Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-5/2025 12.02.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1993-cü ildə Şərur rayon Dəmirçi kəndində doğulmuş, orta təhsilli, işsiz, subay, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Sədərək rayon Dəmirçi kəndi ərazisində hərbi qulluqçuların xüsusi geyim formasını qanunsuz olaraq daşıdığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2025-ci il tarixdə qohumu və həmkəndlisi X1 evində qardaşı X2 ilə birlikdə fəhlə işlədiklərini, təxminən saat 20:00-dək işlədikdən sonra evə gəlmək üçün hazırlaşdığını, bu zaman Zülfüqarın olara hərbi geyimə oxşar puşlatı verərək tərləmisiz alın geyinin xəstələnməyin dediyini, həmin hərbi geyim formasına oxşar puşlatı geyinərək evə getdiklərini, xx.xx.2025-ci il tarixdə səhər saat 09:10 radələrində yenidən işləmək üçün evdən çıxıb gedərkən Sədərək rayon Polis şöbəsinin əməkdaşlarının onları saxlayaraq hərbi geyim formasının mülki şəxslər tərəfindən geyinilməsinin qadağan olduğunu bildirdiklərini və Sədərək rayon Polis şöbəsinə dəvət etdiklərini, həmin geyim formasının qadağan olunduğunu bilmədiyini bildirərək bundan sonra bu hərəkətlərə yol verməyəcəyini və peşman olduğunu bildirdi. Maddi sübut kimi məhkəməyə təqdim edilmiş hərbi geyim forması olan puşlata oxşar geyim forması üzərində fərqlənmə nişanları olmadığından hərbi və xüsusi geyim forması olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək rayon Polis şöbəsinin PPXTnın polis nəfəri Şahid2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 09:10 radələrində polis nəfəri X3 ilə birlikdə Sədərək rayon Dəmirçi kənd ərazisində xidmət apardıqları zaman iki nəfər mülki şəxsin hərbi xüsusi geyim forması olan puşlat geyindiyini gördüklərini, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdiklərini, hərbi puşlatın birində fərqlənmə nişanı olsada didərində heç bir fərqlənmə nişanı olmadığını gördüklərini, həmin şəxsləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinin tələbini pozduqlarına görə Sədərək rayon Polis şöbəsinə dəvət etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izhatında Şahid2 verdiyi izahata tam uyğun olaraq izahat verərək izahatda göstərilənləri bir daha təsdiq etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Ona görə ki, maddi sübut kimi məhkəməyə təqdim edilmiş hərbi geyim forması olan puşlata oxşar geyim forması üzərində fərqlənmə nişanları olmadığından hərbi və xüsusi geyim forması olmaması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən, Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli, 514 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsanamə”nin: 1-ci bəndinə əsasən hərbi geyim forması - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi litseyin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının komplektidir; 3-cü bəndinə əsasən hərbi qulluqçuların fərqləndirmə nişanları – hərbi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət mənsubiyyətini, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, Silahlı Qüvvələrin növünə, qoşun (xidmət) növünə, ixtisasına, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə və konkret qoşun vahidinə mənsubiyyəti göstərir. 4-cü bəndinə əsasən fərqləndirmə nişanlarına aiddir: paqonlar, yaxa nişanları, döş və qol nişanları (jetonlar, tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampaslar. Bundan əlavə hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə baxılarkən onun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xətanın obyekti olmuş üzərində fərqlənmə nişanları olmayan hərbi geyim forması olan puşlata oxşar geyim forması qərar qanuni qüvvəsini aldıqdan sonra Şəxs geri qaytarılsın. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-5/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-5/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver