Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-41/2023 10.10.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1961-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə EP-A № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından gələn, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, xx.xx.2019-cu il tarixdə verilmiş C02289265 nömrəli pasportun sahibi, xx.xx.1961-ci il təvəllüdlü Şəxs hərəkət və davranışları şübhə doğurduğundan və üzərində kommersiya məqsədli malların olduğuna dair əsaslı şübhələr olduğu üçün şəxsin üzərində gömrük nəzarətinə yazılı və şifahi bəyan edilmədiyi hər hansı predməntin olmasına əsaslı şübhə yaranmış, qanunvericiliyin tələblərinə uyğun olaraq Şəxs üzərində şəxsi yoxlama aparılmış, şəxsi yoxlama zamanı Şəxs üzərindən gömrük orqanına yazılı və şifahi şəkildə bəyan edilməyən 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 20.80 qram olan boyunbağı aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Naxçıvan şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, hal-hazırda Cahan ticarət mərkəzində 31-ci mağazada qızıl satmaqla məşğul olduğunu, avqust ayının 27-si o, qardaşının həyat yoldaşı və qardaşının qızı ilə həkimə yoxlanmaq üçün və qızına cehiz almaq üçün Türkiyə Respublikasına getdiklərini, həkimə yoxlandıqdan və qızı üçün cehiz aldıqdan sonra əvvəllə qızıl aldığı dostunun yanına getdiyini, qardaşının yoldaşı və qızınında özlərinə qızıl almaq üçün onunla birlikdə getdiklərini, aldıqları qızıllarıda götürüb evə qayıtmaq üçün yola düşdüklərini, avqust ayının 30-u bilet alıb Naxçıvana yola düşdüklərini, Sədərək gömrüyündən keçən zaman gömrük işçilərinin yoxlaması zamanı gətirdikləri qızılları aşkar etdiklərini, daha sonra müvafiq sənədlər hazırladıqlarını və onlarında imzaladıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun gömrük xidməti kiçik leytenantı Şahid1 izahatında göstərilən vəzifədə işlədiyini, xx.xx.2023-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq xidmətdə olduğunu və sərnişinlərin gömrük yoxlamasını həyata keçirdiyini, həmin vaxt sərnişinlərdən Şəxs yoxlama keçirilməsi üçün “Rapiscan” rentgen qurğusuna yaxınlaşdığını, bu zaman onun hərəkət və davranışlarının şübhə yaratdığını, üzərinə baxış keçirmək üçün şəxsi yoxlama otağına dəvət etdiyini, daha sonra yoxlama keçirdiyini, yoxlama zamanı Şəxs üzərindən gömrük orqanına yazılı və ya şifahi şəkildə bəyan edilməyən 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 20.80 qram olan boyunbağı aşkar edilərək götürdüyünü, sonra şəxsi yoxlama protokolu tərtib etdiyini, həmin protokolu onun, şahidlərin və Şəxs oxuyaraq imzaladığını bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən Şahid2 izahatında rəsmi iş yerinin olmadığını, hazırda ara-sıra Sədərək Gömrük İdarəsində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik etdiyini, xx.xx.2023-cü il tarixdə yük daşıyarkən gömrük əməkdaşı Anar müəllimin onu və fəhlə yoldaşı Rasimi çağırdığını və onlara Türkiyədən gələn bir vətəndaşın üzərinə baxış keçirəcəyini və hal şahidi kimi iştirak etmələrini onlardan xahiş etdiyini, Anar müəllimin Azərbaycan Respublikası vətəndaşı Şəxs təqdim etdini və həmin şəxsin üzərinə baxış keçirəcəyini bildirdiyini, daha sonra isə onlara və həmin vətəndaşa hüquqları haqqında məlumat verdiyini, yoxlama zamanı Şəxs üzərindən bir ədəd qızılı rəngli boyunbağı aşkarlandığını, sonra həmin qızıl rəngli boyunbağını onların iştirakı ilə tərəzidə çəkdiklərini, çəkisinin 20.80 qram olduğunu, həmin boyunbağı ilə bağlı sənədlər yazıldığını, onlarında imzaları ilə təsdiq etdiklərini bildiridi. Məhkəmədə hal şahidi qismində dindirilən Şahid3 X6 fəhləlik edərək yüklərin nəqliyyat vasitələrinə doldurulub-boşaldılması ilə məşğul olduğunu, xx.xx.2023-cü il tarixdə fəhlə yoldaşı Şahid2 ilə birlikdə X3qlarını bildirərək hal şahidi Şahid2 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Şəxs üzərində gömrük nəzarətinə yazılı və ya şifahi bəyan edilməyən 1 ədəd çəkisi 20.80 qram qızılı rəngli metaldan hazırlanmış boyunbağı aşkarlanaraq götürülmüşdür. 14 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4736-9/6842 nömrəli məhkəmə iqtisad ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş 20.80 qram kütləli, sarı rəngli, 01 dəst boyunbağı 585 əyarlı qızıldan hazırlanmışdır. Ekspertiza təqdimatına təqdim edilən 20.80 qram kütləli, sarı rəngli 585 əyarlı qızıldan hazırlanmış 1 dəst boyunbağı xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti təxminən 1760 manat müəyyən edilmişdir. İnzibati materiala əlavə edilmiş ekspertiza xərclərinə dair bidirişə əsasən ekspertiza tədqiqatının dəyəri 128 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Beləliklə işin araşdırılan halları ilə müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs ümumi çəkisi 20.80 qram olan qızıl-zinət əşyasını Azərbaycan Respublikasının gömrük sərhədindən keçirərkən bəyan etməmiş və bununla da İXM-in 482.1-ci maddəsinin tələbləri həmin şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 19 sentyabr 2023-cü il tarixli, 3-33-1200/2-003268/2023 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübut Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyərinin 50 faizi məbləğində cərimə edilməlidir. Əlavə olaraq inzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ümumi dəyəri 1760 manat təşkil edən 20.80 qram kütləli, sarı rəngli, 585 əyarlı qızıldan hazırlanmış 01 dəst boyunbağı müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra qanuni sahibi Şəxs qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci bəndinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1961-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs 20.80 qram kütləli, sarı rəngli, 585 əyarlı qızıldan hazırlanmış, ümumi dəyəri 1760 (bir min yeddi yüz altmış) manat məbləğində 01 ədəd boyunbağı dəyərinin 50 (əlli) faizi məbləğində, yəni 880 (səkkiz yüz səksən) manat cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan, maddi sübut, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 20.80 qram kütləli, sarı rəngli, 585 əyarlı qızıldan hazırlanmış 01 dəst boyunbağı qərar qanuni qüvvəsini aldıqdan və müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra inzibati xəta törətmiş (əşyaların qanuni sahibi) Şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-41/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-41/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver