Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-48/2023 03.11.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X3 iclas katibliyi, Sədərək rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X7, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Şərur rayonu Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Sədərək rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Sədərək rayonu Dəmirçi kəndində əkin suvarmaqla bağlı yaranmış mübahisə zamanı qonuşusu Zərərçəkmiş şəxs Bəybal qızına müxtəlif bədən xəsarətləri yetirmişdir. Bununla da Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Sədərək rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 003056 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 23:00 radələrində evdə olan zaman məhlədə səs-küy eşitdiyini, çölə çıxan zaman qonşusu Məmmədov Rəşadın digər qonşusu Məmmədova Aygülü saçından Tutaraq sürüyərək öz həyətinə tərəf apardığını gördüyünü, dərhal üzərinə yeridyini Aygülü Rəşadın əlindən aldığını, sonra Rəşadın anası Arifə yoldaşı Gültəkinin həyətinə girərək həyat yoldaşı X1 yolaraq toxa ilə başına vurduğunu, daha sonra onlara müdaxilə edərək həyətdən çıxardığını, Polis sahə rəisinə zəng vurduğunu, hazırda Zərərçəkmiş şəxs ilə aralarında heç bir mübahisə olmadığını, barışdıqlarını bildiriərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əlavə olaraq məhkəməyə Zərərçəkmiş şəxs Bəybal qızı ilə barışması barədə yazılı ərizə təqdim etdi. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Rəşad və qayınanası Arifənin qonuşuları Toğrul gillə mübahisə etdiklərini, onların yanına gedərək qaynanası Arifəni aparmağa çalışdığını, bu zaman Arifə ilə Toğrulun su üzərində mübahisə etdiklərini və itələşdiklərini, arxın bir tərəfinə Arifənin digər tərəfinə isə Toğrulun düşdüyünü, Arifənin arxdan qalxmaq istəyərkən Toğrulun köynəyindən yapışdıöını və Toğrulun köynəyinin cırıldığını və barmaqlarının Toğrulun boğazını sıyırdığını, Rəşadın Toğrulu sudan çıxarmaq istədiyini, toğrulun həyat yoldaşı Aygül ilə onun isə Arifəni sudan çıxarmaq istədiklərini, Aygülün Arifənin qoluynu buraxaraq gedib Rəşadın qolunu dişlədiyini, Aygülün səhv başa düşdüyünü, Rəşadın onun həyat yoldaşı Toğrulu vurduğunu başa düşdüyünü, bu zaman digər qonuşuları Babək və onun həyat yoldaşı Nargül həyətlərindən çıxaraq nə səs küy olduğunu soruşduqlarını və Nargül əlindəki iri ağac parçası ilə Rəşadın kürəyindən bir neçə dəfə vurduğunu, o rəşadı qorumaq üçün Nargülün qarşısına keçən zaman Nrgülün baş, boyun qol və ayaq nahiyəsindən zərbələr vurmağa başladığını, ağacı onun əlindən almağa çalışarkən saçını yolduğunu, daha sonra Nargülün həyat yoldaşı Babəkin onun başından yumuruqla vurduğunu, qışqıraraq Arifəni çağırdığını, Arifənin onların əlindən aldığını, hal-hazırda Şəxs ilə barışdıqlarını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq məhkəməyə Şəxs ilə barışması barədə yazılı ərizə təqdim etdi. Protokol tərtib etmiş Sədərək rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X10 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 23:00 radələrində Sədərək rayonu Dəmirçi kəndində Şəxs əkin suvarmaqla bağlı yaranmış mübahisə zamanı qonuşusu Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri yetirmişdir. Zərərçəkmişin şikayəti əsasında materiallar şəxsin inzibati məsuliyyət məsələsinin həlli üçün ona verilmişdir. O da həmin materiallar əsasında hazırkı protokolu tərtib etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə saat təxminən 23:00 radələrində xidməti ərazisində xidmətdə olarkən növbətçi hissədən zəng gələrərk Məmmədov Rəəşadın qonçuları ilə mübahisə etdiyini bildirildiyini, dərhal Dəmirçi kənd sakini Məmmədov Raşadın evinə getdiyini, kənd sakini Məmmədov Toğrul və həyat yoldaşının qarşısına çıxdığını, maşını saxlayıb maşından düşərək Toğrul və həyat yoldaşının yanına getdiyini, Toğrulun boynunun yırtılmış vəziyyətdə olduğunu, dərhal Sədərək rayonu Dəmirçi kəndində yerləşən Polis məntəqəsinə apardığını, sonra mübahisədə iştirak edənləri də həmin məntəqəyə çağırıdığını mübahisənin səbəbini öyrəndiyini və evlərinə yola salaraq səhər saat 09:00-da polis şöbəsinə gəlmələrini dediyini bildiridi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi ekspertiza və patoloji anatomiya birliyinin Məhkəmə-tibbi eksperti E.Cəfərovun xx.xx.2023-cü il tarixli, 1442 saylı ekspertiza rəyində qeyd olunur ki, “vət. Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilən xəsarətlər alnında və sol budunda qançırlar, alnında və sol dirsək nahiyyəsində sıyrıqlar, küt mexanizimdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Məhkəmə Sədərək rayon X8 və Təhqiqat Qrupunun müstəntiqi, polis kapitanı X4 23 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndiriməsi barədə ”qərarını, Sədərək rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 003056 nömrəli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri və şahidləri dinləyib, zərərçəkmiş şəxsin barışıq ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda ( başlanmış iş üzrə) iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq izahatı və yazılı ərizəsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53.1.9, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə o, inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №3(088)-48/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-48/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver