Məhkəmə qərarları › İş №3(088)-58/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-58/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-58/2024 09.10.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokolu tərtib etmiş şəxs Sədərək Rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X6 iştirakı ilə xx.xx.1996-cı ildə Şərur rayonu Məmmədsabir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Şərur rayon Su Melorasiya İdarəsində cilingər vəsifəsində işləyən, evli, Şərur rayonu Məmmədsabir kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: xx.xx.2024-cü il tarixdə, Şərur rayonu Məmmədsabir kənd sakini Şəxs narkotik maddə istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxsin Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 sidik narko-test vasitəsilə müayinə edilmiş, xx.xx.2024-cü il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə MET (metamfetamin), AMP (amfetamin) və MDMA (metilendioksimetilamfetamin) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilmiş, 06 oktyabr 2024-cü il tarixdə təxminən günorta saat 14:00 radələrində dayıoğlusu Asimin ona zəng edərək Naxçıvan şəhərinə getmələrini bilddirdiyini, Naxçıvana gedən zaman yolda Asimin Türkiyə Respublikasında tanış olduğu Sahil adlı şəxsdən narkotik vasitə almağa getdiklərini bildirdiyini, Naxçıvan şəhərinə çatan zaman Asimin Sahil adlı şəxsə zəng vuraraq harda olduğunu soruşduğunu, Sahilin isə Naxçıvan şəhər qəbirstanlığında qəbir qazdığını və ora gəlmələrini dediyini, həmin yerə gedərək Sahildən 50 manat dəyərində 1 dəfə istifadəlik adını bilmədiyi narkotik vasitəni aldıqdan sonra Asimə məxsus olan Vaz 21006 markalı **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qayıdaraq avtomobildə həmin narkotik vasitəni istifadə etdiklərini, xx.xx.2024-cü il tarixdə Asimin ona zəng edərək Sədərək Gömrüyündə işi olduğunu və birlikdə ora getmələrini istədiyini, razılaşdığını sonra gəlib evdən götürərək getdiklərini, Sədərək Gömrüyünə gedən zaman yolda Sədərək Rayon Dəmirçi kəndi ərazisindən keçərkən polis əməkdaşlarının onları saxladığını, narkotik vasitə istifadə etmələri məlumatının daxil olduğunu bildirərək Sədərək Rayon Polis şöbəsinə dəvət ediklərini, sonra narkotik vasitə istifadə edilib-edilməməsinin müəyyən edilməsi üçün xəstəxanaya getdiklərini və istifadə etdiyi narkotik vasitənin aşkar edildiyini bildirdi. Şəxs izahatında ilk dəfə psixotrop maddə qəbul etdiyini, həmçinin hərəkətindən çox peşman olduğunu, müharibə vetranı olduğunu və müharibədə iştirak etdiyinə görə üç medalla təltif edildiyini, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 izahatında xx.xx.2024-cü il tarixdə təxminən saat 17:00 radələrində Sədərək Rayon Dəmirçi kəndində Yaqubov Yaqub ilə birlikdə xidməti ərazidə xidmət aparan zaman iş yoldaşı X7 iki nəfər şəxsin Sədərək Rayon Dəmirçi kənd ərazisində özünü şübhəli apardığına dair məlumatın daxil olduğunu, şöbə rəisinə məruzə edərək dərhal Sədərək Rayon Dəmirçi kənd ərazisinə getdiklərini və həmin şəxsləri saxlayaraq polis şöbəsinə dəvət etdiklərini bildiridi. Məhkəmə iclasında şahid X10 şahid X11 ilə eyni məzmunlu izahat verərək şahid X8 izahatında dediklərini təsdiq etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş Sədərək Rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X13 zahatında bildirdi ki, 08 oktyabr 2024-cü il tarixdə iki nəfər şəxsin rayon ərazisində narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, dərhal əməliyyat qrupu yaradaraq həmin ünvana getdiklərini, Mustafayev Asim Hicran oğlu və Şəxs şübhəli şəxs qismində saxlayaraq polis şöbəsinə dəvət etdiklərini, sonra həmin şəxsləri sidik narko-test vasitəsilə müayinə edilməsi və rəy verilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 aprdıqlarını, dispanser tərəfindən verilən rəydə müsbət nəticə çıxdığı üçün barələrində protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə məhkəməyə göndərildiyini bildiridi. İnzibati materiala əlavə olunmuş xx.xx.2024-cü il tarixli MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şərur rayonu Məmmədsabir kənd sakini Şəxs narkotik vasitə olan MET (metamfetamin), AMP (amfetamin) və MDMA (metilendioksimetilamfetamin) istifadə etməsi müəyyən edilmişdir. İnzibati materiala əlavə olunmuş inzibati qaydada tutma haqqında 08 oktyabr 2024cü il tarixli 0796 nömrəli protokolundan müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:45-də inzibati qaydada tutulmaqla saxlanmışdır. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X3 08 oktyabr 2024cü il tarixli 390 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilməmiş, lakin fiziki və psixi asılılıq olmadan narkotik vasitə istifadəsi inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2024-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X5 sidik narko-test vasitəsilə müayinə olunmuş və nəticədə onda MET (metamfetamin), AMP (amfetamin) və MDMA (metilendioksimetilamfetamin) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına AMP (amfetamin) (İİ siyahı; sıra № 1), MDMA (metilendioksimetilamfetamin) (İİ siyahı; sıra № 62), MET (metamfetamin) (İİ siyahı; sıra № 67) daxildir “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİ siyahısının 1, 62 və 67 sıra nömrəsinə əsasən psixotrop maddələr olan Amfetamin 0.15 qramadək, MDMA (metilendioksimetilamfetamin) 0.03 qramadək və MET (metamfetamin) 0.15 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs MET (metamfetamin), AMP (amfetamin) və MDMA (metilendioksimetilamfetamin) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati qaydada tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32 və 33 maddələrinə əsaslanaraq, iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs müharibə veteranı olmasını, səmimi peşman olmasını, əvvəllər inzibati xəta törətməməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən verilmiş 10 oktyabr 2023-cü il tarixli 127037 nömrəli vəsiqədən görünür ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müharibə veteranıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatı tərəfindən verilmiş İ-2507, İ-4284 və İ-29496 saylı vəsiqələrdən görünür ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.1996-cı ildə Şərur rayonu Məmmədsabir kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra qərarın icrası Şərur Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar