Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-42/2025 28.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sədərək rayon Polis Şöbəsinin DYPQ-nun YPX inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Sədərək rayon Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində Sədərək rayon Polis Şöbəsindən DYPQnun YPX tərəfindən İXM-in 332.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, AP № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sədərək rayon Polis Şöbəsinin DYPQ-nun YPX inspektoru, polis baş serjantı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 16:00 radələrində Şəxs idarə etdiyi “Vaz 2107” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sədərək rayon Sədərək kəndində yerləşən yanacaq doldurma məntəqəsindən magistral yola çıxarkən həmin yolda hərəkətdə olan, Sədərək rayon Sədərək kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğunu, nəticədə avtomobildə olan sərnişinlərin yüngül bədən xəsarətləri aldığını, hadisə yerinə getdikdən sonra sərnişinlərin sürücülük hüquqlarının olmadığının müəyyən edildiyini, barələrində cinayət işinin açıldığını, 18 iyul 2025-ci il tarixdə material üzrə əməldə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və Şəxs barəsində Azəbaycan Respublikası İXM-nın 332.4-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinin qərara alındığını, Şəxs barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsinin qərara alındığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsinin iştirakı ilə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təqribən 14:00 radələrində mərhum babası Mahmud Şirəlivevə məxsus olan “Vaz 2107” markalı **-BC-*** qevdivvat nişanlı avtomobili avtovuvucuva aparmaq üçün idarə edərək evdən çıxdığını, Sədərək kəndində yerləşən yanacaq doldurma məntəqəsi ərazisində olan avtoyuyucuda avtomobili yudurduqdan sonra saat 15:30 radələrində oradan ayrıldığını, yanacaq doldurma məntəqəsindən Sədərək kəndi istiqamətində yolda doğru çıxdığı zaman anidən bir necə gün əvvəl avtomobilini yudurdan zaman avtomobildən götürülən taxtaların avtoyuyucuda qaldığını və onu götürmədiyini xatırlayaraq geri qayıtmaq istədiyini, həmin vaxt artıq magistral yolun tən ortasında olduğunu və yada ortaya çatmadığını, ancaq anidən xatırladığı üçün geri döndüyünü və çıxdığı yolla da yenidən yanacaq doldurma məntəqəsinə daxil olmaq istədiyini, bu zaman Sədərək kəndi istiqamətindən yanacaq doldurma məntəqəsinə doğru hərəkətdə olan Mercedes markalı avtomobilin idarə etdiyi avtomobilin sağ tərəfindən dəydiyini, bu zaman güclü səs eşitdini və idarə etdiyi avtomobil aşdığını, bundan sonra tərs səkildə dayanmış avtomobilinin qapı şüşəsi vasitəsilə içindən çıxdığını,, avtomobilin içindən çıxdığı zaman Mercedes markalı avtomobilin içində olanlar artıq endiklərini, həmin avtomobili idarə edənin həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu, hadisə nəticəsində Amilin atasının yüngül bədən xəsarəti aldığını, baş vermiş hadisə ilə bağlı barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyin bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında xx.xx.2025-ci il tarixdə saat təqribən 16:00 radələrində idarə etdiyi “Mercedes” markalı **-KB-*** qeydiyyat nişanlı avtomobillə atasını işlədiyi Sədərək kəndində yerləşən bayraq meydanı deyilən əraziyə aparırdığını, bu zaman yanında atası Sahib Qasımov və bacısı oglu Şahid olduğunu, avtomobil ilə Naxçıvan- Sədərək Magistral yolunun Sədərək kəndindən keçən hissəsində Naxçıvan şəhəri istiqamətində hərəkətdə olduğu zaman yolun sag tərəfində yerləşən yanacaq doldurma məntəqəsindən Sədərək kəndi istiqamətinə doğru getmək istəyən “Vaz 2107” markalı **- BC-*** qeydiyyat nişanlı avtomobilin çıxdığını, həmin avtomobil yola çıxdıqdan sonra anidən qərar dəyişdirərək geri qayıtdığını, onun yaxınlığına çatan zaman əks istiqamətli hərəkət zolağında olduğunu, lakin anidən geri dönərək yanacaq doldurma məntəqəsinə doğru hərəkət etdiyini, bu zaman aralarında az məsafə olduğundan həmin vaxt avtomobilinin ön hissəsinin onun avtomobilinin sag tərəfindən dəydiyini, əyləcdən istifadə edərək avtomobilinin yoldan kənara düşməsinin qarşısını almağa çalışdığını, lakin idarə etdiyi avtomobil təxminən 15 metr sürüşərək irəlidə əks istiqamətli hərəkət zolağında dayandığını, avtomobilində onunla birgə 2 nəfər ailə üzvlərinin olduğunu, bu zaman həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşlarının onlara kömək edərək ambulans çağırdıqlarını və atasını ambulansla Sədərək ravon Mərkəzi xəstəxanasına apardıqlarını, hadisə zamanı atası X3 yüngül xasarətlər aldığını, özünə isə maddi ziyanın dəydiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında xx.xx.2025-ci il tarixdə saat təqribən 16:00 radələrində dayısı Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes” markalı **-KB-*** qeydiyyat nişanlı avtomobillə babası Qasımov Sahibi işlədiyi Sədərək kəndində yerləşən bayraq meydanı deyilən əraziyə aparırdıqlarını, avtomobil ilə Naxçıvan-Sədərək Magistral yolunun Sədərək kəndindən keçən hissəsində Naxçıvan şəhəri istiqamətində hərəkətdə olduğu zaman yolun sağ tərəfində yerləşən yanacaq doldurma məntəqəsindən Sədərək kəndi istiqamətinə doğru getmək istəyən “Vaz 2107” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobilin çıxdığını, həmin avtomobil yola çıxdıqdan sonra anidən qərar dəyişdirərək geri qayıtdığını, onun yaxınlığına çatan zaman əks istiqamətli hərəkət zolağında olduğunu, lakin anidən geri dönərək yanacaq doldurma məntəqəsinə doğru hərəkət etdiyini, bu zaman aralarında az məsafə olduğundan həmin vaxt dayısının idarə etdiyi avtomobilin ön hissəsinin qarşıdakı avtomobilinin sağ tərəfindən dəydiyini, bu zaman həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşlarının onlara kömək edərək ambulans çağırdıqlarını və babasını ambulansla Sədərək ravon Mərkəzi xəstəxanasına apardıqlarını, hadisə zaman yüngül xasarətlər aldıqlarını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, AP № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 16:00 radələrində idarə etdiyi “Vaz 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes” markalı **-KB-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı Mersedes markalı avtomobildə olan sərnişin yüngül bədən xəsarəti almış və mülkiyyətçiyə isə maddi ziyan dəymişdir. Yoxlama zamanı Şəxs sürücülük hüququnun olmadığı müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 332.4-cü maddəsii ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 18 iyul 2025-ci il tarixli qərardan görünür ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 10 iyul 2025-ci il tarixli məktubla daxil olmuş 320, 321, 322 və 323 nömrəli ekspert rəylərinə əsasən toplanmış HK-1/62 satlı material üzrə cinayət işinin başllanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardadın surətindən görünür ki, Şəxs barəsində tərtib olunmuş AP seriyalı, ******* saylı, 28 iyul 2025-ci il tarixli protokola baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2025-ci il tarixli, 321 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədən səhti üzərində aşkar edilmiş xəsarət: sağ saidində sıyrıq küt mexnizmidən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Eləcə də avtomobil qəzası nəticəsində də törənməsi istisna olunmur. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Şəxs VAZ 2107 markalı avtomobili və Zərərçəkmiş şəxs “Mercedes” markalı sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onların hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1 -ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətməsi İXM-in 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- iki yüz manat məbləğində cərimə edilir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32.1.2-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Naxçıvan MR Sədərək rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-42/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-42/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver