-ci il tarixdə gündəlik iş qrafikinə uyğun olaraq Sədərək gömrük postunda xidmətdə olarkən iş yoldaşı Şahid1 ona yaxınlaşaraq İran İslam Respublikası vətəndaşı X2 idarə etdiyi 47B776110/47B76210 dövlət qeydiyyat nişanlı “MACK” markalı yük nəqliyyat vasitəsini, X-RAY rentgen-nəzarət qurğusunun müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yoxlayacağını və həmin yoxlamanı video qeydə almasını xahiş etdiyini, onun isə etiraz etmədiyini, yoxlama zamanı Şahid1 yük nəqliyyat vasitəsinin kabinində olan səbətin içərisindən , dartıcının sol tərəfindən və qoşqunun sağ tərəfində yerləşən dəmir dolablardan 250 ədəd ov patronuna bənzər predmet aşkar etdiyini bildiridi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. X3 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 20 dekabr 2023-ci il tarixli X2 nəqliyyat vasitəsinin yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı İran İslam Respublikası vətəndaşı, X2 idarə etdiyi İran İslam Respublikası daimi qeydiyyatda olan 47B776110/47B76210 dövlət qeydiyyat nişanlı, “MACK” markalı yük nəqliyyat vasitəsinin kabinində olan səbətin içərisindən hər qutuda 25 ədəd olmaqla 2 qutu (50 ədəd), dartıcının sol tərəfində yerləşən dəmir dolabdan hər qutuda 25 ədəd olmaqla 4 qutu (100 ədəd), qoşqunun sag tərəfində yerləşən dəmir dolabdan isə hər qutuda 25 ədəd olmaqla 4 qutu (100 ədəd) ümumilikdə 10 qutuda 125 ədəd ağ rəngli üzərində “ZUBER” yazısı olan və 125 ədəd qara rəngli üzərində “MESCO” yazısı olan gömrük nəzarətinə bəyan edilməmiş ov patronları aşkar edilərək götürülüb qablaşdırılmışdır. Bununla da müəyyən olunur ki, X3 20 dekabr 2023-ci il tarixdə axşam saatlarında Sədərək Gömrük postundan Türkiyə Respublikasından Azərbaycan Respublikasına keçərkən nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan edilməmiş 10 qutuda 125 ədəd ağ rəngli üzərində “ZUBER” yazısı olan və 125 ədəd qara rəngli üzərində “MESCO” yazısı olan ov patronları gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən kənar keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 10 yanvar 2024-cü il tarixli 1261-1262 saylı məhkəməballistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 250 (iki yüz əlli) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 12 kalibirli olmaqla, uyğun kalibirli yivsiz (hamarlüləli) odlu ov silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır və təyinatı üzrə istifadəyə yararlıdırlar. Əlavə olaraq iş materiallarına əlavə edilmiş 11 yanvar 2024-cü il tarixli 1261-1262 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 10 qutu (250 ədəd) patronların 2023-cü ilin dekabr ayında olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 200,00 manat müəyyən edilmiş və üzərində “Türkiyə istehsalı, 12 kalibirli, 34 gram, 3 mm, 5 nömrəli Zuber” yazıları olan 04 qutu, hər qutunun içərisində 25 ədəd olmaqla – 80,00 (səksən) manat (04 qutu x 20,00 manat), üzərində “Türkiyə istehsalı, 12 kalibirli, 34 gram, 3 mm, 5 nömrəli Mesco” markalanma yazıları olan 05 qutu, hər qutunun içərisində 25 ədəd olmaqla – 100,00 (bir yüz) manat (05 qutu x 20,00 manat), üzərində “Türkiyə istehsalı, 12 kalibirli, 34 gram, 3 mm, 5 nömrəli YAF” yazıları olan 01 qutu, hər qutunun içərisində 25 ədəd olmaqla – 20,00 (iyirmi) manat (01 qutu x 20,00 manat) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli, 3-33-1200/2-000146/2024 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, iş üzrə maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan üzərində “Türkiyə istehsalı, 12 kalibirli, 34 gram, 3 mm, 5 nömrəli Zuber” yazıları olan 04 qutu, hər qutunun içərisində 25 ədəd olmaqla – 80,00 (səksən) manat (04 qutu x 20,00 manat), üzərində “Türkiyə istehsalı, 12 kalibirli, 34 gram, 3 mm, 5 nömrəli Mesco” markalanma yazıları olan 05 qutu, hər qutunun içərisində 25 ədəd olmaqla – 100,00 (bir yüz) manat (05 qutu x 20,00 manat), üzərində “Türkiyə istehsalı, 12 kalibirli, 34 gram, 3 mm, 5 nömrəli YAF” yazıları olan 01 qutu, hər qutunun içərisində 25 ədəd olmaqla – 20,00 (iyirmi) manat (01 qutu x 20,00 manat) manat məbləğində müəyyən edilmiş patronlar dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ona görə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1.-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iş üzrə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: xx xxxx 1977-ci il tarixdə İran İslam Respublikası, Təbriz şəhərinin Dehistan Təzəkəndində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan üzərində “Türkiyə istehsalı, 12 kalibirli, 34 gram, 3 mm, 5 nömrəli Zuber” yazıları olan 04 qutu, hər qutunun içərisində 25 ədəd olmaqla – 80,00 (səksən) manat (04 qutu x 20,00 manat), üzərində “Türkiyə istehsalı, 12 kalibirli, 34 gram, 3 mm, 5 nömrəli Mesco” markalanma yazıları olan 05 qutu, hər qutunun içərisində 25 ədəd olmaqla – 100,00 (bir yüz) manat (05 qutu x 20,00 manat), üzərində “Türkiyə istehsalı, 12 kalibirli, 34 gram, 3 mm, 5 nömrəli YAF” yazıları olan 01 qutu, hər qutunun içərisində 25 ədəd olmaqla – 20,00 (iyirmi) manat (01 qutu x 20,00 manat) manat orta bazar qiyməti ilə ümumi dəyərləri təxminən 200,00 (iki yüz) manat məbləğində olan patronlar dövlət nəfinə müsadirə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra inzibati xətanın bilavasitə obyekti olan zavod üsulu ilə istehsal edilmiş üzərində “Türkiyə istehsalı, 12 kalibirli, 34 gram, 3 mm, 5 nömrəli Zuber” yazıları olan 04 qutu, hər qutunun içərisində 25 ədəd olmaqla, üzərində “Türkiyə istehsalı, 12 kalibirli, 34 gram, 3 mm, 5 nömrəli Mesco” markalanma yazıları olan 05 qutu, hər qutunun içərisində 25 ədəd olmaqla və üzərində “Türkiyə istehsalı, 12 kalibirli, 34 gram, 3 mm, 5 nömrəli YAF” yazıları olan 01 qutu, hər qutunun içərisində 25 ədəd olmaqla cəmi 250 (iki yüz əlli) ədəd istifadə edilməmiş patronlar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi- təminat şöbəsinin silah-sursatların saxlanılması anbarına təhvil verilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra qərarın icrası Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar