Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-47/2024 27.08.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxxxxxx 1979-cu il tarixdə Türkiyə Respublikası, Aralıq qəsəbəsində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, tır sürücüsü işləyən, Türkiyə Respublikası, Aralıq qəsəbəsində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Sədərək rayon Sədərək kəndində həyat yoldaşı Şahid1 yaşadığı evdə səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Türkiyə Respublikası, Aralıq qəsəbəsində qeydiyyatda olduğunu, xx.xx.2024-cü il tarixdə təxminən saat 22:00 radələrində həyat yoldaşı Şahid1 uşağına hirsləndiyini və döydüyünü, evdəki stolu götürərək arxasınca düşdüyünü, əsəbləşərək həyat yoldaşı Şahid1 uşaq olduğunu, ona niyə elə hirsləndiyini dediyini, bu zaman aralarında mübahisənin yarandığını, səs-küyün yüksəldiyini, qonşuların narahatçılığına səbəb olduğunu, sonra həyat yoldaşının Sədərək Rayon Polis şöbəsinin 102 qaynar xəttinə zən vuraraq onu şikayət etdiyini bildirirərək törətdiyi əməldən çox peşman olduğunu, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saat 22:00 radələrində evdə oturarkən qızı Elifə hirsləndiyini, hirslənən zaman həyat yoldaşı Şəxs duraraq ona hirsləndiyini və bu zaman aralarında mübahisənin yarandığını, mübahisə zamanı Sədərək Rayon Polis şöbəsinin 102 xidmətinə zəng etdiyini, həyat yoldaşı Şəxs evdə mübahisə yaratdığını və qonşuları narahat etdiyini dediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək Rayon Polis şöbəsinin PPXnin polis nəfəri Şahid2 izahatında bildirdi ki, Sədərək Rayon Qaraağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, Sədərək Rayon Polis şöbəsinin PPX-nin polis nəfəri vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə axşam saat 22:00 radələrində xidmətdə olduğu zaman Sədərək Rayon Polis şöbəsinin Əməliyat və İstintaq qrupunun ona zəng etdiyini və təcili olaraq Şahid1 evinə getməyini dediklərini, dərhal həmin ünvana getdiyini, həmin ünvanda Şəxs ucadan səs-küy salaraq qonşuları narahat etdiyini və ictimai qaydanı pozduğunu gördüyünü, polis əməkdaşları ilə Şəxs sakitləşdirməyə çalışdıqlarını, sakitləşmədiyini, sonra həmin şəxsi Sədərək Rayon Polis şöbəsinə gətirdiklərini və barəsində protokol tərtib edildiyini, baxılması üçün məhkəməyə göndərildiyini bildiridi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 26 avqust 2024-cü il tarixdə Sədərək rayon Sədərək kənd ərazisində yerləşən evində ucadan nalayiq ifadələr işlətmiş və səs-küy salaraq ictimai qaydanı pozmuş və nəticədə xırda xuliqanlıq etmişdir. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 26 avqust 2024cü il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs 26 avqust 2024-cü il tarixdən saat 22:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx.xx.1979-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu andan yəni, 26 avqust 2024cü il tarixdən saat 22:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-47/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-47/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver