Məhkəmə qərarları › İş №3(088)-58/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-58/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-58/2023 08.12.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxxxxxx 1990-cı il tarixdə Şərur Rayonu Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Sədərək Rayon Mədəniyyət Sarayında elektirik vəsifəsində işləyən, Sədərək Rayon Qaraağac kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 17:30 radələrində Sədərək rayon Heydərabad qəsəbəsi ərazisində xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2023-cü il tarixdə axşam saat 17:30 radələrində Sədərək Rayon Heydərabad qəsəbəsində yerləşən “Kapital Bank”ın qarşısında mobil telefonla danışdığı zaman əsəbləşərək özünü itirdiyini, həmin zaman nalayiq ifadələr işlətdiyini, həmin zaman polis əməkdaşı olan Rəşad müəllimin ona yaxınlaşaraq özünü təqdim etdiyini, ona nalayiq ifadələr işlətməməyini və ucadan səs-küy salmamağını söylədiyini və onu polis şöbəsinə dəvət etdiyini bildirirərək törətdiyi əməldən çox peşman olduğunu, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirdi ki, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, Sədərək rayon Polis şöbəsinin PPXT-nın polis baş serjantı işlədiyini, xx.xx.2023-cü il tarixdə axşam saat 17:30 radələrində Qaraağac kəndidə qeydiyyatda olan və yaşayan Şəxs Sədərək Rayon Heydərabad qəsəbəsində yerləşən “Kapital Bank”ın qarşısında mobil telefonla danışan zaman ucadan nalayiq ifadələr işlətdiyini və səs-küy sadığını gördüyünü, həmin şəxsə yaxınlaşaraq onun şəxsiyyətini müəyyən etdiyini, Rəşad müəllimin onu sakitləşdirərək poliş şöbəsinə apardığını bildiridi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Süleyman oğlu izahatında bildirdi ki, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, Sədərək rayon Polis şöbəsində ocaqçı vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə təxminən axşam saat 17:30 radələrində Sədərək Rayon Heydərabad qəsəbəsində yerləşən “Kapital Bank”ın qarşısında mobil telefonla danışdığı və ucadan nalayiq ifadələr işlətdiyini və səs-küy sadığını eşitdiyini, ora yaxınlaşandan sonra həmin şəxsin həmkəndlisi Şəxs olduğunu bildiyini həmin zaman Rəşad müəllimin ora gələrək həmkəndlim Şəxs polis şöbəsinə apardığını bildirdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs 07 dekabr 2023-cü il tarixdə Sədərək Rayon Heydərabad qəsəbəsində yerləşən “Kapital Bank”ın qarşısında mobil telefonla danışarkən ucadan nalayiq ifadələr işlətmiş və səs-küy salaraq ictimai qaydanı pozmuş və nəticədə xırda xuliqanlıq etmişdir. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 07 dekabr 2023cü il tarixli 0794 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs 07 dekabr 2023-cü il tarixdən inzibati qaydada tutulmaqla saxlanmışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx xxxxxxxx 1990-cı il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu gündən yəni, 07 dekabr 2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar