Məhkəmə qərarları › İş №3(088)-43/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-43/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-43/2025 10.09.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Sədərək rayonunda anadan olmuş, Sədərək rayonu Sədərək kəndində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində tərtib edilmiş 22 iyul 2025-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixində saat 23:10-da Türkiyə Respublikasından Azərbaycan Respublikası ərazisinə “qarışıq məişət əşyaları” yükü gətirən Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 73BA013 dövlət qeydiyyat nişanlı “İveco” markalı yük nəqliyyat vasitəsinə “Sədərək" gömrük postunun ərazisində keçirilmiş təkrar gömrük yoxlaması zamanı həmin yük nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən sürücü oturacağının arxasında gizlədilmiş 1 ədəd plastik qablaşmada 5.4 litr həcmli “Castrol CRB Turbomax” markalı mühərrik yağı, yük nəqliyyat vasitəsinin dartıcı hissəsinin arxasında yerləşən mühərrik isidici çənindən 10 litr həcmli “X4 Utto 42” markalı transmissiya yağı, su çənindən 2 ədəd 18 litrlik qablaşmalarda ümumilikdə 36 litr həcmli “Shell Rimula R4” markalı mühərrik yağı, həmçinin nəqliyyat vasitəsinin matorxana hissəsində gizlədilmiş 1 ədəd “PC-300-7” markalı və 1 ədəd “VG 1124” markalı yük nəqliyyat vasitələrinin ehtiyyat hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 73BA013 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində sürücü işlədiyini, ay ərzində 3-4 dəfə Türkiyə Respublikasından Naxçıvana müxtəlif təyinatlı yüklər daşıdığını, xx.xx.2025-ci il tarixdə yük gətirmək üçün qeyd etdiyi yük nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasının İğdır şəhərinə getdiyini, orada Naxçıvana gətirmək üçün qarışıq məişət əşyaları yükünü yüklədiyini, daha sonra xalaoğlusunun xahişi əsasında onun traktoru üçün 2 ədəd 18 litrlik mühərrik yağı, 1 ədəd 10 litrlik karobka yağı və 2 ədəd avtomobil ehtiyat hissəsi və öz avtomobili üçün 5 litrlik castrol markalı mühərrik yağı aldığını, öz avtomobili üçün aldığı mühərrik yağını nəqliyyat vasitəsinin kabinində oturacağın arxa hissəsinə qoyduğunu, xalaoğlusunun xahişi ilə aldığı yağları isə yük nəqliyyat vasitəsinin isidici çəninə və su çəninə tökdüyünü, qablarını isə kabində döşəmənin üzərinə qoyduğunu, aldığı iki ədədə ehtiyyat hissəsini isə idarə etdiyi yük nəqliyyat vasitəsinin matorxana hissəsinə qoyduğunu və Naxçıvana yola düşdüyünü, axşam saatlarında Sədərək gömrüyünə çatdığını, gömrük yoxlamasından keçdikdən sonra mülki formalı gömrük əməkdaşının yaxınlaşdığını və yük nəqliyyat vasitəsinə təkrar baxış keçirəcəyini bildirdiyini, yoxlamağa başladığını, yoxlama zamanı ilkin olaraq oturacağın arxasındakı 5 litrlik yağı aşkar etdiyini, daha sonra boş mühərrik yağı qablarını götürdüyünü, yoxlamanın davamında su çənində və isidici çənin içərisində olan yağları gördüyünü, sonra həmin yağları qablarına boşaltdıqlarını, 2 ədəd 18 litrlik mühərrik yağı və 1 ədəd 10 litrlik ölçüdə karobka (transmissiya) yağları olduğunun müəyyən edildiyini, daha sonra isə matorxanada olan 2 ədəd avtomobil ehtiyat hissəsini aşkar edərək götürdüklərini, sonra yoxlama barədə sənədlər yazıldığını və imza atdıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında hazırda müvəqqəti işsiz olduğu üçün ara-sıra Sədərək gömrüyündə yük boşaltmağa getdiyini, 23 iyun 2025-ci il tarixində Sədərək gömrük postunda yük boşaltmağa getdiyini, yük boşaltdığı zaman Cavid adlı gömrük əməkdaşının onu və onunla birgə orada yük boşaldan Rasimi çağırdığını, ölkəyə giriş istiqamətində hərəkət edən bir yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini, onlarında həmin yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş etdiyini, qəbul etdiklərini, gömrük əməkdaşı ilə birgə yoxlamanın keçiriləcəyi nəqliyyat vasitəsinin yanına getdiklərini, gömrük əməkdaşı Cavidin onların iştirakıları ilə Arzuman adlı sürücünün idarə etdiyi **-BA-*** dövlət qeydiyyat nişanlı “İveco” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirdiyini, yoxlama zamanı nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən sürücü oturacağının arxasında gizlədilmiş 1 ədəd plastik qablaşmada 5.4 litr həcmli “Castrol CRB Turbomax” markalı mühərrik yağı, yük nəqliyyat vasitəsinin dartıcı hissəsinin arxasında yerləşən mühərrik isidici çənindən 10 litr həcmli “X4 Utto 42” markalı transmissiya yağı, su çənindən 2 ədəd 18 litrlik qablaşmalarda ümumilikdə 36 litr həcmli “Shell Rimula R4” markalı mühərrik yağı, həmçinin nəqliyyat vasitəsinin matorxana hissəsində gizlədilmiş 1 ədəd “PC-300-7” markalı və 1 ədəd “VG 1124” markalı yük nəqliyyat vasitələrinin ehtiyyat hissələri aşkar edildiyini, sonda yoxlamalar barədə sənədlər yazıldığını və imzaladıqlarını bildirdi. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasında səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini, təhqiqat dövrü verdiyi ifadəsini təsdiq etdiyini bildirərək teleqramın nəzərə alınaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şahidin izahatını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində göstərilir ki, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatları, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 23 iyun 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Şəxs idarə etdiyi 73BA013 dövlət qeydiyyat nişanlı “İveco” markalı yük nəqliyyat vasitəsinin nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən sürücü oturacağının arxasında gizlədilmiş 1 ədəd plastik qablaşmada 5.4 litr həcmli “Castrol CRB Turbomax” markalı mühərrik yağı, yük nəqliyyat vasitəsinin dartıcı hissəsinin arxasında yerləşən mühərrik isidici çənindən 10 litr həcmli “X4 Utto 42” markalı transmissiya yağı, su çənindən 2 ədəd 18 litrlik qablaşmalarda ümumilikdə 36 litr həcmli “Shell Rimula R4” markalı mühərrik yağı, həmçinin nəqliyyat vasitəsinin matorxana hissəsində gizlədilmiş 1 ədəd “PC-300-7” markalı və 1 ədəd “VG 1124” markalı yük nəqliyyat vasitələrinin ehtiyyat hissələri aşkar edilmişdir. Bununla da müəyyən olunur ki, Şəxs 23 iyun 2025-ci il tarixdə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına keçərkən idarə etdiyi ** BA *** dövlət qeydiyyat nişanlı “İveco” markalı yük nəqliyyat vasitəsinin nəqliyyat vasitəsinin kabin hissəsində yerləşən sürücü oturacağının arxasında gizlədilmiş 1 ədəd plastik qablaşmada 5.4 litr həcmli “Castrol CRB Turbomax” markalı mühərrik yağı, yük nəqliyyat vasitəsinin dartıcı hissəsinin arxasında yerləşən mühərrik isidici çənindən 10 litr həcmli “X4 Utto 42” markalı transmissiya yağı, su çənindən 2 ədəd 18 litrlik qablaşmalarda ümumilikdə 36 litr həcmli “Shell Rimula R4” markalı mühərrik yağı, həmçinin nəqliyyat vasitəsinin matorxana hissəsində gizlədilmiş 1 ədəd “PC-300-7” markalı və 1 ədəd “VG 1124” markalı yük nəqliyyat vasitələrinin ehtiyyat hissələrini gömrük nəzarətindən kənar keçirmək istəmişdir. İş materiallarına əlavə edilmiş X1 xx.xx.2025-ci il tarixli NQM 005-07/25 saylı rəydən görünür ki, 1 ədəd 5.4 litr həcmli “Castrol CRB Turbomax” markalı mühərrik yağı 40 manat, 1 ədəd 10 litr həcmli “X4 Utto 42” markalı transmissiya yağı 80 manat, 2 ədəd 18 litr həcmli ümumilikdə 36 litr həcmli “Shell Rimula R4” markalı mühərrik yağı 95 manat, 1 ədəd “PC-300-7” markalı ehtiyyat hissəsi 330 manat və 1 ədəd “VG 1124” markalı ehtiyyat hissəsi 245 manat olmaqla ümumilikdə 790 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-33-1200/2-002525/2025 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, inzibati xətanın bilavasitə obyekti olan predmetlər Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun anbarında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun anbarında saxlanılan 1 ədəd 5.4 litr həcmli “Castrol CRB Turbomax” markalı mühərrik yağı 40 manat, 1 ədəd 10 litr həcmli “X4 Utto 42” markalı transmissiya yağı 80 manat, 2 ədəd 18 litr həcmli ümumilikdə 36 litr həcmli “Shell Rimula R4” markalı mühərrik yağı 95 manat, 1 ədəd “PC-300-7” markalı ehtiyyat hissəsi 330 manat və 1 ədəd “VG 1124” markalı ehtiyyat hissəsi 245 manat olmaqla ümumilikdə 790 manat dəyərində olan mallar dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinə görə İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1986-cı il təvəllüdlü Sədərək rayonu Sədərək kəndində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun anbarında saxlanılan 1 ədəd 5.4 litr həcmli “Castrol CRB Turbomax” markalı mühərrik yağı 40 manat, 1 ədəd 10 litr həcmli “X4 Utto 42” markalı transmissiya yağı 80 manat, 2 ədəd 18 litr həcmli ümumilikdə 36 litr həcmli “Shell Rimula R4” markalı mühərrik yağı 95 manat, 1 ədəd “PC-300-7” markalı ehtiyyat hissəsi 330 manat və 1 ədəd “VG 1124” markalı ehtiyyat hissəsi 245 manat olmaqla ümumilikdə 790 manat dəyərində olan mallar dövlət nəfinə müsadirə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra qərar icra olunması üçün Sədərək Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar