Məhkəmə qərarları › İş №3(088)-43/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-43/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-43/2023 11.10.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının barəsində 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə EP-A № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından gələn, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, xx.xx.2016-cı il tarixdə verilmiş C00768321 nömrəli pasportun sahibi, xx.xx.1984-cü il təvəllüdlü Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının hərəkət və davranışları şübhə doğurduğundan və üzərində kommersiya məqsədli malların olduğuna dair əsaslı şübhələr olduğu üçün şəxsin üzərində gömrük nəzarətinə yazılı və şifahi bəyan edilmədiyi hər hansı predmentin olmasına əsaslı şübhə yaranmış, qanunvericiliyin tələblərinə uyğun olaraq Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının üzərində şəxsi yoxlama aparılmış, şəxsi yoxlama zamanı Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının üzərindən gömrük orqanına yazılı və şifahi şəkildə bəyan edilməyən 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 24.7 qram olan boyunbağı, 2 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 8.3 qram olan və çəkisi 4.7 qram olan qolbaq, 2 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 2.7 qram olan və çəkisi 3.0 qram olan üzük, 1 cüt qızılı rəngli metaldan hazırlanmış çəkisi 4.9 qram olan sırğa, 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 2.1 qram olan klon aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qasımova (Nəcəfova) Tamam Nəcəf qızı izahatında Naxçıvan şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, orta məktəbdə müəllimə işlədiyini, anasının müalicəsi üçün xx.xx.2023-cü il tarixdə o, anası və əmisi ilə birlikdə İstanbul şəhərinə getmək qərarına gəldiklərini, X8n keçərək Türkiyə Respublikasının İğdır şəhərinə getdiklərini, bir gecə İğdır şəhərində qaldıqdan sonra hava limanına gedərək təyyarə ilə İstanbul şəhərinə getdiklərini, iki gecə orda qaldıqdan sonra yenə təyyarə ilə İğdır şəhərinə gəldiklərini, ordan evləri üçün ərzaq aldıqdan sonra xx.xx.2023-cü il tarixdə İğdırdan ölkəyə qaydarkən X8n keçən zaman gömrük əməkdaşlarının əmisinin qızılla satıcısı olduğunu bildiklərini və bu səbəbdən gömrük əməkdaşının iki nəfər hal şahidinin iştirakı ilə üzərinə şəxsi yoxlama aparılması qərarına gəldiyini, yoxlama zamanı gömrük orqanına bəyan etmədiyi təxmini çəkisi 50 qram olan qızıl-zinət əşyalarını aşkar edərək götürdüklərini, daha sonra isə qızılların götürülməsi və üstlərinin axtarılması barədə sənədlərin tərtib edildiyini və həmin zənədləri imzaladıqlarını bildirdi. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı gömrük xidməti baş leytenantı Eminli M.Turqut Abbas oğlu izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından gələn, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, xx.xx.2016-cı il tarixdə verilmiş C00768321 nömrəli pasportun sahibi, xx.xx.1984-cü il təvəllüdlü Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının hərəkət və davranışları şübhə doğurduğundan və üzərində kommersiya məqsədli malların olduğuna dair əsaslı şübhələr olduğu üçün şəxsin üzərində gömrük nəzarətinə yazılı və şifahi bəyan edilmədiyi hərhansı predməntin olmasına əsaslı şübhə yaranmış, qanunvericiliyin tələblərinə uyğun olaraq Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının üzərində şəxsi yoxlama aparılmış, şəxsi yoxlama zamanı Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının üzərindən gömrük orqanına yazılı və şifahi şəkildə bəyan edilməyən 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 24.7 qram olan boyunbağı, 2 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 8.3 qram olan və çəkisi 4.7 qram olan qolbaq, 2 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 2.7 qram olan və çəkisi 3.0 qram olan üzük, 1 cüt qızılı rəngli metaldan hazırlanmış çəkisi 4.9 qram olan sırğa, 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 2.1 qram olan klon aşkar edilərək maddi sübut kimi götürüldüyünü, sonra həmin qızılı rəngli zinət əşyasının nə olması hansı qiymətli metala aid olması və aşka olunduğu tarixə yəni xx.xx.2023-cü il tarixinə dəyərinin nə qədər olması məqsədilə məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərardad yazılaraq xx.xx.2023-cü il tarixində 3-33-1200/2-003057/2023 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərildiyini, ekspertiza mərkəzinin rəyinə əsasən ekspertiza təqdimatına təqdim edilən ümumi kütləsi 50.06 qram olan, sarı rəngli üzərində 585 damğası olan, 1 dəst boyunbağı-qolbaq-sırğa cütü 24.08 qram kütləli, sarı rəngli üzərində 585 damğası olan, 1 dəst sırğa cütü, üzük, klon 10.09 qram kütləli, sarı rəngli üzərində 585 damğası olan, 1 ədəd qolbaq 8.36 qram kütləli, sarı rəngli üzərində 585 damğası və Tiffany yazısı olan bir ədəd qolbaq 4.76 qram kütləli, sarı rəngli üzərində 585 damğası və Tiffany yazısı olan bir ədəd üzük 2.77 qram kütləli 585 əyarlı qızıldan hazırlanmış məlumatların xx.xx.2023-cü il tarixə olan orta bazar qiymətinin təxminən 4250 manat müəyyən edildiyini və xx.xx.2023-cü il tarixdə protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Sədərək rayon məhkəməsinə göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun inspektoru X4 izahatında göstərilən vəzifədə işlədiyini, xx.xx.2023-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq xidmətdə olduğunu və sərnişinlərin gömrük yoxlamasını həyata keçirdiyini, həmin vaxt sərnişinlərdən Qasımova (Nəcəfova) Tamam Nəcəf qızı yoxlama keçirilməsi üçün “Rapiscan” rentgen qurğusuna yaxınlaşdığını, bu zaman adı çəkilən qadınla birlikdə gələn X5 gömrük əməkdaşlarında birinin tanıdığını və qızıl satışı ilə məşğul olduğunu bildirdiyini, Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının şübhəli davranışlarını əsas götürərək şəxsi yoxlama aparmaq qərarına gəldiyini, müvafiq icazələr aldıqdan sonra iki nəfər hal şahidinin iştirakı ilə adı çəkilən qadının üzərinə baxış keçirmək üçün şəxsi yoxlama otağına dəvət etdiyini, daha sonra yoxlama keçirdiyini, yoxlama zamanı Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının üzərindən gömrük orqanına yazılı və ya şifahi şəkildə bəyan edilməyən 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 24.7 qram olan boyunbağı, 2 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 8.3 qram olan və çəkisi 4.7 qram olan qolbaq, 2 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 2.7 qram olan və çəkisi 3.0 qram olan üzük, 1 cüt qızılı rəngli metaldan hazırlanmış çəkisi 4.9 qram olan sırğa, 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 2.1 qram olan klon aşkar edilərək götürdüyünü, sonra şəxsi yoxlama protokolu tərtib etdiyini, həmin protokolu onun, şahidlərin və Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının oxuyaraq imzaladığını bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən Şahid2 izahatında X8 aşbazlıq edərək ailəsini dolanışığını təmin etdiyini, xx.xx.2023-cü il tarixdə X8 çalışdığı zaman gömrük əməkdaşı Kübra xanımın ona yaxınlaşaraq Azərbaycan Respublikası vətəndaşı Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının üzərində şəxsi yoxlama aparmaq qərarına gəldiyini və hal şahidi qismində iştirak etməsini xahis etdiyini, etiraz etməyərək qəbul etdiyini, daha sonra şəxsi yoxlama otağına getdiklərini, həmin otaqda onun işlədiyi iş yerində xadiməçi işləyən Yeganə xanımın da orda hal şahidi qismində iştirak etdiyini gördüyünü, Kübra xanımın vətəndaş Qasımova (Nəcəfova) Tamam Nəcəf qızını təqdim etdini və həmin şəxsin üzərinə baxış keçirəcəyini bildirdiyini, daha sonra isə onlara və həmin vətəndaşa hüquqları haqqında məlumat verdiyini, yoxlama zamanı Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının üzərindən qızıl-zinət əşyalarının çıxdığını və tərizədə çəkdiklərini, 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 24.7 qram olan boyunbağı, 2 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 8.3 qram olan və çəkisi 4.7 qram olan qolbaq, 2 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 2.7 qram olan və çəkisi 3.0 qram olan üzük, 1 cüt qızılı rəngli metaldan hazırlanmış çəkisi 4.9 qram olan sırğa, 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 2.1 qram olan klon aşkar olduğunu, həmin qızılzinət əşyaları ilə bağlı sənədlər yazıldığını, onlarında imzaları ilə təsdiq etdiklərini bildiridi. Məhkəmədə hal şahidi qismində dindirilən Şahid3 X8 xadiməçi işlədiyini, xx.xx.2023-cü il tarixdə həmin postda aşbaz işləyən Şahid2 ilə birlikdə X3qlarını bildirərək hal şahidi Şahid2 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, hal şahidlərinin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Qasımova (Nəcəfova) Tamam Nəcəf qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Qasımova (Nəcəfova) Tamam Nəcəf qızı tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının üzərində gömrük nəzarətinə yazılı və ya şifahi bəyan edilməyən 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 24.7 qram olan boyunbağı, 2 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 8.3 qram olan və çəkisi 4.7 qram olan qolbaq, 2 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 2.7 qram olan və çəkisi 3.0 qram olan üzük, 1 cüt qızılı rəngli metaldan hazırlanmış çəkisi 4.9 qram olan sırğa, 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 2.1 qram olan klon aşkarlanaraq götürülmüşdür. 14 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4735-9/6841 nömrəli məhkəmə iqtisad ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş sarı rəngli üzərində 585 damğası olan, 1 dəst boyunbağı-qolbaq-sırğa cütü 24.08 qram kütləli dəyəri 2045 manat, sarı rəngli üzərində 585 damğası olan, 1 dəst sırğa cütü-üzük-klon 10.09 qram kütləli, dəyəri 855 manat, sarı rəngli üzərində 585 damğası olan, 1 ədəd qolbaq 8.36 qram kütləli, dəyəri 710 manat, sarı rəngli üzərində 585 damğası və Tiffany yazısı olan bir ədəd qolbaq 4.76 qram kütləli, dəyəri 405 manat sarı rəngli üzərində 585 damğası və Tiffany yazısı olan bir ədəd üzük 2.77 qram kütləli, dəyəri 235 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 585 əyarlı qızıllardan hazırlanmış qızılların xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti təxmini ilə ümumi dəyəri təxminən 4250 manat müəyyən edilmişdir. İnzibati materiala əlavə edilmiş ekspertiza xərclərinə dair bidirişə əsasən ekspertiza tədqiqatının dəyəri 128 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Beləliklə işin araşdırılan halları ilə müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Qasımova (Nəcəfova) Tamam Nəcəf qızı ümumi çəkisi 50.06 qram olan qızıl-zinət əşyalarını Azərbaycan Respublikasının gömrük sərhədindən keçirərkən bəyan etməmiş və bununla da İXM-in 482.1-ci maddəsinin tələbləri həmin şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 19 sentyabr 2023-cü il tarixli, 3-33-1200/2-003267/2023 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Qasımova (Nəcəfova) Tamam Nəcəf qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyərinin 40 faizi məbləğində cərimə edilməlidir. Əlavə olaraq inzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan sarı rəngli üzərində 585 damğası olan, 1 dəst boyunbağı-qolbaq-sırğa cütü 24.08 qram kütləli dəyəri 2045 manat olan, sarı rəngli üzərində 585 damğası olan, 1 dəst sırğa cütü-üzük-klon 10.09 qram kütləli, dəyəri 855 manat olan, sarı rəngli üzərində 585 damğası olan, 1 ədəd qolbaq 8.36 qram kütləli, dəyəri 710 manat olan, sarı rəngli üzərində 585 damğası və Tiffany yazısı olan bir ədəd qolbaq 4.76 qram kütləli, dəyəri 405 manat olan, sarı rəngli üzərində 585 damğası və Tiffany yazısı olan bir ədəd üzük 2.77 qram kütləli, dəyəri 235 manat olan qızıl-zinət əşyaları müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra qanuni sahibi Qasımova (Nəcəfova) Tamam Nəcəf qızına qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci bəndinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qasımova (Nəcəfova) Tamam Nəcəf qızının əməlini səmimi etiraf etməklə peşman olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1984-cü təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Qasımova (Nəcəfova) Tamam Nəcəf qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Qasımova (Nəcəfova) Tamam Nəcəf qızı sarı rəngli üzərində 585 damğası olan, 1 dəst boyunbağı-qolbaq-sırğa cütü 24.08 qram kütləli dəyəri 2045 manat olan, sarı rəngli üzərində 585 damğası olan, 1 dəst sırğa cütü-üzük-klon 10.09 qram kütləli, dəyəri 855 manat olan, sarı rəngli üzərində 585 damğası olan, 1 ədəd qolbaq 8.36 qram kütləli, dəyəri 710 manat olan, sarı rəngli üzərində 585 damğası və Tiffany yazısı olan bir ədəd qolbaq 4.76 qram kütləli, dəyəri 405 manat olan, sarı rəngli üzərində 585 damğası və Tiffany yazısı olan bir ədəd üzük 2.77 qram kütləli, dəyəri 235 manat olan qızıl-zinət əşyalarının dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 1700 (bir min yeddi yüz manat) manat cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan, maddi sübut, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan sarı rəngli üzərində 585 damğası olan, 1 dəst boyunbağı-qolbaq-sırğa cütü 24.08 qram kütləli dəyəri 2045 manat olan, sarı rəngli üzərində 585 damğası olan, 1 dəst sırğa cütü-üzük-klon 10.09 qram kütləli, dəyəri 855 manat olan, sarı rəngli üzərində 585 damğası olan, 1 ədəd qolbaq 8.36 qram kütləli, dəyəri 710 manat olan, sarı rəngli üzərində 585 damğası və Tiffany yazısı olan bir ədəd qolbaq 4.76 qram kütləli, dəyəri 405 manat olan, sarı rəngli üzərində 585 damğası və Tiffany yazısı olan bir ədəd üzük 2.77 qram kütləli, dəyəri 235 manat olan ümumilikdə dəyərləri 4250 manat olan qızıl-zinət əşyaları qərar qanuni qüvvəsini aldıqdan və müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra inzibati xəta törətmiş (əşyaların qanuni sahibi) Qasımova (Nəcəfova) Tamam Nəcəf qızına qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar