Məhkəmə qərarları › İş №3(088)-45/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-45/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-45/2025 05.09.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ X10 Elmar oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxs Sədərək Rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili X5 iştirakı ilə xx.xx.1968-ci il ildə Şərur rayonu, Oğuzkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evil, 1 uşaq atası, işsiz, Şərur rayonu, Oğuzkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs marixuana adlı narkotik vasitəsini qəbul etməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxsin saxlanılaraq Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 sidik narko-test vasitəsilə müayinə edilmiş, xx.xx.2025-ci il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə THC (Tetrahidrokannabinol) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilmiş, izahatında təxminən 2 gün əvvəl yaşadığı Oğuzkənd kəndində yerləşən kanalların ətrafında olan yabani halda bitən çətən kollarından yığaraq hazırlayıb narkotik vasitə kimi istifadə etdiyini, xx.xx.2025-ci il Türkiyə Respublikasına gedərkən X6rşısında Sədərək rayon Polis şöbəsinin əməkdaşlarının saxladığını, və polis şöbəsinə dəvət etdiklərini, üzərinə baxış keçirdikdən sonra narko-testdən keçirmək üçün Naxçıvan Muxtar Respublikası X4 apardıqlarını, narkotestdən keçən zaman narkotik maddə qəbul etməsinin aşkar edildiyini hərəkətindən çox peşman olduğunu bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş Sədərək Rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili X8 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə bir nəfər şəxsin X6rşısında narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu, dərhal əməliyyat qrupu yaradılaraq həmin ünvana getdiklərini, Azərbaycan Respublikası vətəndaşı olan Şəxs şübhəli şəxs qismində saxlayaraq polis şöbəsinə dəvət etdiklərini, sonra həmin şəxsi Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 sidik narko-test vasitəsilə müayinə edilməsi üçün aprdıqlarını, dispanser tərəfindən verilən rəydə müsbət nəticə çıxdığı üçün barəsində protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə məhkəməyə göndərildiyini bildiridi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək Rayon polis şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid2 izahatında xx.xx.2025-ci il tarixdə X6rşısında Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Heydərov Yunis və Şahid1 ilə birlikdə xidməti ərazidə olan vaxt X11 rayon sakini Şəxs gömrük ərazisində olması və narkotik vasitə qəbul etməsi barədə əməliyyat məlumatının daxil olduğunu və dərhal Şəxs saxlayaraq Sədərək Rayon Polis Şöbəsinə dəvət etdiklərini, sonra tesdən keçirmək üçün Naxçıvan şəhərinə apardıqlarını, həkim komissiyasının rəyinə görə Şəxs THC (Tetrahidrokannabinol) qəbul etdiyinin məlum olduğunu, daha sonra həmin şəxs barəsində protokol tərtib edilərək aidiyyatı üzrə məhkəməyə göndərildiyini bildiridi. Məhkəmə iclasında Şahid1 oğlu Şahid2 ilə eyni məzmunlu izahat verərək Şahid2 izahatında göstərilənləri bir daha təsdiq etdi. İnzibati materiala əlavə olunmuş xx.xx.2025-ci il tarixli MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs narkotik vasitə olan marixuana istifadə etməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2025-ci il tarixli 419 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kannabinoid narkomaniyası xəstəliyindən əziyyət çəkir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunmuş və nəticə THC (Tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən, Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görəüç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs narkotik vasitə olan THC (Tetrahidrokannabinol) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati qaydada tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32 və 33 maddələrinə əsaslanaraq, iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra qərarın icrası Şərur Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar