Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-46/2023 20.10.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Şərur rayonu Yuxarı Daşarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, 1 uşaq atası, Şərur rayonu Mikayıl Müşviq 10/6 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs 19 oktyabr 2023-cü il tarixdə, X7 məntəqəsinin qarşısında özünü şübhəli apardığından həmin şəxsin Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narkotestdən keçirilməsi üçün Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə edilmiş nəticədə AMP (amfetamin), MET (metadon), MOP (morfin) və MTD (Metadon) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasının İğdır şəhərinə evə bazarlıq etmək üçün getdiyini, evə bazarlıq etdikdən sonra Azərbaycan taksilərinin dayandığı yerə getdiyini, hava yağışlı olduğundan taksi tapa bilmədiyini, həmin vaxt keçmişdə tanıdığı va adını xatırlamadığı türk tanışına rast gəldiyini, bir müddət həmin dürk tanışı ilə söhbət etdikdən sonra türk tanışının onu içki məclisinə dəvət etdiyini, həmin içki məclisinə getdiyini və spirtli içki qəbul etdiyini, içki məclisində onlardan əlavə tanımadığı bir xanımın da oturduğunu, bir müddət sonra onlarla əyləşən adını bilmədiyi xanımın çantasından siqaret çıxararaq istifadə etdiyini, həmin zaman onada təklif etdiyini içkili olduğundan alıb istifadə etdiyini, həmin gecəni oteldə qaldıqdan sonra Naxçıvan Muxtar Respublikasına gələn zaman X7 Məntəqəsindən keçdikdən sonra çıxışda polis əməkdaşlarının onu saxlayaraq Sədərək Rayon Polis şöbəsinə gətirildiyini bildirdi. Şəxs izahatında həmçinin hərəkətindən çox peşman olduğunu, əvvəllər heç bir narkotik və psixotrob maddə qəbul etmədiyini, bu günə kimi heç bir inzibati xəta törətmədiyini, həyat yoldaşının vəfat etdiyini və haliyyədə himayəsində bir azyaşlı övladının olduğunu bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs qismində dindirilən X5 izahatında xx.xx.2023-cü il tarixində o, Sədərək Rayon Polis Şöbəsinin PPXT-nin polis nəfəri Şahid2 və CAB-nin əməliyyat müvəkkili Şahid1lə birlikdə xidməti ərazidə olan zaman Şərur şəhər sakini Şəxs narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu, həmin şəxsə yaxınlaşaraq Sədərək Rayon Polis şöbəsinə dəvət etdiklərini, sonra narkoloji ekspertizadan keçirdikləini müəyyən analizlər aparıldıqdan sonra narkotik vasitə və psixotrob maddələr istifadə etməsinin məlum olduğunu, həmin şəxsin barəsində inzibati protokol tərtib edilərək adiyyatı üzrə baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında xx.xx.2023-cü il tarixində o, CAB-nin əməliyyat müvəkkili Sənan Məmmədov və CAB-nin əməliyyat müvəkkili Şahid1lə birlikdə xidməti ərazidə olan zaman, Sədərək Rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin müvəkkili X6 şəhər sakini Şəxs narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu onun, Sənan Məmmədov və CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Sədərək Rayon Gömrük keçid məntəqəsinin qarşısına getdiklərini və barəsində əməliyyat məlumatı daxil olmuş şübhəli şəxs olan Şəxs saxlayıb Sədərək Rayon Polis şöbəsinə gətirdiklərini bildirdi. Məhkəmə iclasında Şahid1 Şahid2 ilə eyni məzmunlu izahat verərək Şahid2 izahatında dediklərini təsdiq etdi. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X3 20 oktyabr 2023-cü il tarixli 1527 saylı məktubundan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sidik narko-test vasitəsilə müayinə olunmuş və nəticədə onda AMP (amfetamin), MET (metadon), MOP (morfin) və MTD (Metadon) müsbət aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş 20 oktyabr 2023-cü il tarixli 323 saylı ekspert rəyindən müəyyən edilir ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Şəxs xx.xx.2023-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 narkotest olunmuş və nəticədə AMP (amfetamin), MET (metadon), MOP (morfin) və MTD (Metadon) müsbət aşkar edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İİ siyahı; sıra № 2, 6) daxildir “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahıya əsasən psixotrop maddə olan AMP (amfetamin), MET (metadon), MOP (morfin) və MTD (Metadon) qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs AMP (amfetamin), MET (metadon), MOP (morfin) və MTD (Metadon) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati qaydada tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs səmimi peşman olmasını, əvvəllər inzibati xəta törətməməsini, həyat yoldaşının vəfat etməsini və himayəsində azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-46/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-46/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver