Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-44/2023 04.10.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Şərur rayonu Düdəngə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, 2 uşaq atası, Şərur rayonu Düdəngə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs 03 oktyabr 2023-cü il tarixdə, saat 19:00 radələrində X6 məntəqəsinin qarşısında özünü şübhəli apardığından həmin şəxsin Sədərək rayon Polis şöbəsinə dəvət edilərək Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinədən keçirilmiş nəticədə AMP (amfetamin), MET (metadon) və MDMA (metilendioksimetilamfetamin) psixotrop maddələr istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, Şərur rayonu Düdəngə kəndində qeydiyyatda durduğunu lakin uzun illərdi Türkiyə Respublikasında yaşadığını, 03 oktyabr 2023-cü il tarixdə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələrkən Sədərək Rayon Gömrük Keçid Məntəqəsindən keçdikdən sonra çıxışda Sədərək rayon ərazisində polis əməkdaşlarının onu saxlayaraq Sədərək Rayon Polis şöbəsinə gətirdiklərini, ondan narkotik və ya psixotrop maddələr qəbul edib–etməməsini soruşduqlarını, 3-4 gün bundan öncə Türkiyyədə olduğu müddətdə bir ədəd həb qəbul etdiyini, onda sonra onu həkimdən keçirdiklərini, həkimin rəyinə əsasən psixotropik həblər qəbul etdiyinə dair rəy verildiyini, həqiqətən 3-4 gün bundan əvvəl Türkiyyədə bir ədəd həb qəbul etdiyini, törətdiyi əməldən peşman olduğunu, haliyyədə anasının, iki azyaşlı övladının və həyat yoldaşının Türkiyyə Respublikasında tək qaldıqlarını ona görə onun bağışlanmasını xahiş edərək cərimə edilməsini bildirdi. Şəxs izahatında həmçinin hərəkətindən çox peşman olduğunu, əvvəllər inzibati xəta törətmədiyini bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında xx.xx.2023-cü il tarixdə Sədərək Rayon Gömrük Kecid məntəqəsinin qarşısında o və eyni postda xidmət apardığı polis nəfəri Şahid1 ilə birlikdə xidmət apararkən Sədərək Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru Məmmədov Səfanin gəldiyini və bir nəfərin özünü şübhəli apardığını gördüklərini, həmin şəxsə yaxınlaşan zaman onun Şərur rayon Düdəngə kənd sakini Şəxs olduğunu bildiklərini və Sədərək rayon Polis Şöbəsinə dəvət etdiklərini bildirdi. Məhkəmə iclasında Şahid1 Şahid2 ilə eyni məzmunlu izahat verərək Şahid2 izahatında dediklərini təsdiq etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan MR X3 04 oktyabr 2023-cü il tarixli 1433 saylı məktubundan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə narkoloji ekspertizasının sidik narko-test vasitəsilə müayinə olunmuş və nəticədə onda AMP (amfetamin), MET (metadon) və MDMA (metilendioksimetilamfetamin) müsbət aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş 04 oktyabr 2023-cü il tarixli 301 saylı ekspert rəyindən müəyyən edilir ki, Şəxs epizodik metamfetamin narkomaniyası xəstəliyindən əziyyət çəkir. Hal-hazırda abstinensiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyac yoxdur. xx.xx.2023-cü il tarixdə Y.Yaqubov adına Naxçıvan MR X4 narkotestdən keçirilmiş nəticədə AMP (amfetamin), MET (metadon) və MDMA (metilendioksimetilamfetamin) müsbət aşkar olunmuşdur. Həmin psixotrop maddələr 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İİ siyahı) daxildir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahıya əsasən psixotrop maddə olan MDMA (metilendioksimetamfetamin, ekstazi) 0.03 qramadək və AMP (amfetamin) psixotrop maddə olan 0.15 qramadək olan maddə şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs əldə etdiyi AMP (amfetamin), MET (metadon) və MDMA (metilendioksimetilamfetamin) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs səmimi peşman olmasını, əvvəllər inzibati xəta törətməməsini, himayəsində iki azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-44/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-44/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver