Məhkəmə qərarları › İş №3(088)-40/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-40/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-40/2025 22.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Şərur rayonu, İbadulla kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şərur rayonu, İbadulla kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs narkotik maddə istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxsin saxlanılaraq Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 sidik narko-test vasitəsilə müayinə edilmiş, xx.xx.2025-ci il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə MET (metamfetamin) və AMP (amfetamin) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilmiş, izahatında xx.xx.2025-ci il tarixdə qohumları olan X8 və qardaşı Mustafayev Elvin Hicran oğlu ilə narkotik vasitə olan metamfetamin qəbul etdiklərini, həmin maddəni qəbul etdikdən bir neçə saat sonra həmin şəxslər ilə Türkiyə Respublikasına gedərkən X5rşısında Sədərək Rayon Polis Şöbəsinin əməkdaşlarının onları saxlayaraq Sədərək Rayon Polis Şöbəsinə dəvət etdiklərini, Polis şöbəsində üzərlərinə baxış keçirildiyini üzərlərində qanunla müəyyən edilmiş heç bir qanunsuz maddələr aşkar edilmədiyini, sonra onları narkotestdən keçirmək üçün Naxçıvan Muxtar Respublikası X4 apardıqlarını, narkotestdən keçən zaman psixotrop maddə qəbul etməsinin aşkar edildiyini və bununla bağlı həkim komissiyası rəy hazırladığını, həkim rəyi ilə razılaşdığını, hərəkətindən çox peşman olduğunu bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında xx.xx.2025-ci il tarixdə X5rşısında Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidməti ərazidə olan vaxt Şərur rayon sakini Şəxs gömrük ərazisində olması və narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu və dərhal Şəxs saxlayaraq Sədərək Rayon Polis Şöbəsinə dəvət etdiklərini, sonra tesdən keçirmək üçün Naxçıvan şəhərinə apardıqlarını, həkim komissiyasının rəyinə görə Şəxs metamfetamin və amfetamin qəbul etdiyi müəyyən edildiyini , sonra sənədləşdirmə işi aparılması üçün Sədərək rayon Polis şöbəsində araşdırma aparılmaqla protokol tərtib edildiyini bildiridi. Məhkəmə iclasında Şahid1 İdiris oğlu Şahid2 ilə eyni məzmunlu izahat verərək Şahid2 izahatında göstərilənləri bir daha təsdiq etdi. İnzibati materiala əlavə olunmuş 22 iyul 2025-ci il tarixli MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs psixotrop maddə olan MET (metamfetamin) və AMP (amfetamin) istifadə etməsi müəyyən edilmişdir. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 21 iyul 2025-ci il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs 21 iyul 2025-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmaqla saxlanmışdır. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X3 19.07 2025-ci il tarixli 346 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs epizodik metamfetamin qəbulu müşahidə edilir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test, vaşitəsilə müayinə olunub, nəticə MET (metamfetamin) və AMP (amfetamin) müsbət aşkar olunmuşdur. İnzibati materiala əlavə edilmiş Sədərək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(088)-57/2024 saylı qərarından görünür ki, xx.xx.1995-ci ildə Şərur rayonu, İbadulla kəndində qeydiyyatda olan Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 30 gün müddətinə inzibati qaydada həbs edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına AMP (amfetamin) (İİ siyahı; sıra № 2), MET (metamfetamin) (İİ siyahı; sıra № 27) daxildir Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs AMP (amfetamin) və MET (metamfetamin) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Sədərək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(088)-57/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilməsi Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33cü maddəsinə əsasən, məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran halllar hesab edilir İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.1995-ci il təvəllüdlü, Şərur rayonu, İbadulla kəndində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 1 (bir) ay 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu gündən yəni, 21 iyul 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar