Məhkəmə qərarları › İş №3(088)-6/2021

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-6/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-6/2021 20.05.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxxxxxx 1984-cü ildə Şərur rayon Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşaq atası, işsiz, Sədərək rayon Sədərək kəndində qeydiyyatda duran Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Sədərək Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən e t d i m: Vətəndaş Şəxs barəsində Sədərək Rayon İcra və Probasiya bölməsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında 007658 nömrəli protokol tərtib edilmişdir ona görə ki, o Məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməsinə maneçilik törətmiş, icra sənədinin icrasından boyun qaçırmış və məhkəmə qərarının icrasını təmin etməyərək inzibati xəta törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vermiş olduğu izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati protokolla razılaşdığını, həqiqətəndə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-2646/2014 saylı 13.08.2014-cü il tarixli icra sənədinə əsasən hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsini və əlavə olaraq Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-7563/2014 saylı 04.10.2019-cu il tarixli icra sənədinə əsasən alimentin miqdarı artırılaraq ondan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 05 noyabr 2019-cu il tarixindən hesablanmaqla cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq X2 xeyrinə ödənilməsi barədə çıxarılmış qətnamələrdən məlumatının olduğunu, əvvəlki illərdə alimenti hissə-hissə ödəsədə sonradan ödəyə bilmədiyini, son ikiüç ili isə heç ödəmədiyini ona görə çoxlu borcu yarandığını, icra bölməsi tərəfindən telefon vasitəsi ilə dəfələrlə ona inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edildiyini, haliyyədə borcunun 10382 manat təşkil etdiyini və bu məbləğin özünün məsuliyyətsizliyinə görə və maddi vəziyyətinin aşağı olması səbəbindən yarandığını, aliment borcunu ödəməkdən yayındığına görə icra məmuru tərəfindən axtarışa verildiyini və ona görə 2021-ci ilin mart ayında polis onu tutaraq Sədərək Rayon İcra və Probasiya bölməsinə təhvil verdiyini, mart ayından bu günə kimi bir manatda olsun aliment pulunu ödəmədiyini, nə vaxt işləyərsə o, halda uşaqlarına aliment pulunu ödəyəcəyini bildiridi. Məhkəmədə şahid qismində dindirilən Sədərək rayon İcra və Probasiya bölməsinin rəisi Şahid vermiş olduğu ifadəsində bildirmişdir ki, tələbkar X3 borclu Şəxs aliment tələbinə dair Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-2646/2014 saylı 13.08.2014cü il tarixli icra sənədinə əsasən xx.xx.1984-cü il ildə anadan olmuş və Sədərək rayon Sədərək kəndində qeydiyyatda olan borclu Şəxs, hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsini və əlavə olaraq Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-7563/2014 saylı 04.10.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs, hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 05 noyabr 2019-cu il tarixindən hesablanmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq tələbkara ödənilməsi qət edildiyini, həmin icra sənədi Sədərək rayon İcra və Probasiya bölməsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs dəfələrlə yazılı və şifahi formada, eyni zamanda mobil telefon vasitəsilə xəbərdarlıqlar edilərək, icra sənədi üzrə borcunun olduğunu bildirdiyini, məhkəmə qərarının icrasında qərəzli olaraq yayınmanın nəticələri izah etdiyini, lakin borclunun, bu xəbərdarlıqlara məhəl qoymadığını və öz qanunsuz əməllərinə davam etdiyini həmin hər iki icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar V.Qəhrəmanova qarşısında 10382 (on min üç yüz səksən iki) manata qədər borcu icra edilməmiş qaldığını, Bu səbəbdən də borclu Şəxs barəsində 20.08.2020-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul edildiyini və borclu həmin axtarışa əsasən 15.03.2021-ci il tarixində Sədərək rayon Polis şöbəsi tərəfindən tutulub gətirilərək Sədərək rayon İcra və Probasiya bölməsinə təhvil verildiyini, bu zaman borclu şəxslə proflaktik söhbət aparıldığını, icra vərəqələrinin icra edilməsi üçün ona əlavə iki ay vaxt verildiyini, lakin onun məhkəmə qərarını icra etmək niyyətinin olmaması qənaətinə gəlindikdən sonra borclu Şəxs barəsində Sədərək rayon İcra və Probasiya bölməsi tərəfindən inzibatı protokolun tərtib edilməsi məqbul hesab edildiyini və zəruri tədbirin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun özünün və şahidin izahatı, eyni zamanda iş materiallarındakı sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, X3 borclu Şəxs aliment tələbinə dair Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-2646/2014 saylı 13.08.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.1984-cü il ildə anadan olmuş və Sədərək rayon Sədərək kəndində qeydiyyatda olan borclu Şəxs, hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi və əlavə olaraq Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-7563/2014 saylı 04.10.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs, hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 05 noyabr 2019-cu il tarixindən hesablanmaqla (aliment artırılaraq) cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq tələbkara ödənilməsi qət edilmiş, həmin icra sənədi Sədərək rayon İcra və Probasiya bölməsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, icrata başlamaq haqqında qərar qəbul edilərək borclu şəxsə göndərildiyi, borclu Şəxs dəfələrlə yazılı və şifahi formada, eyni zamanda mobil telefon vasitəsilə xəbərdarlıqlar edilərək, icra sənədi üzrə borcunun olduğu bildirildiyini, məhkəmə qərarının icrasından qərəzli olaraq yayınmanın nəticələri izah edildiyi, lakin borclunun, bu xəbərdarlıqlara məhəl qoymadığını, həmin icra vərəqələrinə əsasən borclu Şəxs tələbkar V.Qəhrəmanova qarşısında 10382 (on min üç yüz səksən iki) manata qədər borcu icra edilməmiş qaldığını, Bu səbəbdən də borclu Şəxs barəsində 20 avqust 2020-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul edildiyini və borclu həmin axtarışa əsasən 15.03.2021-ci il tarixində Sədərək rayon Polis şöbəsi tərəfindən tutulub gətirilərək Sədərək rayon İcra və Probasiya bölməsinə təhvil verilmişdir. İnzibati materiala əlavə olunmuş 13 avqust 2014-cü il tarixli 2(011)-2646/2014 saylı, 04 oktyabr 2019-cu il tarixli 2(011)-7563/2019 saylı icra vərəqələri, 02 oktyabr 2014-cü il tarixli 69/2014 saylı və 16 dekabr 2019-cu il tarixli 68/2019 saylı icrata başlamaq haqqında qərarlar, 20 avqust 2020-ci il tarixli borclunun axtarışı haqqında qərar və 04 fevral 2021-ci il tarixli telefonaqram göstərilənləri bir daha təsdiq edir. Sədərək rayon İcra və Probasiya bölməsinin icra mənuru Şəxs törətdiyi inzibati xətanı düzgün olaraq Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə tövsif etmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 - 105-cı maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını bildirir, eyni zamanda, həmin məcəllənin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərəkən belə hesab edir ki, onun Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi məqsədə uyğundur. Yuxarıda gğstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 20 may 2021-ci il tarixdən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Sədərək rayon məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar