Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-6/2022 20.04.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sədərək Rayon Polis Şöbəsinin İTB-nin baş polis sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx xxxxxx 1959-cu il tarixdə Şərur rayonu Mahmudkəndində anadan olmuş, Şəxs Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, dörd uşaq anası, haliyyədə təqaüdçü, Kəngərli rayonu Qarabağlar kəndində pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Vətəndaş Şəxs 19 aprel 2022-ci il tarixdə, saat 21:00 radələrində Sədərək rayonunda yerləşən Sədərək Gömrük keçid məntəqəsinin giriş hissəsinin qarşısında, insanların kütləvi olduqları yerdə ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş və bununla da ictimai qaydanı pozmaqla cəmiyyətə hörmətsizlik göstərmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Sədərək Rayon Polis şöbəsinin İTB-nin baş polis sahə inspektoru, polis mayoru X4 bildirdi ki, Şəxs 19 aprel 2022-ci il tarixdə, saat 21:00 radələrində Sədərək rayonunda yerləşən Sədərək Gömrük keçid məntəqəsinin giriş hissəsinin qarşısında səs-küy salaraq ucadan nalayiq ifadələr işlətdiyini, həmin vaxt orada xidmət aparan gömrük əməkdaşları Polis şöbəsinə məlumat verdiklərini, dərhal ora getdiklərini Şəxs həqiqətən insanların olduqları yerdə ucadan səs-küy etdiyinin şahidi olduğunu, ictimai qaydanı pozduğunu gördüyünü, həmin şəxsi nizam intizama dəvət etdiyini, həmin qadın onun sözlərinə əməl etdiyini, Şəxs sakitləşdirərək polis şöbəsinə dəvət etdiklərini və inzibati araşdırma apardıqdan sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Kəngərli rayonu Qarabağlar kəndində yaşadığını, təqaüdçü olduğunu, 19 aprel 2022-ci il tarixdə saat 21:00 radələrində Türkiyə Respublikasından özü üçün bazarlıq edib geri döndüyünü, Sədərək rayon Gömrük keçid məntəqəsindən keçən zaman gömrük işçilərinin veşin çox olduğunu bildirdiklərini bu qədər veşə rüsum ödənilməli olduğunu bildirildiklərini, şəkər və təzyiq xəstəsi olduğundan istəməyərək əsəbləşdiyini, Sədərək Gömrük keçid məntəqəsinin giriş hissəsinin qarşısında səs-küy salaraq ucadan nalayiq ifadələr işlətdiyini, kasıbçılığı söyməyə başladığını, orda olan camaatın başına yığılaraq sakitləşdirildikdən sonra Polisin gələrək onu şöbəyə dəvət etdiklərini və barəsində protokol tərtib edildiyini, törətdiyi əmələ görə peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında bildirdi ki, 19 aprel 2022-ci il tarixdə, saat 21:00 radələrində Sədərək rayonunda yerləşən Sədərək Gömrük keçid məntəqəsinin giriş hissəsinin qarşısında tanımadığı qadının səs-küy salaraq ucadan nalayiq ifadələr işlədərək gömrük işçiləri ilə mübaisə etdiyini gördüyünü, həmin vaxt orda olan şəxslər ilə birlikdə qadına yaxınlaşıb sakitləşdirməyə calışdığını, sonradan adını bildiyi Şəxs sakitləşdikdən sonra törətdiyi əmələ görə peşman olduğunu dediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirdi ki, on dörd ildir ki Gömrük keçid məntəqəsində xidmət apardığını, Şərur rayonuna yaşadığını, 19 aprel 2022-ci il tarixdə, saat 21:00 radələrində Türkiyə Respublikasından qayıdan Sədərək rayonunda yerləşən Sədərək Gömrük keçid məntəqəsinin giriş hissəsinin qarşısında insanların çox olduğu yerdə səs-küy salaraq ucadan nalayiq ifadələr işlədən bir nəfər qadının nəyəsə etiraz etdiyini eşidərək həmin yerə getdiyini, gəldiyi zaman həmin səs-küy salanın yaşlı bir qadının, bu gün məhkəmə iclasında iştirak edən Şəxs olduğunu gördüyünü artıq orada olan vətəndaşların onu sakitləşdirdiyini görüb geri qayıtdığını bildirdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici və protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 30.1-ci maddəsinə görə, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin məcəllənin 30.2-ci maddəsinə əsasən, Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını, Əmək təqaüdçüsü olmasını, yaşını (63 yaş) Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Kəngərli rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №3(088)-6/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-6/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver