Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-57/2024 09.10.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxs Sədərək Rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X6 iştirakı ilə xx.xx.1995-ci ildə Şərur rayonu İbadulla kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Şərur rayonu İbadulla kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə, Şərur rayonu İbadulla kənd sakini Şəxs narkotik maddə istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxsin saxlanılaraq Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 sidik narko-test vasitəsilə müayinə edilmiş, xx.xx.2024-cü il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə MET (metamfetamin), AMP (amfetamin) və MDMA (metilendioksimetilamfetamin) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilmiş, təxminən on gün bundan əvvəl Naxçıvan şəhərində olan zaman Türkiyə Respublikasında tanış olduğu Sahil adlı şəxslə rastlaşdığını, biraz söhbət etdiyini söhbət əsnasında onda narkotik vasitə olub-olmadığını soruşduğunu, onun isə yaxın zamanlarda narkotik vasitənin olacağını və xəbər edəcəyini bildirdiyini, sonra telefon nömrəsini aldığını, 06 oktyabr 2024-cü il tarixdə həmin Sahil adlı şəxsin zəng vuraraq narkotik vasitə istəyib-istəmənəsini soruşduğunu, onun isə alacağını bildirdiyini, sonra bibioğlusu olan İsanı götürərək Naxçıvan şəhərinə getdiklərini, şəhərdə Sahil adlı şəxsə zəng vuraraq olduğu yeri soruşduğunu, Sahilin isə Naxçıvan şəhər qəbirstanlığında qəbir qazdığını və ora gəlmələrini dediyini, narkotik vasitəni aldıqdan sonra özünə məxsus olan Vaz 21006 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qayıdaraq avtomobildə həmin narkotik vasitəni istifadə etdiklərini, xx.xx.2024-cü il tarixdə təxminən saat 14:00 radələrində Naxçıvan şəhərinə gedərək şəhər qəbirstanlığının qarşısında Sahil adlı şəxslə görüşdüyünü, ona 50 manat pul verərək adını bilmədiyi narkotik vasitəni istifadə etmək üçün alaraq uzaqlaşdığını, Şərur rayonuna qayıdan zaman yolda həmin narkotik vasitəni istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə axşam saatlarında bibioğlusu İsaya zəng edərək Sədərək Gömrüyündə işi olduğunu və birlikdə ora getmələrini istədiyini, Sədərək Gömrüyünə gedən zaman yolda Sədərək Rayon Dəmirçi kəndi ərazisindən keçərkən polis əməkdaşlarının onları saxladığını, narkotik vasitə istifadə etmələri məlumatının daxil olduğunu bildirərək Sədərək Rayon Polis şöbəsinə dəvət ediklərini, sonra narkotik vasitə istifadə edilib-edilməməsinin müəyyən edilməsi üçün xəstəxanaya getdiklərini və xəstəxanada narkoloji tibbi yoxlamadan keçərkən istifadə etdiyi narkotik vasitənin aşkar edildiyini bildirdi. Şəxs izahatında əvəllər də bir neçə dəfə narkotik qəbul etdiyini, həmçinin hərəkətindən çox peşman olduğunu, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında xx.xx.2024-cü il tarixdə təxminən saat 17:00 radələrində Sədərək Rayon Dəmirçi kəndində Şahid2 ilə birlikdə xidməti ərazidə xidmət aparan zaman iş yoldaşı X7 iki nəfər şəxsin Sədərək Rayon Dəmirçi kənd ərazisində özünü şübhəli apardığına dair məlumatın daxil olduğunu, şöbə rəisinə məruzə edərək dərhal Sədərək Rayon Dəmirçi kənd ərazisinə getdiklərini və həmin şəxsləri saxlayaraq polis şöbəsinə dəvət etdiklərini bildiridi. Məhkəmə iclasında Şahid2 İdiris oğlu Şahid1 ilə eyni məzmunlu izahat verərək Şahid1 izahatında göstərilənləri bir daha təsdiq etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş Sədərək Rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X9 izahatında bildirdi ki, 08 oktyabr 2024-cü il tarixdə iki nəfər şəxsin rayon ərazisində narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, dərhal əməliyyat qrupu yaradaraq həmin ünvana getdiklərini, Şəxs və X10 şübhəli şəxs qismində saxlayaraq polis şöbəsinə dəvət etdiklərini, sonra həmin şəxsləri Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 sidik narko-test vasitəsilə müayinə edilməsi üçün aprdıqlarını, dispanser tərəfindən verilən rəydə müsbət nəticə çıxdığı üçün barələrində protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə məhkəməyə göndərildiyini bildiridi. xx.xx.2024-cü il tarixli MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şərur rayonu İbadulla kənd sakini Şəxs narkotik vasitə olan MET (metamfetamin), AMP (amfetamin) və MDMA (metilendioksimetilamfetamin) istifadə etməsi müəyyən edilmişdir. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 08 oktyabr 2024cü il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:45-də inzibati qaydada tutulmaqla saxlanmışdır. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X3 08 oktyabr 2024cü il tarixli 389 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs epizodik metamfetamin narkomaniyası müşahidə edilir, halhazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2024-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X5 sidik narko-test vasitəsilə müayinə olunmuş və nəticədə onda MET (metamfetamin), AMP (amfetamin) və MDMA (metilendioksimetilamfetamin) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına AMP (amfetamin) (İİ siyahı; sıra № 1), MDMA (metilendioksimetilamfetamin) (İİ siyahı; sıra № 62), MET (metamfetamin) (İİ siyahı; sıra № 67) daxildir “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahısının 1, 62 və 67 sıra nömrəsinə əsasən psixotrop maddə olan Amfetamin 0.15 qramadək, MDMA (metilendioksimetilamfetamin) 0.03 qramadək və MET (metamfetamin) 0.15 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs MET (metamfetamin), AMP (amfetamin) və MDMA (metilendioksimetilamfetamin) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.1995-ci ildə Şərur rayonu İbadulla kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu gündən yəni, xx.xx.2024-cü il tarixdən saat 17:45-dən hesablansın. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-57/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-57/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver