Məhkəmə qərarları › İş №3(088)-52/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-52/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-52/2024 07.10.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1997-ci il tarixdə Sədərək rayon, Qaraağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Sədərək rayon, Qaraağac kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Sədərək rayon Sədərək kənd ərazisində içtimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 04 10.2024-cü il tarixdə təxminən saat 11:30 radələrində özünəməxsus olan traktor ilə sahədə işləyərkən traktorun yanacağının bitdiyini, həmin vaxt əmioğlusu X3 ona zəng vuraraq harda olduğunu soruşduğunu, traktorun yanacağı bitdiyindən çayçıya getdiyini, daha sonra Sədərək kənd mərkəzində yerləşən çay evinə gəldiyini və əmioğlusu X1 gördüyünü, onun yanında əyləşdiyini, biraz sonra digər əmioğlusu X2 da yanlarına gəldiyini, biraz söhbət etdikdən sonra traktorunun yanacağının bitdiyini və yolda olarkən hec bir maşının götürmədi dediyini, bu zaman əmioğlusunun ucadan gülərək yaxşı oldu, biz yolda qalanda bizi sən götürmürsən dediyini, ona gülərək sürətlə yanınızdan keçirəm, saxlayana kimi maşın harada dayanır dediyini, bu zaman yolun kənarından keçən tanımadıqları xanımın yolun kənarında duran polis əməkdaşına yaxınlaşaraq onların əyləşdiyi yeri göstərdi və polis əməkdaşı ilə birgə əyləşdikləri stola yaxınlaşdıqlarını həmin xanımın yaxınlaşdıqdan sonra onlara qarşı nalayıq ifadələr işlətməyə başladığını, bu zaman ayağa qalxaraq bizə niyə nalayiq ifadələr işlətdiyini soruşduğunu, xanımın yenidən nalayiq ifadələr işlətməyə başladığını, bu zaman polis əməkdaşının xanımı sakitləşdirərək onu həmin yerdən uzaqlaşdırdığını və onları Sədərək Rayon Polis Şöbəsinə dəvət etdiyini, ucadan deyib güldüklərinə görə çox peşman olduğunu bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirdi ki, 04. 10 2024-cü il tarixdə təxminən saat 13:00 radələrində uşaqlarını məktəbdən götürüb evə taksi ilə yola saldıqdan sonra evinə yola düşdüyünü, yolun kənarında yerləşən çay evinin yanından keçərkən tanımadığı şəxslərin ona tərəf baxaraq ucadan gülərək nalayiq ifadələr işlədərək aha yerdə gəlir bu gün gətirəni yoxdur dedikdən sonra kənara baxaraq gətirəni gəlir dediklərini, heç nə demədən həmin yerdən uzaqlaşdığını, bu zaman ərazidən keçən polis əməkdaşlarını gördüyünü, onlara yaxınlaşaraq tanımadığı şəxslərin ona qarşı nalayiq ifadələr işlətdiyini deyərək həmin şəxsləri polis əməkdaşlarına göstərdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirdi ki, 04. 10 2024-cü il tarixdə təxminən saat 13:05 radələrində Sədərək Rayon Sədərək kənd ərazisində yerləşən işıq idarəsinin yanında Şahid1 ona yaxınlaşaraq həmin ərazidə yerləşən çay evinin həyətində oturan 3 nəfər şəxsi göstərərək həmin şəxslərdən şikayətçi olduğunu onların Şahid1 nalayiq ifadələr işlətdiyini bildirdiyini, həmin çay evinə yaxınlaşarkən Sədərək Rayon Polis Şobəsinin PPXT-nin polis baş serjantı Şahid3 da onun yanında getdiyini, birlikdə həmn şəxslərə yaxınlaşaraq məsələnin nə olduğunu soruşduqlarını onların isə Şahid1 heç bir nəlaiq söz işlətmədiklərini, sadəcə oz aramızda deyib gülən zaman Şahid1 həmin şəxslərə ucadan qışqıraraq siz mən keçərkən mənə baxıb nəlaiq ifadələr işlətdiyinizi, mənim yerimə sizin ananız bacınızda ola bilərdi dedidiyini, Şahid1 sakitləşdirib oradan uzaqlaşdırdıqlarını və həmin şəxsləridə polis şöbəsinə dəvət etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 izahatında Şahid2 verdiyi izahata tam uyğun olaraq izahat verərək Şahid2 verdiyi izahatı bir daha təsdiq etdilər. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sədərək rayon Sədərək kənd ərazisində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və nəticədə xırda xuliqanlıq etmişdir. İnzibati materiala əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdən saat 13:00-da Sədərək rayon Sədərək kənd ərazisində xırda xuliqanlıq hərəkətləri etməklə içtimai qaydanı pozmuşdur Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx.xx.1997-ci il təvəllüdlü Sədərək rayon, Qaraağac kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Sədərək Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar