Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-48/2024 06.09.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.2002-ci il tarixdə Sədərək Rayonu Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Sədərək Rayon Sədərək kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə X1 xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sədərək rayon Sədərək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2024-cü il tarixdə axşam saat 22:30 radələrində Türkiyə Respublikasından, X2 keçid məntəqəsindən su satıb evə qayıdarkən əlində olan su qabını monitora qoyub keçən zaman gömrük əməkdaşının onu çağırdığını, veşlərinə baxacağını dediyini, özünün isə yorğun olduğundan gömrük əməkdaşına gəlmirəm sən bura gəlib baxmalısan dediyini, bu zaman aralarında mübahisə yarandığını, gömrük əməkdaşının ona səni məruzə edək birdə burdan keçmiyəcəksən dediyini, özünün də gömrük əməkdaşına çörəyimə bayıslik etməyin dediyini, sonra gömrük əməkdaşı Şahid1 üzr istədiyini biraz keçdikdən sonra Sədərək Rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin yerə gələrək onu polis şöbəsinə dəvət etdiklərini və onun barəsində protokol tərtib etdiklərini, törətdiyi əmələ görə şox peşman olduğunu bir daha bu cürə hallara yol verməyəcəyini və ona yüngül cəza verilməsini bildiridi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirdi ki, Şərur rayon Ərəbyengicə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2024cü il tarixdə təxminən saat 22:00 radələrində Türkiyə Respublikasından X2 keçid məntəqəsində tanımadığı bir şəxsin əl yüklərini monitordan keçirdikdən sonra əl yüklərini gömrük baxışına təqdim etməsini xahiş etdiyini lakin, vətəndaş ona əl yüklərini təqdim eməyəcəyini dediyini, onun isə ikinci dəfə vətəndaşa qardaş zəhmət olmasa əl yüklərini təqdim et dediyini, oda sənə heç bir yük təqdim etməyəcəyini dediyini, baxa bilərsənsə gəl özün bax dediyini, onunda vətəndaşın yersiz dava salacağını hiss etdiyini, onunda özündən yuxarı rütbəli gömrük əməkdaşı Anar Fərəczadəyə məruzə etdiyini, oda vətəndaşa əl yüklərini təqdim etməsini dediyini, bu zaman Şəxs əl yüklərini sərt şəkildə masanın üzərinə atdığını və ucadan səs-küy salaraq götür bax dediyini, onun da ilk öncə vətəndaşdan şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etdiyini, onun da şəxsiyyət vəsiqəsini masanın üzərinə çırparaq verdiyini, Şəxs olduğunu müəyyən etdiyini, onun ücadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətdiyini, bu zaman gömrük əməkdaşları Sədərək Rayon Polis şöbəsinə zəng vuraraq vətəndaş Şəxs şikayət etdiklərini sonra Sədərək Rayon Polis şöbəsinin əməkdaşları həmin yerə gələrək Şəxs polis şöbəsinə apardıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında Şahid1 verdiyi izahata tam uyğun olaraq izahat verərək, onun verdiyi izahatı bir daha təsdiq etdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 03 sentyabr 2024-cü il tarixdə Sədərək Rayon Sədərək Rayon Gömrük postunun ölkəyə giriş hissəsində ucadan nalayiq ifadələr işlətmiş və səs-küy salaraq ictimai qaydanı pozmuş və nəticədə xırda xuliqanlıq etmişdir. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 03 sentyabr 2024-cü il tarixli AZN 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs 03 sentyabr 2024-cü il tarixdən saat 22:30-dan inzibati qaydada tutulmaqla saxlanmışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx.xx.2002-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Sədərək Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-48/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-48/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver