Məhkəmə qərarları › İş №3(088)-59/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-59/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-59/2024 16.10.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1969-cu ildə Şərur rayon Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda duran Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Sədərək Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Vətəndaş Şəxs barəsində Sədərək Rayon İcra və Probasiya bölməsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməsinə maneçilik törətmiş, icra sənədinin icrasından boyun qaçırmış və məhkəmə qərarının icrasını təmin etməyərək inzibati xəta törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vermiş olduğu izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati protokolla razılaşdığını, həqiqətəndə Sədərək rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(088)-4/2024 saylı qətnaməsində ondan 21 dekabr 2023-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq 30 mart 2009-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tələbkar X2 ödənilməsinin qət edildiyini, icra bölməsinin icra məmuru Kamal müəllimin dəfələrlə aliment borcunu ödəməsini bildirdirdiyini, lakin azyaşlı övladını anasının ona göstərmədiyi üçün aliment borcunu ödəmədiyini, aliment borcunu ödəməkdən yayındığına görə icra bölməsinin icra məmuru Kamal tərəfindən protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edildiyini və məhkəməyə göndərildiyini bildiridi. Məhkəmədə şahid qismində dindirilən Sədərək rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 vermiş olduğu izahatında bildirmişdir ki, tələbkar X1, borclu Şəxs aliment tələbinə dair xx.xx.2024-cü il tarixli icra sənədinin xx.xx.2024-cü il tarixdə icraatına daxil olduğunu, icra sənədinə əsasən borclu Şəxs 21 dekabr 2023-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq 30 mart 2009-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tələbkar X2 ödənilməsinin qət edildiyini, həmin icra sənədi Sədərək rayon İcra və Probasiya bölməsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs dəfələrlə yazılı və şifahi formada, eyni zamanda mobil telefon vasitəsilə xəbərdarlıqlar edilərək, icra sənədi üzrə aliment borcunun olduğunu bildirdiyini, məhkəmə qərarının icrasında qərəzli olaraq yayınmanın nəticələri izah etdiyini, lakin borclunun, bu xəbərdarlıqlara məhəl qoymadığını, həmin icra vərəqəsinə əsasən borclu Şəxs, tələbkar X1 qarşısında sentyabr ayı da daxil olmaqla 1350 manat məbləğində aliment borcunun icra edilməmiş qaldığını, borclunun hər hansı əmlakının olub-olmamasını sorğu etdiklərini, lakin borclunun heç bir əmlakının olmadığının müəyyən edildiyini, bu zaman borclu şəxslə proflaktik söhbət aparıldığını və onun məhkəmə qərarını icra etmək niyyətinin olmaması qənaətinə gəlindikdən sonra borclu Şəxs barəsində Sədərək rayon İcra və Probasiya bölməsi tərəfindən inzibatı protokolun tərtib edilməsi məqbul hesab edildiyini və zəruri tədbirin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun özünün və şahidin izahatları, eyni zamanda iş materiallarındakı sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, icra sənədi üzrə tələbkar X1, borclu Şəxs qarşı aliment tələbinə dair xx.xx.2024cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 21 dekabr 2023-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq 30 mart 2009-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün borcludan alınaraq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmiş, həmin icra sənədi Sədərək rayon İcra və Probasiya bölməsinin icratına daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirilmiş, borclu Şəxs dəfələrlə yazılı və şifahi formada, eyni zamanda mobil telefon vasitəsilə xəbərdarlıqlar edilərək, icra sənədi üzrə borcunun olduğu bildirilmiş, borclunun tələbkar qarşısında olan borcundan heç bir ödəniş etməmiş, məhkəmə qərarının icrasından qərəzli olaraq yayınmanın nəticələri izah edilmiş, lakin borclu bu xəbərdarlıqlara məhəl qoymamış, həmin icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar X3 qarşısında 1350 manat pul borcunun icra edilməmiş qalmış, bu səbəbdən də borclu icra sənədi üzrə borclu olan Şəxs borcunu ödəməsi təklif olunmuş, borclu icra vərəqəsini icra etməmiş, icra sənədi icra edilmədiyinə görə icra bölməsinin icra məmuru tərəfidən protokol tərtib edərək aidiyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Sədərək rayon İcra və Probasiya bölməsinin icra məmuru, borclu Şəxs törətdiyi inzibati xətanı düzgün olaraq Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə tövsif etmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 - 105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını bildirir, eyni zamanda, həmin məcəllənin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərəkən belə hesab edir ki, onun Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1969-cu il təvəllüdlü Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXMnın 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2024-cü il saat 13:25 tarixindən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Sədərək rayon məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar