Məhkəmə qərarları › İş №3(088)-57/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-57/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-57/2023 15.12.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. 11 fevral 1968-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 04 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tərtib edilmiş EP № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2023-cü il tarixdə saat 09:37 radələrində Sədərək Gömrük postu vasitəsi ilə Türkiyə Respublikasından gələrək Azərbaycan Respublikasının Ərazisindən tranzit keçməklə İran İslam Respublikasına “xam maddə” yükü aparan Türkiyə Respublikası vətəndaşı, xx.xx.2020-ci il tarixində verilmiş U23553946 nömrəli xarici pasportun sahibi, xx.xx.1968-ci il təvəllüdlü Şəxs idarə etdiyi 76AAF235/76AAE073 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi video çəkiliş aparılmaqla gömrük nəzarəti xəttinə yoxlanılmış və yoxlama zamanı Türkiyə Respublikası vətəndaşı Şəxs idarə etdiyi 76AAF235/76AAE073 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxa tərəfində yerləşən yatağın altındakı dolabdan 77 ədəd müxtəlif növ avtomobil ehtiyyat hissələri aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 11 fevral 1968-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhərində anadan olduğunu, ailəli, orta təhsilli və rəsmi iş yerinin olmadığını, təxminən 30 ildir ki, yük maşınlarının sürücüsü qismində fəaliyyət göstərərək maddi qazanc əldə etdiyini, əsasən Türkiyə Respublikasından xarici ölkələrə yük daşımacılığı ilə məşğul olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 09:37 radələrində Türkiyə Respublikası, İğdır şəhərindən “xam maddə” yükü olan 76AAF235/76AAE073 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasının Tehran şəhərinə aparmaq üçün yola düşdüyünü həmin tarixdə gecə saatlarında Sədərək Gömrük postuna çatdığını və növbəlilik prinsipinə uyğun olaraq idarə etdiyi nəqliyyat vasitəsinə səhər saatlarında gömrük əməkdaşı tərəfindən video çəkiliş vasitəsilə yoxlama keçirildiyini, yoxlama keçirməzdən əvvəl gömrük əməkdaşı məndən idarə etdiyim nəqliyyat vasitəsində və ya onun üzərində qanunla qadağan olunmuş hər hansı predmetin və ya maddənin olub-olmadığını soruşduğunu, onun isə cavabında qanunla qadağan olunmuş hər hansısa bir predmetin olmadığını dediyini, daha sonra gömrük əməkdaşı onun idarə etdiyi 76AAF235/76AAE073 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxa tərəfində yerləşən yatağın altındakı dolabdan avtomobil ehtiyyat hissələri aşkar edilərək götürüldüyünü, əməlindən peşman olduğunu, cərimə edilsə cəriməni ödəməyə imkanının çatmadığını və həmin avtomobil ehtiyyat hissələrinin dövlət nəfinə müsadirə edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun baş inspektoru Şahid1 izahatında hal hazırda göstərilən vəzifədə işlədiyini, xx.xx.2023-ci il tarixdə gündəlik iş qrafikinə uyğun olaraq Sədərək gömrük postunda xidmətdə olarkən Sədərək gömrük postunun inspektoru gömrük xidməti mayoru Əliyev X1 Respublikası vətəndaşı İğdır şəhəri sakini xx.xx.2020-ci il tarixində verilmiş U23553946 nömrəli xarici pasportun sahibi, xx.xx.1968-ci il təvəllüdlü Şəxs idarə etdiyi 76AAF235/76AAE073 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini söylədiyini və ondan video çəkiliş zamanı kömək etməyini xahiş etdiyini və ona yük nəqliyyat vasitəsinə yoxlama zamanı çəkilişdə kömək etdiyini, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxa tərəfində yerləşən yatağın altındakı dolabdan 77 ədəd müxtəlif növ avtomobil ehtiyyat hissələri aşkar olunduğunu, daha sonra Şahid2 tərəfindən yoxlama zamanı aşkar olunan predmetlərin götürülməsinə dair sənədlərin tərtib edildiyini və yoxlama iştirakçıları tərəfindən imzalandığını bildiridi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun inspektoru gömrük xidməti mayoru Şahid2 izahatında hal hazırda göstərilən vəzifədə işlədiyini, xx.xx.2023-ci il tarixdə gündəlik iş qrafikinə uyğun olaraq Sədərək gömrük postunda xidmətdə olarkən Türkiyə Respublikası vətəndaşı İğdır şəhəri sakini xx.xx.2020-ci il tarixində verilmiş U23553946 nömrəli xarici pasportun sahibi, xx.xx.1968-ci il təvəllüdlü Şəxs idarə etdiyi 76AAF235/76AAE073 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinin gömrük postuna yaxınlaşdığını Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin sənədlərini qeydiyyat elədikdən sonra onunla biraz söhbət etdiyini, sonra nəqliyyat vasitəsində və ya onun üzərində qanunla qadağan olunmuş hər hansı predmetin və ya maddənin olub-olmadığını soruşduğunu, onun cavabında isə qadağan olunmuş heç nə olmadığını dediyini, Şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə Sədərək gömrük postunun baş inspektoru Şahid1 iştirakı ilə video çəkiliş aparlımaqla yoxlamadan keçirməyə başladığını, və yoxlama zamanı 76AAF235/76AAE073 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxa tərəfində yerləşən yatağın altındakı dolabdan 77 ədəd müxtəlif növ avtomobil ehtiyyat hissələri aşkar etdiyini, daha sonra müvafiq sənədlər tərtib edildiyini və iştirakçılar tərəfindən oxunaraq imza edildiyini bildiridi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 28 noyabr 2023-ci il tarixli Şəxs nəqliyyat vasitəsinin yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı Türkiyə Respublikası vətəndaşı, Şəxs idarə etdiyi Türkiyə Respublikasında daimi qeydiyyatda olan 76AAF235/76AAE073 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxa tərəfində yerləşən yatağın altındakı dolabda gömrük nəzarətinə bəyan edilməmiş, 77 ədəd müxtəlif növ avtomobil ehtiyyat hissələri aşkar edilərək götürülüb qablaşdırılmışdır. Bununla da müəyyən olunur ki, Şəxs 28 noyabr 2023-ci il tarixdə axşam saatlarında Sədərək Gömrük postundan Türkiyə Respublikasından Azərbaycan Respublikasına keçərkən nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan edilməmiş 77 ədəd müxtəlif növ avtomobil ehtiyyat hissələri gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən kənar keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 01 dekabr 2023-cü il tarixli 1182 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 16 qutu üzərində “AKROS BEARİNG TB-6123” yazıları olan üniversal diyircəkli yastıqlar (poçeminklər) dəyəri 1 ədədi 70 manat olmaqla 16 ədədi 1120 manat, 06 ədəd hər birinin üzərində yapışdırılmış ağ kağız parçasında “X2 in Turkey 310 Gr 25 sm x 45 sm” yazıları olan radiatorun üst xortumu dəyəri 1 ədədi 12 manat olmaqla 06 ədədi 72 manat, 37 ədəd razvalni butulkaları dəyəri 1 ədədi 9 manat olmaqla 37 ədədi 333 manat, 18 ədəd hər birinin üzərində “GERWAYE Quality Parts” yazıları olan razvalni mili dəyəri 1 ədədi 14 manat olmaqla 18 ədədi 252 manat məbləğində müəyyən edilmiş və müxtəlif növdə təzə vəziyyətdə olan avtomobil ehtiyyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyərləri təxminən 1777 (bir min yeddi yüz yetmiş yeddi) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 04 dekabr 2023-ci il tarixli, 3-33-1200/2-004252/2023 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, iş üzrə maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 16 qutu üzərində “AKROS BEARİNG TB-6123” yazıları olan üniversal diyircəkli yastıqlar (poçeminklər) dəyəri 1 ədədi 70 manat olmaqla 16 ədədi 1120 manat, 06 ədəd hər birinin üzərində yapışdırılmış ağ kağız parçasında “X2 in Turkey 310 Gr 25 sm x 45 sm” yazıları olan radiatorun üst xortumu dəyəri 1 ədədi 12 manat olmaqla 06 ədədi 72 manat, 37 ədəd razvalni butulkaları dəyəri 1 ədədi 9 manat olmaqla 37 ədədi 333 manat, 18 ədəd hər birinin üzərində “GERWAYE Quality Parts” yazıları olan razvalni mili dəyəri 1 ədədi 14 manat olmaqla 18 ədədi 252 manat məbləğində müəyyən edilmiş və müxtəlif növdə təzə vəziyyətdə olan avtomobil ehtiyyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyərləri təxminən 1777 (bir min yeddi yüz yetmiş yeddi) manat məbləğində müəyyən edilmiş avtomobil ehtiyat hissələri dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ona görə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1.-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iş üzrə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d i: 11 fevral 1968-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 16 qutu üzərində “AKROS BEARİNG TB-6123” yazıları olan üniversal diyircəkli yastıqlar (poçeminklər) dəyəri 1 ədədi 70 manat olmaqla 16 ədədi 1120 manat, 06 ədəd hər birinin üzərində yapışdırılmış ağ kağız parçasında “X2 in Turkey 310 Gr 25 sm x 45 sm” yazıları olan radiatorun üst xortumu dəyəri 1 ədədi 12 manat olmaqla 06 ədədi 72 manat, 37 ədəd razvalni butulkaları dəyəri 1 ədədi 9 manat olmaqla 37 ədədi 333 manat, 18 ədəd hər birinin üzərində “GERWAYE Quality Parts” yazıları olan razvalni mili dəyəri 1 ədədi 14 manat olmaqla 18 ədədi 252 manat məbləğində müəyyən edilmiş və müxtəlif növdə təzə vəziyyətdə olan avtomobil ehtiyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyərləri təxminən 1777 (bir min yeddi yüz yetmiş yeddi) manat məbləğində olan avtomobil ehtiyat hissələri dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar