Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-40/2024 12.07.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ X4 Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Şərur rayon Zeyvə kəndində doğulmuş, evli, 3 uşaq atası, Şərur rayon Zeyvə kəndində qeydiyyatda olan Şəxs haqqında Sədərək rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Sədərək rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 12 iyul 2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sədərək Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 11 iyul 2024-cü il tarixdə saat Sədərək Gömrük postunun çıxış sərnişin istiqamətində gömrük nəzarət zonasında xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2024-cü il tarixdə saat təxminən 11:20 radələrində X5 postundan, Türkiyə Respublikasına şofir olduğu üçün maşınını gətirməyə gedərkən gömrük əməkdaşlarının onun üst-başını yoxladıqdan sonra əlində olan salafan torbanı yoxlamaq istədiklərini, salafan torbanı stolun üzərinə çırparaq baxın dediyini, bu zaman gömrük əməkdaşlarına spirtli içki qəbul etdiyindən ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, onu sakitləşdirmək istəsələr də onları itələyərək nalayiq ifadələr işlətdiyini, gömrük əməkdaşlarının Polis şöbəsinə zəng edərək polis əməkdaşlarını gömrük postuna dəvət etdiklərini, bir neçə dəqiqə sonra polis əməkdaşlarının onların yanına gəldiyini, gömrük əməkdaşlarının onu polis əməkdaşlarına təhvil verdiklərini, etdiyi hərəkətlərdən peşman olduğunu, etdiyi hərəkətlərə görə üzr istədiyini bildirdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində izahat verən Naxçıvan MR Baş gömrük İdarəsinin inspektoru Şahid2 izahatında xx.xx.2024-cü il tarixdə saat təxminən 11:20 radələrində Naxçıvan MR Baş Gömrük İdarəsinin Sədərək gömrük postunda xidməti vəzifələrini yerinə yetirərkən tanımadığı bir şəxsin ölkə hüdudlarından çıxış edərkən ona yaxınlaşaraq şəxsin spirtli içkinin təsiri altında əlində olan salafan torbanı stolun üzərinə çırparaq etidazını bildirdiyini və səsini yüksəldərək siz hər zaman mənim yüklərimə baxırsınız məni incidirsiniz dediyini, vətəndaşın şəxsiyyətini müəyyən edərək Şərur rayon Zeyvə kənd sakini Şəxs olduğunu bildiyini, Şəxs spirtli içkinin təsiri altında ona və xidmət yoldaşlarına ucadan nalayiq ifadələr işlətdiyindən Sədərək Rayon Polis şöbəsinin əməkdaşlarına məlumat verdiyini, polis əməkdaşlarının dərhal gəlib həmin şəxsi aktla təhvil alıb polis şöbəsinə apardıqlarını bildirdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində izahat verən Naxçıvan MR Baş gömrük İdarəsinin inspektoru Şahid1 Şahid2 izahatı ilə eyni məzmunlu izahat verərək onun söylədiklərini bir daha təsdiq etdi. İş materiallarına əlavə olunmuş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 11 iyul 2024-cü il tarixli 177 nömrəli protokola əsasən Şəxs sərxoşluq müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş 11 iyul 2024-cü il tarixli 0796 nömrəli “inzibati qaydada tutma haqqında” protokola əsasən Şəxs 11 iyul 2024-cü il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həbs olunma müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 11 iyul 2024-cü il tarixdən saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 48- 51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbs olunma müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 11 iyul 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(088)-40/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-40/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver