Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-49/2024 12.09.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxxxxx 1963-cü il tarixdə Şərur Rayonu Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Sədərək Rayon Qaraağac kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Sədərək rayon ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2024-cü il tarixdə gecə saat 17:30 radələrində nəvəsini xəstəxanadan gətirərkən yol polisləri mənə saxla işarəsi verərək maşınını saxladıqlarını, polislərin ona yaxınlaşaraq nəvəsinin az yaşlı olduğu üçün ön sərnişin oturacağında əyləşməsinin qanunsuz olduğunu dediklərini, qanun pozduğuna görə onun adına inzibati xəta haqqında protokol yazacaqlarını dediklərini, onun isə polislərə yazmamalarını dediyini, bu zaman polislərlə aralarında mübahisə yarandığını, onun da əsəbləşdiyini, ucadan səs küy salaraq polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətdiyini, polis əməkdaşlarının onu sakitləşdirərək Sədərək Rayon Polis şöbəsinə dəvət etdiklərini bildirirərək törətdiyi əməldən çox peşman olduğunu, polis əməkdaşlarında dəfələrlə üzr istədiyini, himayəsində əlil övladının olmasını və bu baxımdan ona yüngül cəza verilməsini, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək Rayon Polis şöbəsinin DYPQ-nun BDAM-i polis mayoru Şahid2 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixində Sədərək Rayon Sədərək kənd ərazisində xidmtədə olarkən Mersedes markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında əyləşdirdiyini gördüyünü, həmin zaman avtomobili saxladığını, sürücünün həmin oturacaqda azyaşlı uşaq əyləşdirməklə qanun pozuntusu etidiyini və uşağın həyatı üçün təhlükə yaratdığını bildirmək istədiyini, həmin avtomobilin sürücüsü Şəxs avtomobili saxladığı zaman ona törətdiyi əməlin qanun pozuntusu olduğunu dediyini, həmin əməlin müqabilində onun barəsində protokol tərtib ediləcəyini bildirdiyini, Şəxs ona qarşı kobud ifadələr işlədərək əcəb elədim deyərək sən kimsən mənə cərimə tətbiq edəsən dediyini, sonra onu intizamlı olmağa dəvət etdiyini, polsin qanuni tələbinə riayət etməli olduğunu dediyini, onun isə mənim spirtli içki qəbul etdiyimi dediyini, onunda cavab olaraq xidməti vəzifəmi yerinə yetirdiyini dediyini, və onun avtomobilində qanun pozuntusu aşkar etdiyim üçün saxladığını bildirdiyini, spirtli içki qəbul etmədiyini dediyini, o zaman sən spirtli içki içməmisənsə psixotrop maddə qəbul etdiyini dediyini, Şəxs dəfələrlə intizamlı olmağa dəvət etdiklərini bildirsədə öz hərəkətlərinə davam etdiyini, Şəxs polis şöbəsində onlardan dəfələrlə üzr istədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izhatında Şahid2 verdiyi izahata tam uyğun olaraq izahat verərək izahatda göstərilənləri bir daha təsdiq etdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 11 sentyabr 2024-cü il tarixdə Sədərək Rayon Sədərək kənd ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini və himayəsində əlil övladının olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törədərkən əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx xxxxxxx 1963-cü il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Sədərək Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-49/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-49/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver