Məhkəmə qərarları › İş №3(088)-57/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-57/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-57/2025 27.11.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə ünvan 1 ünvanında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs narkotik vasitə olan OPİ (opioid), MOP (morfin) və THC (Tetrahidrokannabinol) adlı maddəni əldə edilməsi, saxlanılması, daşınması və qəbul etməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxsin saxlanılaraq Sədərək rayon Polis şöbəsinə dəvət edilmiş, avtomobilinə baxış keçirilən zaman avtomobildə olan ona məxsus jaketin cibindən 0.741 qram marixuana aşkar edilmiş və əlavə olaraq o, narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 sidik narko-test vasitəsilə müayinə edilmiş, xx.xx.2025-ci il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə OPİ (opioid), MOP (morfin) və THC (Tetrahidrokannabinol) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilmiş, izahatında təxminən iki il olar ki yük avtomobili idarə etdiyini, yük avtomobilinin özünün olmadığını, firmaya aid olduğu üçün lazım olan yüklərin daşınmasını həyata keçirdiyini, həmin yük avtomobili vasitəsilə Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiyə kimi ölkələrə yük daşıdığını, sonuncu dəfə Türkiyə Respublikasına getmək üçün Volvo markalı **-GN-*** qeydiyyat nişanlı yük avtomobilini idarə edərək Bakı şəhərindən Biləsuvar rayon ərazisində yerləşən Biləsuvar Gömrük postuna gəldiyini, həmin postu təxminən xx.xx.2025-ci il tarixdə keçərək İran İslam Respublikasına daxil olduğunu, xx.xx.2025-ci il tarixdə İran İslam Respublikasının Culfa şəhərində yük avtomobilləri üçün nəzərdə tutulmuş sıra parkında olduğu zaman tanımadığı İran vətəndaşının ona yaxınlaşaraq onunla söhbət etməyə başladığını, biraz onunla söhbət etdikdən sonra o narkotik vasitə istəsə təşkil edə biləcəyini dediyini, daha sonra onunla razılaşdığını, yoxlamaq istədiyini bildirdiyini, həmçinin qiymətini soruşduğu zaman 400000 tümən olduğunu dediyi üçün ucuz olduğundan aldığını, qara rəngli sellafon paket içərisində narkotik vasitə verdiyini, narkotik vasitəni İran vərəndaşından alan zaman yanında əvvəldən tanıdığı yük avtomobili sürücüsü Rəşad Rəhimovun da olduğunu, bundan sonra həmin narkotik vasitədən bır miqdarını siqaretin içərisinə dolduraraq Rəşad Rəhimovla birgə istifadə etdiyini, narkotik vasitənin qalanını isə elə aldığı sellafon paketdə avtomobilinin içərisində olan jaketinin cibinə qoyduğunu, bundan iki saat sonra park nəzarətçisinin onu oyatdığını və növbəsinin çatdığını bildirdiyini, sonra Culfa Gömrük postuna daxil olaraq oradan Naxçıvan Muxtar Respublikasına daxil olduğunu, Culfa Gömrük postundan ayrıldıqdan sonra Türkiyə Respublikasına getmək üçün Sədərək rayon Sədərək kənd ərazisində yerləşən Sədərək Gömrük postuna gəldiyini, arxada isə Rəşad Rəhimovun olduğunu, həmin postun yaxınlığında sırada gözləyən zaman Rəşad Rəhimovla söhbət etdiklərini, polis əməkdaşlarının onlara yaxınlaşaraq polis Şöbəsinə dəvət etdiklərini, avtomobildə olan ona məxsus jaketinin cibindən 0,741 qram marixuana aşkar edildiyini, oradan isə narkotestdən keçirmək üçün Naxçıvan Muxtar Respublikası X4 apardıqlarını, narkotestdən keçən zaman narkotik vasitə qəbul etməsinin aşkar edildiyini, hərəkətindən çox peşman olduğunu, ilk dəfə inzibati xəta törətməsini bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək RPŞ-nin PPXT-nin polis nəfəri Şahid1 izahatında xx.xx.2025-ci il tarixdə təxminən saat 16:30 radələrində Sədərək Rayon Gömrük məntəqəsi ərazisində xidmət aparan zaman tanımadığı bir tır sürücüsünün narkotik və pisxotrop maddənin təsiri altında olması diqqətini çəkdiyini, PPXT-nın komandiri Nihat müəllimə zəng edərək bu barədə məlumat verdiyini, biraz keçdikdən sonra Nihat müəllimin gəldiyini, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdiklərini və həmin şəxsin Şəxs polis şöbəsinə dəvət etdikdən sonra onunla birlikdə polis şöbəsinə gəldiyini, sonra tesdən keçirmək üçün Naxçıvan şəhərinə apardıqlarını, həkim komissiyasının rəyinə görə Şəxs OPİ (opioid), MOP (morfin) və THC (Tetrahidrokannabinol) qəbul etməsinin aşkar olunduğunu bildiridi. Məhkəmə iclasında Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat verərək Şahid1 izahatında göstərilənləri bir daha təsdiq etdi. İnzibati materiala əlavə olunmuş xx.xx.2025-ci il tarixli MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs narkotik vasitə olan OPİ (opioid), MOP (morfin) və THC (Tetrahidrokannabinol) istifadə etməsi müəyyən edilmiş və ona məxsus olan avtomobildə jaketin cibindən 0.741 qram marixuana aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs 25 noyabr 2025-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2025-ci il tarixli 566 saylı rəyindən müəyyən olunur ki, Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik va psixotrop maddə qəbulu inkar edilmir Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs 25 11.2025-ci ıl tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə OPİ (opioid), MOP (morfin) və THC (Tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilən üzərində ad, soyad, imzalar (06 imza) olan 1 ədəd kağız zərfdə 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0.741 qram olan tünd-yaşıl rəngli, spesfik iyli, bitki mənşəli kütlənarkotik təbiətli çətənə (kannabis) bitkisindən qustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 28 iyun 2005-ci il tarixli, 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ siyahısının 146-cı bəndinə görə “marixuana (kannabis)” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. İş materiallarına əlavə olunmuş Sədərək Rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, təqsirləndirilən şəxs Şəxs üzərindən aşkar olunmuş 0.741 qram olan marixuana hal-hazırda Sədərək Rayon Polis şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən, Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görəüç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs OPİ (opioid), MOP (morfin) və THC (Tetrahidrokannabinol) istifadə etmiş və ona məxsus jaketinin cibindən 0.741 qram marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli, inzibati qaydada barəsində tənbeh tədbiri tətbiq edilməli və maddi sübut olan Sədərək Rayon Polis şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan təmiz çəkisi 0.741 qram olan marixuana məhv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılıq hissləri keçirməsini ilk dəfə inzibati xəta törətməsini yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.1994-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov Rayon İcra şöbəsinə göndərilsin. Maddi sübutun məhv edilməsi “Sədərək Rayon İcra Hakimiyyəti yanında az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyasına” həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar