Məhkəmə qərarları › İş №3(088)-59/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-59/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-59/2023 19.12.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxxx 1978-ci il tarixdə Culfa Rayonu Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, iki uşaq anası, işsiz, Culfa Rayonu Yaycı kəndində pasport qeydiyyatda olan və Culfa şəhəri Məmməd Əsgərov küçəsi ev 17, mənzil 50-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük keçid məntəqəsində ucadan səs-küy salaraq ictimai qaydanı pozduğundan barəsində protokol tərtib edilmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Culfa Rayonu Yaycı kəndində qeydiyyatda olduğunu və haliyədə Culfa şəhərində yaşadığını, xx.xx.2023-cü il tarixdə öz evinə ərzaq almaq məqsədilə Türkiyə Respublikasına getdiyini, orada işlərini bitirdikdən sonra öz kəndəlinə qayıtmaq məqsədilə Sədərək Rayon Gömrük keçid məntəqəsinə gəldiyini, yanında həmkəndlisi və qonuşusu Aynurənin və qardaşı X1 olduğunu o, özü üçün aldığı paltarları manitora gətirdiyini, sonra gömrük əməkdaşlarının sumkaları açaraq içərisinə baxdıqlarını, gömrük əməkdaşının həmin veşlərin anbara getməli olduğunu dediyini, həmin paltarları öz evi üçün uşaqları üçün aldığını desədə xeyri olmadığını, anbara təhvil verilməsinə razı olmadığını, sonra növbə rəisinin gəldiyini oda anbarara təhvil verilməli olduğunu dediyini, komitəyə şikayət üçün gədəcəyini dedidiyini, növbə rəisinin rədd ol get başını hara bərkdir ora vur dediyini, ankoloji xəstə olduğu üçün əsəbləşdiyini və ucadan səs-küy saldığını, paltarların lazım olmadığını aparın evdəkiləriniz geyinsin dediyini, törətdiyi əməldən bir qadın olaraq peşman olduğunu, himayəsində iki azyaşlı övladı olduğunu, onkoloji xəstə olduğunu və Naxçıvan MR Onkoloji Mərkəzdə qeydiyyatda durduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn tanımadığı bir qadının gətirdiyi geyimin və ayaqqabının normadan artıq olduğunu gördüyünü, gətirdiyi məhsulların normadan artıq olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarlına əsasən gətirdiyi geyim və ayaqqabının rəsmiləşdirməyə getməli olduğunu, həmin qadının gömrük əməkdaşına qışqıraraq uca səslə sizin səsinizi yazmışam, özümü yandıracam , səsinizi paylaşacam və mənim kim olduğumu görəcəksiniz dediyini, sonra həmin geyim və ayaqqabıları rəsmiləşdirdiklərini, xanım və qaradaşı anbar aktını aldıqdan sonra çölə çıxaraq onun ünvanına nalayiq ifadələr işlətdiklərini, sonra polis əməkdaşlarına zəng vuraraq şikayətini bildirdiyini, polis əməkdaşlarının gələrək həmin xanımm və qardaşını polis şöbəsinə apardıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid3 izhatlarında Şahid1 verdiyi izahata tam uyğun olaraq izahat verərək izahatda göstərilənləri bir daha təsdiq etdilər. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 30.1-ci maddəsinə görə, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin məcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. İnzibati materiala əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Onkoloji Mərkəz tərəfindən verilmiş arayışdan görünür ki, Culfa Rayonu Yaycı kəndi sakini Şəxs xx.xx.2020-ci il tarixindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzdə qeydiyyatda durur və sağ süd vəzin blastoması diaqnozu qoyulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, onkoloji xəstə olmasını, əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Adı çəkilən məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar