Məhkəmə qərarları › İş №3(088)-55/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-55/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-55/2024 21.10.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. 02 avqust 1997-ci il tarixdə Masallı rayonu Xıl ərazi dairəsinin, Xıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 27 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tərtib edilmiş EP № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2024-cü il tarixdə saat 15:25-də Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1997-ci il təvəllüdlü, etibarlılıq müddəti xx.xx.2032-ci il tarixədək olan AA******* nömrəli şəxsiyyyət vəsiqəsinin sahibi Şəxs üzərində və əl yükündə əsaslı şübhələr yarandığı üçün yoxlama aparılmış, yoxlama zamanı, Şəxs üzərində qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmiş, əl yükündə isə 1500 (bir min beş yüz) ədəd plastik biləklik, 2 (iki) ədəd C-50 width: 1.5 mm A:600, Lenth: 5.0 mm ölçüdə göz əməliyyatında istifadə olunan bıçaq ucluqları, 1 (bir) ədəd “Eyecryl phakıc” markalı və 1 (bir) ədəd “Eyecryl toric” markalı linza, “Resolute” markalı 7 (yeddi) ədəd RSİNT 25018 X, “Resolute” markalı 1 (bir) ədəd RSİNT 35015 X, “Resolute” markalı 7 (yeddi) ədəd RSİNT 30015 X stend yerləşdirmək üçün tibbi vasitə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri barədə rəsmi olaraq məlumatlandırsada Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Şəxs iştirakı olmadan iclasın keçirilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında iştirak etməyən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təhqiqat dövründə izahatında göstərmişdir ki, 23 avqust 2024-cü il tarixində Bakı Beynəlxalq Hava Limanı vasitəsi ilə gəzmək və alış-veriş etmək üçün qohumu Gülər və onun tanışı Kamalya ilə Türkiyə Respublikasının Antalya şəhərinə getdiklərini, bir gün orada qaldıqdan sonra növbəti gün yəni 24 avqust 2024-cü il tarixində İstanbul şəhərinə getdiklərini, İstanbul şəhərində oteldə olarkan tanımadıqları bir Türkiyə Respublikasının vətəndaşının onlara yaxınlaşaraq bir qədər söbət etdikdən sonra Azərbaycana dönəcəklərini bildiyini və Azərbaycana dönüşdə pul müqabilində dərman və tibbi ləvazimatları aparmalarını xahiş etdiyini, dərmanları apara bilməyəcəyini, tibbi ləvazimatları isə apara biləcəyini bildirdiyini, daha sonra həmin türk vətəndaşının bir qədər dərman və tibbi ləvazimatları gətirib təqdim etdiyini, 15 ədəd sistem “şlankı”, 3 bağlama biləklik və 2 ədəd saç tökülməsinə qarşı serum götürdüyünü və onları çantasına yerləşdirdiyini, 26 avqust 2024-cü il tarixində Naxçıvan üzərindən Bakı şəhərinə getmək üçün Türkiyənin İğdır şəhərinə oradan isə Sədərək gömrüyünə gəldiklərini, Sədərək gömürüyündə sərnişin zalından keçərkən bir nəfər xanım gömrük əməkdaşı yaxınlaşıb əl yüklərinə və üzərinə baxış keçirəcəyini bildirdiyini, etiraz etmədiklərini, sonra həmin xanım əməkdaşın növə ilə onların üzərlərinə və əl yükərinə baxış keçirdiyini, yoxlama bitdikdən sonra bu barədə sənəd hazırlandığını və imza etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun inspektoru, gömrük xidməti kiçik leytenantı Şahid1 izahatında bildirmişdir ki, 1 il olar ki, gömrük orqanlarında xidmət etdiyini, hal-hazırda Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun inspektoru vəzifəsində çalışdığını, gömrük xidməti kiçik leytenantı xüsusi rütbəsi daşıdığını, xx.xx.2024-cü il tarixində iş qrafıkimə uyğun olaraq “Sədərək” gömrük postunun sərnişin zalında xidmətdə olarkən sərnişinlərin gömrük yoxlanışını həyata keçirdiyini, həmin vaxt ad soyadlarının sonradan Şəxs, Kamayla Əliyeva və Gülər Əliyeva olduğunu bildiyi sərnişinlər Hİ-Scan rentgen qurğusuna yaxınlaşdığını və onların əl yükləri rentgen qurğusundan keçərkən qurğunun monitorundakı təsvirdə şübhəli əşyaların müəyyən olunduğunu, sonra mən həmin şəxslərin üzərinə və əl yüklərinə yoxlama keçirmək qərarına gəldiyini, daha sonra müvafiq icazələri aldıqdan sonra iki hal şahidinin iştirakı ilə adı çəkilən şəxslərin üzərlərinə və əl yüklərinə baxış keçirmək üçün ilk əvvəl Şəxsm, sonra Gülər Əliyevanı, ən sonda isə Kamayla Əliyevanı şəxsi yoxlama otağına dəvət etdiyini, yoxlamalardan əvvəl vətəndaşları hal şahidlərinə təqdim edərək onlara hüquq və vəzifələri barədə məlumat verdiyini və şəxsi yoxlamanı keçirməyə başladığını, şəxsi yoxlamalar zamanı Şəxs və Kamayla Əliyevanın üzərindən qanunla qadağan olunmuş hər hansı bir predmet aşkar etmədiyini, lakin Gülər Əliyevanın üzərindən isə dərman preparatı aşkar edildiyini, yoxlamaların davamında isə hər üç vətəndaşın əl yükünün içərisindən gömrük orqanına yazılı və ya şifahi şəkildə bəyan edilməyən və əl çantasında müxtəlif paltarlara bükülməklə gizlədilmiş tibbi ləvazimatlar aşkar etdiyini və qablaşdıraraq götürdüyünü, yoxlamaların sonunda protokollar tərtib etdidiyini, həmin protokollar o, hal şahidləri və aidiyyəti üzrə vətəndaşlar tərəfindən oxunularaq imzalandığını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X2 izahatında bildirmişdir ki, 26 avqust 2024-cü il tarixində Sədərək Gömrük postunda sərnişin zalında Yeganə ilə birlikdə təmizlik işi görərkən Aysun adlı gömrük əməkdaşının onlara yaxınlaşıb üç nəfər vətəndaşın üzərində və əl yülərində aparcağı yoxlamalarda hal şahidi kimi iştirak etmələrini xahiş etdiyini, onunla razılaşdıqlarını, sonra şəxsi yoxlama otağına getdiklərini, Aysun xanım Şəhanə, Gülər və Kamayla adlı Azərbaycan Respublikasının vətandaşarını təqdim edərək həmin şəxslərin üzərində və əl yüklərində yoxlama aparacağını bildirdiyini, sonra Aysun xanımın hüquq və vəzifələri barədə məlumat verdiyini və ardıcıl olaraq Şəxsm, daha sonra Gülər Əliyevanı, ən sonda isə Kamayla Əliyevam şəxsi yoxlama otağına dəvət edib onların iştirakı ilə yoxlamaları həyata keçirdiyini, yoxlamalar zamanı Şəxs və Kamayla Əliyevanın üzərindən qadağan olunmuş və bəyan edilməmiş nəsə aşkar edilmədiyini, lakin Gülər Əliyevanın üzərindən isə bəyan etmədiyi dərman prepartının aşkar edildiyini, əl yüklərinə baxış zamanı isə hər üç xanımın əl yükündən tibbi ləvazimatların aşkar edildiyini bildirdi. Məhkəmə iclasında şahid X3 şahid X2 ilə eyni məzmunlu izahat verərək şahid X1 izahatında dediklərini bi daha təsdiq etdi. Məhkəmə şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı və inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 26 avqust 2024-cü il tarixli Şəxs üzərinə şəxsi yoxlama və əl yükünə baxış aparılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Şəxs əl yükündən gömrük nəzarətinə şifahi və yazılı formada bəyan edilməyən 1500 (bir min beş yüz) ədəd xəstəxanadan yatan xəstələr haqqında məlumatı qollarına bağlamaq üçün kəmər, 2 (iki) ədəd C-50 width: 1.5 mm A:600 Lenth: 5.0 mm ölçüdə göz əməliyyatında istifadə olunan bıçaq ucluqları, 1 (bir) ədəd “Eyecryl phakıc” markalı və 1 (bir) ədəd “Eyecryl toric” markalı göz əməliyyatı üçün linza, “Resolute” markalı 7 (yeddi) ədəd RSİNT 25018 X, “Resolute” markalı 1 (bir) ədəd RSİNT 35015 X, “Resolute” markalı 7 (yeddi) ədəd RSİNT 30015 X kodlu stend qoymaq üçün tibbi rezin (şlanq) aşkar edilmişdir. Bununla da müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:25 radələrində Sədərək Gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına əl çantasında gömrük nəzarətinə bəyan edilməmiş 1500 (bir min beş yüz) ədəd xəstəxanadan yatan xəstələr haqqında məlumatı qollarına bağlamaq üçün kəmər, 2 (iki) ədəd C-50 width: 1.5 mm A:600 Lenth: 5.0 mm ölçüdə göz əməliyyatında istifadə olunan bıçaq ucluqları, 1 (bir) ədəd “Eyecryl phakıc” markalı və 1 (bir) ədəd “Eyecryl toric” markalı göz əməliyyatı üçün linza, “Resolute” markalı 7 (yeddi) ədəd RSİNT 25018 X, “Resolute” markalı 1 (bir) ədəd RSİNT 35015 X, “Resolute” markalı 7 (yeddi) ədəd RSİNT 30015 X kodlu stend qoymaq üçün tibbi rezin (şlanq) olan tibbi ləvazimatları gömrük əməkdaşlarına bəyan etmədən keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli 1015 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş təzə vəziyyətdə olan tədqiqat obyektlərinin 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti 1500 (bir min beş yüz) ədəd plastik biləklik 1050 manat (1500 ədəd x 0,70 manat), C-50 width: 1.5 mm A:600 length: 5.00 mm ölçüdə göz əməliyyatında istifadə olunan 2 (iki) ədəd bıçaq ucluğu markası, modeli, istehsal yeri olmadığından qiymətləndirmə aparılmamış, Biotech firmasına məxsus, Hindistan istehsalı olan “Eyecryl phakıc” markalı 1 (bir) ədəd linza 1500 manat, Biotech firmasına məxsus, Hindistan istehsalı olan “Eyecryl toric” markalı 1 (bir) ədəd linza 400 manat, “Resolute” markalı 7 (yeddi) ədəd üzərində made in İreland RSİNT 25018 X yazıları olan stend yerləşdirmək üçün tibbi vasitə 2240 manat (07 ədəd x 320 manat), “Resolute” markalı 1 (bir) ədəd üzərində made in İreland RSİNT 35015 X yazıları olan stend yerləşdirmək üçün tibbi vasitə 320 manat, “Resolute” markalı 7 (yeddi) ədəd üzərində made in İreland RSİNT 30015 X yazıları olan stend yerləşdirmək üçün tibbi vasitə 2240 manat (07 ədəd x 320 manat) olmaqla ümumi dəyərləri 7750 manat məbləğində müəyyən edilmişdir. Əlavə olaraq 25 sentyabr 2024-cü il tarixli 1015 nömrəli ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, ekspertizanın aparılması üçün 50 manat məbləğində xərc çəkilmişdir. İş materiallarında olan 27 sentyabr 2024-cü il tarixli, 3-33-1200/2-003339/2024 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, iş üzrə maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1500 (bir min beş yüz) ədəd plastik biləklik 1050 manat (1500 ədəd x 0,70 manat), C-50 width: 1.5 mm A:600 length: 5.00 mm ölçüdə göz əməliyyatında istifadə olunan 2 (iki) ədəd bıçaq ucluğu markası, modeli, istehsal yeri olmadığından qiymətləndirmə aparılmamış, Biotech firmasına məxsus, Hindistan istehsalı olan “Eyecryl phakıc” markalı 1 (bir) ədəd linza 1500 manat, Biotech firmasına məxsus, Hindistan istehsalı olan “Eyecryl toric” markalı 1 (bir) ədəd linza 400 manat, “Resolute” markalı 7 (yeddi) ədəd üzərində made in İreland RSİNT 25018 X yazıları olan stend yerləşdirmək üçün tibbi vasitə 2240 manat (07 ədəd x 320 manat), “Resolute” markalı 1 (bir) ədəd üzərində made in İreland RSİNT 35015 X yazıları olan stend yerləşdirmək üçün tibbi vasitə 320 manat, “Resolute” markalı 7 (yeddi) ədəd üzərində made in İreland RSİNT 30015 X yazıları olan stend yerləşdirmək üçün tibbi vasitə 2240 manat (07 ədəd x 320 manat) olmaqla ümumi dəyərləri 7750 manat məbləğində müəyyən edilmiş tibbi ləvazimatları dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 50 manat pul Şəxs tutulub büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: 02 avqust 1997-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1500 (bir min beş yüz) ədəd plastik biləklik 1050 manat (1500 ədəd x 0,70 manat), C-50 width: 1.5 mm A:600 length: 5.00 mm ölçüdə göz əməliyyatında istifadə olunan 2 (iki) ədəd bıçaq ucluğu markası, modeli, istehsal yeri olmadığından qiymətləndirmə aparılmamış, Biotech firmasına məxsus, Hindistan istehsalı olan “Eyecryl phakıc” markalı 1 (bir) ədəd linza 1500 manat, Biotech firmasına məxsus, Hindistan istehsalı olan “Eyecryl toric” markalı 1 (bir) ədəd linza 400 manat, “Resolute” markalı 7 (yeddi) ədəd üzərində made in İreland RSİNT 25018 X yazıları olan stend yerləşdirmək üçün tibbi vasitə 2240 manat (07 ədəd x 320 manat), “Resolute” markalı 1 (bir) ədəd üzərində made in İreland RSİNT 35015 X yazıları olan stend yerləşdirmək üçün tibbi vasitə 320 manat, “Resolute” markalı 7 (yeddi) ədəd üzərində made in İreland RSİNT 30015 X yazıları olan stend yerləşdirmək üçün tibbi vasitə 2240 manat (07 ədəd x 320 manat) olmaqla ümumi dəyərləri 7750 manat məbləğində olan tibbi ləvazimatlar dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 50 manat pul Şəxs tutulub büdcə təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu: 2, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21, VÖEN **********, HESAB: AZ21NABZ******************** hesaba köçürülsün. Qərar qanuni qüvvəyə mindikdən sonra qərarın icrası Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar