Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-45/2023 12.10.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxxx 1989-cu ildə Şərur rayon Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda duran Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Sədərək Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i m: Vətəndaş Şəxs barəsində Sədərək Rayon İcra və Probasiya bölməsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməsinə maneçilik törətmiş, icra sənədinin icrasından boyun qaçırmış və məhkəmə qərarının icrasını təmin etməyərək inzibati xəta törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vermiş olduğu ifadəsində bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati protokolla razılaşdığını, həqiqətəndə Goranboy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-180/2022 saylı qətnaməsində xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 260 manat pulun ondan alınaraq X4 verilməinin qət edildiyini, icra məmuru Kamal müəllimin dəfələrlə onunla telefon əlaqəsi saxlayaraq aliment borcunu ödəməsini bildirsədə maddi vəziyyətinin aşağı olması səbəbindən həmin aliment borcunu ödəyə bilmədiyini, aliment borcunu ödəməkdən yayındığına görə icra məmuru tərəfindən axtarışa verildiyini və ona görə polis onu tutaraq Sədərək rayonu İcra və Probasiya bölməsinə təhvil verdiyini, bu günə kimi icra vərəqəsində göstərilən məbləğdən bir manat da olsun ödəmədiyini, vaxt verilərsə icra vərəqəsini hissə-hissə icra edəcəyini bildiridi. Məhkəmədə şahid qismində dindirilən Sədərək rayon İcra və Probasiya bölməsinin icra məmuru Şahid vermiş olduğu ifadəsində bildirmişdir ki, tələbkar X2, borclu Şəxs aliment tələbinə dair xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olduğunu, icra sənədinə əsasən borclu Şəxs xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 260 manat məbləğində pulun alınaraq tələbkar X2 xeyrinə ödənilməsinin qət edildiyini, həmin icra sənədi Sədərək rayon İcra və Probasiya bölməsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs dəfələrlə yazılı və şifahi formada, eyni zamanda mobil telefon vasitəsilə xəbərdarlıqlar edilərək, icra sənədi üzrə aliment borcunun olduğunu bildirdiyini, məhkəmə qərarının icrasında qərəzli olaraq yayınmanın nəticələri izah etdiyini, lakin borclunun, bu xəbərdarlıqlara məhəl qoymadığını, həmin icra vərəqəsinə əsasən borclu Şəxs, tələbkar X6 qarşısında 6240 (altı min iki yüz qırx) manat borcun icra edilməmiş qaldığını, Bu səbəbdən də borclu Şəxs barəsində xx.xx.2022-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul edildiyini və borclu həmin axtarışa əsasən xx.xx.2023cü il tarixində Sədərək rayon Polis şöbəsi tərəfindən tutulub gətirilərək Sədərək rayon İcra və Probasiya bölməsinə təhvil verildiyini, bu zaman borclu şəxslə proflaktik söhbət aparıldığını və onun məhkəmə qərarını icra etmək niyyətinin olmaması qənaətinə gəlindikdən sonra borclu Şəxs barəsində Sədərək rayon İcra və Probasiya bölməsi tərəfindən inzibatı protokolun tərtib edilməsi məqbul hesab edildiyini və zəruri tədbirin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun özünün və şahidin ifadəsi, eyni zamanda iş materiallarındakı sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, icra sənədi üzrə tələbkar X2, borclu Şəxs qarşı aliment tələbinə dair xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay xx.xx.2008ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər biri üçün 130 manat olmaqla ümumilikdə 260 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmiş, həmin icra sənədi Sədərək rayon İcra və Probasiya bölməsinin icratına daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs dəfələrlə yazılı və şifahi formada, eyni zamanda mobil telefon vasitəsilə xəbərdarlıqlar edilərək, icra sənədi üzrə borcunun olduğu bildirildiyini, məhkəmə qərarının icrasından qərəzli olaraq yayınmanın nəticələri izah edildiyi, lakin borclunun, bu xəbərdarlıqlara məhəl qoymadığını, həmin icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar X6 qarşısında 6240 (altı min iki yüz qırx) manat pul borcunun icra edilməmiş qaldığını, bu səbəbdən də borclu Şəxs barəsində xx.xx.2022-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul edildiyini və borclu həmin axtarışa əsasən xx.xx.2023-cü il tarixində Sədərək rayon Polis şöbəsi tərəfindən tutulub gətirilərək Sədərək rayon İcra və Probasiya bölməsinə təhvil verildiyini, əlavə olaraq icra sənədi üzrə borclu olan Şəxs borcunu ödəməsi təklif olunduğunu, borclu icra vərəqəsini icra etmədiyini, icra sənədi icra edilmədiyinə görə icra məmuru protokol tərtib edərək aidiyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Sədərək rayon İcra və Probasiya bölməsinin icra məmuru Şəxs törətdiyi inzibati xətanı düzgün olaraq Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə tövsif etmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 - 105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını bildirir, eyni zamanda, həmin məcəllənin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərəkən belə hesab edir ki, onun Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib 20(iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Sədərək rayon məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-45/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-45/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver